Rayonun ərazisi 31,6 кvadratkilometr (3160 hektar), əhalisi 261.1 min (2012-ci il I yarımilə olan məlumat) nəfərdir. Əhalinin sıxlığı 1 km 2-ə 8263 nəfərtəşkiledir. Əhalinin ümumi sayının 49,0 faizini kişilər, 51,0 faizini qadınlar təşkil edir.
Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrikzavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isəXətai rayonu adlanır.
Qarabağ müharibəsi əlillərinin sayı 384, şəhid ailələrinin sayı 520 nəfərdir. Xətai rayonunda 23044 nəfər (5662 ailə) məcburi köçkün və 10.232 nəfər (2245 ailə) qaçqın məskunlaşmışdır.
Rayonda Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi, 1 saylı, 2 saylı, 3 saylı və 4 saylı Sahə İnzibati Ərazi Dairələri, 2 Bələdiyyə (Xətai bələdiyyəsi və Əhmədli bələdiyyəsi), 4 ali məktəb, 38 orta ümumtəhsil məktəbi, 48 uşaq bağçası-körpələr evi, 1 kollec, 1 özəl gimnaziya, 1 hərbi və 3 peşə liseyi, 15 səhiyyə müəssisəsi, Müasir İncəsənət Muzeyi, Nobel Qardaşlarının Ev Muzeyi və Səhiyyə Nazirliyinin Təbabət Muzeyi fəaliyyət göstərir. Rayon ərazisində eyni zamanda Xətai rayon Mədəniyyət Mərkəzi, Ş.Ələkbərova adına mədəniyyət evi, V.Məmmədov adına mədəniyyət evi, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun 5 filialı, M.Ə.Sabir adına kitabxana-klub, 5 Uşaq Musiqi məktəbi, Heydər parkı, Xocalı abidə kompleksi, Xətai parkı, Zığ yolunda yerləşən Uşaq parkı, Nizami adına mədəniyyət və istirahət parkı, Gənclik mədəniyyət və istirahət parkı, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi, Bakı kinoteatrı, H.Z.Tağıyev adınaToxuculuq Kombinatının klubu fəaliyyət göstərir.
Eyni zamanda rayon ərazisində bir sıra Respublika əhəmiyyətli təşkilatların inzibati binaları da yerləşir. Bunlardan, Ali Məhkəmə, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhər Baş Polis İdarəsi, «Azəriqaz» İB, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Perinatal Mərkəzi, «Azərneftyağ» NEZ, Neft Kəmərləri İdarəsi, Xəzər Dəniz Neft Donanma idarəsi, MSN-nin "Üfüq" İB, Sərhədçi İdman Olimpiya Mərkəzi, AFFA, DİN-nin İdman cəmiyyəti, Sərhəd Xidmətinin Akademiyası, C.Naxçıvanski adına hərbi lisey, Heydər Əliyev adına Ali hərbi məktəb, Bakı Ali Neft məktəbi və s. göstərmək olar.
Просмотрено: 3690