“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.9-cu yarımbəndinə müvafiq olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2024-cü ilə dair imzalanmış birgə Tədbirlər Planına əsasən aidiyyəti qurumların nümayəndələrini cəlb etməklə Penitensiar Xidmətin Mühafizə alayında və müəssisələrində əməkdaşlar üçün təlimlər keçirilmiş, cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işi aparılmış, o cümlədən üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 20 ədəd yeni sosial lövhə quraşdırılmışdır.
Görülən işlərin davamlılığının təmin edilməsi və cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2025-ci il üçün də birgə yeni “Tədbirlər Planı” təsdiq edilmişdir.
Tədbirlər Planı çərçivəsində müvafiq mövzuda Penitensiar xidmətin əməkdaşları üçün təlimlərin keçirilməsi,cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının təqdim olunması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planının 4.4.29 bəndinin yarımbəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun dəstəyi ilə Gənclərin Anti-Narkomaniya İctimai birliyi ötən ilin noyabr-dekabr və cari ilin yanvar ayı ərzində Qəbələ Peşə Təhsil Mərkəzində, Lənkəran Milli Elmlər Akademiyasının Lənəran Regional Elmi Mərkəzində və Lənkəran Tibb Kollecində, Masallı Gənclər Evi sosial xidmət müəssisəsində, Astara Pedaqoji Kolleci və Astara Gənclər Evi sosial xidmət müəssisəsidə, Sabirabad Dövlət Sosial İqtisadi Kollecində və Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimi internat tipli gimnaziyada tədbirlər təşkil edilmişdir. Təşkil olunan görüşlərdə ümumilikdə 1000 yaxın yeniyetmə və gənc iştirak etmişdir.
Tədbirlərdə yerli rayon və şəhər komissiyasının sədrləri, aidiyyəti qurumların nümayəndələri, o cümlədən həkim-narkoloq və psixoloqların iştirakı təmin edilmişdir.
Cari ilin 24 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu, Binəqədi rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 135 saylı tam orta məktəbdə “Narkomaniyaya Yox” deyək mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi qrupunun məsul nümayəndəsi və rayon polis şöbəsinin narkotiklərlə mübarizə üzrə əməkdaşı iştirak etmişdir.
Tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.
24 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.31-ci bəndinin icrasını təmin etmək məqsədilə narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim keçirilmişdir.
Təlimdə Dövlət Komissiyasının daimi fəaliyət göstərən İşçi Qrupunun rəhbər müavini və məsul əməkdaşı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Bakı şəhəri Narkoloji Dispanserin əməkdaşları və 20-dən çox audiovizual media subyektinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində narkomanlığa qarşı mübarizə mövzusunda televiziya və radio proqramlarının hazırlanması işinin təşkilinin Audiovizual Şuraya həvalə edildiyini qeyd etmişdir. O, Şura tərəfindən bu günə kimi görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Audiovizual Şuranın təmsilçisi bildirmişdir ki, narkomanlığa qarşı mübarizə istiqamətində görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Dövlət Komissiyasının daimi fəaliyət göstərən İşçi Qrupu ilə Audiovizual Şuranın, habelə media subyektlərinin əlaqəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini sözügedən problemlə mübarizədə media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü və bu baxımından belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişdir. O, aidiyyatı dövlət qurunları ilə əməkdaşlıq və koordinasiyalı fəaliyyət nəticəsində indiyə kimi görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsul əməkdaşı mövzu ilə bağlı geniş təqdimat etmişdir. O, audiovizual mediada hazırlanan materialların qanunvericiliyin tələbləri ilə mütənasibliyi, prosesin nəzarət və tənzimləmə mexanizmi, mümkün cəza tədbirləri, eyni zamanda beynəlxalq təcrübədə diqqətə alınan metodlardan danışmışdır.
Daha sonra çıxış edənlər gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların hazırlanması məqsədilə dövlət orqanları ilə əməkdaşlığın gücləndirilməsi barədə məlumat vermişlər.
Tədbirin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.
