о городе

Tərkibi – 1 şəhər, 2 qəsəbə, 48 kənd

Ərazisi – 1792 km2

Əhalisi – 122700 nəfər

Salyan rayonu ilə Bakı şəhəri arasında olan məsafə - 129 km

Salyan rayonunun telefon kodu – 0 163

Salyan rayonu  Muğan düzündə Kür -Araz ovalığının cənub şərqi  Şirvan düzündə yerləşir. Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır. Tirə və təpəliklər Babazanlı, Xıdırlı, Bəndovan və s. vardır. Ərazinin çox hissəsi okean səviyyəsindən - 26 metr aşağıda yerləşir. Ərazidə neogen və antropogen çöküntüləri yayılmışdır.

Salyan rayonu Bakıdan cənubda yerləşir. Rayon şimaldan Şirvan şəhəri, Hacıqabul rayonu, cənubdan Neftçala rayonu, qərbdən Biləsuvar və Sabirabad rayonları ilə həmsərhəddir. Şərqdən Bakı şəhərinin Qaradağ rayonu və Xəzər dənizi ilə sərhəddir. Rayon TRASEKA (Qafqaz) nəqliyyat dəhlizinin keçdiyi ərazidə yerləşməsi onun coğrafi mövqeyini daha da əlverişli edir . Kür çayı rayonu 2 hissəyə ayırır. Rayon 49,4° - 48,8° şərq uzunluğunda və 39,5° - 39,9° şimal enliklərində yerləşir. Mərkəzi Salyan şəhəridir. Rayonun ərazisində əsasən boz-qonur, boz, boz — çəmən allivüal, şoran torpaqlar yayılmışdır.

Şirvan Milli Parkı, Kürsəngi, Kirovdağ dağlarında mağaralar, Kür və Akkuşa çayları, dünyanın ən şor bulağı olan Şır-şır, Babazan dağındakı müalicəvi əhəmiyyətli İsti su bulaqları vardır.

Salyan rayonu quru subtropik iqlimin yarımsəhra, quru çöl iqlim tipində yerləşir. İyul ayında orta temperatur +33° - 35° , qışı mülayim keçir, yanvar ayında orta temperaturu + 5-6° olur. İldə 350 mm yağıntı düşür.

1868-ci ilin fevralında  Bakı quberniyası daxilində Cavad qəzası yaradılanda  Salyan bu qəzanın inzibatı idarəçilik və mədəni mərkəzi oldu. Salyan XIX əsrdə Cavad qəzasının, bütünlüklə Muğan-Salyan zonasının inzibati idarəçilik və mədəni mərkəzi olmuşdur. Salyan 1916-cı ildən şəhər hesab olunur. 1916-cı ildən 1930-cu ilə kimi Qəza Mərkəzi olmuşdur. Salyan rayonu 08 avqust 1930-cu ildə yaranmışdır.

 Bitki örtüyü yarım səhra və səhra tiplidir. Salyanda yerləşən Şirvan Milli Parkında ceyran, qırmızıquyruq qumsiçanı, kiçik Asiya qumsiçanı, gürzə, kürən vağ, qaşqaldaq, kiçik qarabatdaq, böyük ağ vağ, ala ördək, yaşılbaş ördək, anqut, fitçi cürə, dalğıc, marek, ağquyruq dəniz qartalı, qamışlıq belibağlısı, ağquyruq çökük burun, cüllüt, qaratirinqa, çəmən və iri arıquşu, imperator qartalı, bülbül, bildirçin, kəklik, dovdaq, durna, torağayı, leylək, Suriya ağacdələni, qaratoyuq və s. heyvan və quş növləri vardır.

Düzənlik ərazilərində canavarçaqqalar, Kür qırağı ərazilərdə isə tülküvəhşi pişiklərə rast gəlinir. Rayonun iqtisadiyyatının əsasını sənaye sahələri, neft-qaz hasilatı, kənd təsərrüfatı, tikinti materialları və ticarət təşkil edir. Təbii ehtiyatları – neft, qaz, qum-gil ehtiyatları və s.




Просмотрено: 5290