Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 kv.km-dir, əhalisi 128200 nəfərdir. Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən ibarətdir.
Məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.
Rayon ərazisində 216 idarə və müəssisə, 4 bank filialı, 2 rabitə müəssisəsi, 1 mehmanxana fəaliyyət göstərir ki, onlardan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Heydər Əliyev Mərkəzi, Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi və digərləri əhalinin asudə vaxtının səmərəli keçirməsinə xidmət göstərir.
Ağcabədi rayonu Bərdə, Zərdab, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 320 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir.
Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir, ərazinin səthi antropoden sisteminin kontinental - Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Rayon ərazisində gil yataqları da var.
Rayonun şimal-şərq sərhəddi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ və Xan qızı adlı kanallar keçir.
Ərazidə şor sulu göllər var. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Rayonda meliorasiya işləri tətbiq olunur.
Şimal-şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqar çayı axır. Rayonun ərazisindən Yuxarı Qarabağ kanalı keçir. Ərazisində şor sulu göl var. Boz-çəmən, boz, çəmən-boz torpaqları yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahələrinə təsadüf olunur. Bitkiləri çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində kolluqlar və seyrəlmiş Tuqay meşələri vardır. Heyvanları: ceyran, canavar, çöldonuzu, çaqqal, tülkü, bataqlıq qunduzu, porsuq, boz dovşan, Kiçik Asiya qum siçanı və s. Quşları: turac, göyərçin, qaraqarın bağrıqara, qırqovul və s. Ağgöl Milli Parkı Ağcabədi rayonu ərazisindədir. Burada 15 növ heyvan, 20 növ balıq və 40 növ bitki qeydə alınmışdır.
İqlimi mülayim, isti və quru subtropiktdir. Orta aylıq temperatur yanvarda 1,2 - 1,7 C, avqustda isə 25-30 C-dir.
Просмотрено: 1977