2024-cü ilin yanvar-noyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Сari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8549 cinayət faktı aşkarlanmışdır. Onlardan 2837-si narkotik vasitələrin qanunsuz satışı, 5478-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 228-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 403 kq 647,445 qr narkotik vasitələrin və psixotrop maddələrin 524 kq 059,659 qr-nı heroin, 5 ton 313 kq 809,136 qr-nı marixuana, 164 kq 849,07 qr-nı tiryək, 38 kq 852,443 qr-nı həşiş, 205 kq 385,123 qr-nı psixotrop maddələr, 156 kq 692,014 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 38807 ədəd metadon, 15 392 ədəd çətənə kolu,429 qr və 240 ədəd həb güclü təsir edən maddə,10 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2.864.953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 403 kq 647,445 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 154 milyon 579 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6693 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək 2 nəfər,18-25 yaşadək 498 nəfər, 26-29 yaşadək 1012 nəfər, 30 yaş və ondan yuxarı isə 5181 nəfər təşkil edir. Həmin şəxslərdən 6497-si kişi, 196-sı qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 59 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 10-u Rusiya, 13-ü Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 212 kq 424,217 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 235 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 406 kq 149,481 qr narkotik vasitə və psixotrop maddə, 38807 ədəd metadon həbi, 1710 ədəd və 44 qr güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 313-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 471 kq 706,851 qr və 13220 ədəd metadon həbi narkotik vasitə, psixotrop maddə və 213,4 qr güclü təsir edən maddə müsadirə edilmişdir.
2888 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 895 kq 031,5 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövri ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilənfaktların sayı 1209, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 321, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 798, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 66, digər növ cinayət faktların sayı 24, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 31 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 315 kq 383,968 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 1073 nəfər azalmışdır.
Bununla yanaşı, qrup halında olan cinayətlərin sayı 7 fakt artmışdır.
2023-cü ilin 11 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 362 kq 590,155 qr (72,2%), tiryəkin çəkisi 100 kq 304,898 qr (37,8%), həşişin çəkisi 14 kq 607,199 qr (27,3%), kokainin çəkisi 750,831 qr (100%), psixotrop maddələrin çəkisi 202 kq 566,206 qr (49,7%) azalmışdır.
Təhlil göstərir ki, qeyd olunan xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95%-dən çoxu qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirilmişdir.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 313 kq 809,136 qr-n (82,9 %) marixuana təşkil etmişdir. Onun da 4 ton 638 kq-ı 315,436 qr (87,2%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur.675 kq 493,7 qr (12,7%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60189 ədəd həb metadon, 58773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, eyni zamanda cari ilin 22 iyul tarixində Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kq 293,151 qr müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilmişdir.
Həmçinin 43 rayon və şəhərdə qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmş 1990 hökm və qərar üzrə müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən çətənə bitkisi rayon və şəhər komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 82278 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2840 nəfərdən 1792 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 328, QİÇS-lə Mübarizə Mərkəzində 378, Sumqayıt Narkoloji Mərkəzində 143 nəfər) 849 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin noyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 70 nəfəri (6,6%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.
Cari ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1601 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 146-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 110-u narkotik asılılıqdan müalicə, 1345-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 256 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 155 tədbir (75 maarifləndirici və təşkilati tədbir, 66 təlim, 6 sosial layihə, 2 intelektual müsabiqə, 1 marafon və televiziya kanalında 5 verilişdə iştirak) təşkil edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.18-ci yarımbəndinin icrası məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində cari ilin 17 dekabr tarixində 30-dan çox aidiyyəti qeyri-hökumət təşkilatının layihə rəhbəri üçünnarkomanlığa qarşı mübarizə mövzusunda təlim keçirilmişdir.
Təlim çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, aidiyyəti qeyri-hökumət təşkilatları tərəfindən narkomanlığa qarşı mübarizə mövzusunda hazırlanan layihələr və maarifləndirmə xarakterli tədbirlərin icrası istiqamətində müzakirələr aparılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 4.4.25-ci yarımbəndinin icrası ilə bağlı, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 12 dekabr tarixində Lənkəran Gənclər Evində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqə təşkil edilmişdir.
Müsabiqədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin İctimai inkişaf sektorunun aparıcı məsləhətçisi, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu çıxış edərək, gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formatında interaktiv təlim təşkil edilmişdir.
Təlimin nəticəsi olaraq, intellektual müsabiqə təşkil edilməsi üçün tələbələrin iştirakı ilə hər komanda üzrə 5 nəfər olmaqla 6 komanda formalaşdırılıb və 3 mərhələdən ibarət suallar təqdim olunmuşdur. Maraqlı mübarizə şəraitində keçən müsabiqədə "Zirvə", "Alfa", "Seçilmişlər", "İstiqlal", "Mübarizə ruhu" və "Xəmsə" adlı komandaları mübarizə aparmış və "Zirvə" komandası qalib olmuşdur.
Sonda qaliblər Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclər və İdman Nazirliyinin birgə hazırladığı diplomlarla mükafatlandırılmış, həmçinin digər iştirakçılara sertifikatar təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 4.4.25-ci yarımbəndinin icrası ilə bağlı, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 14 dekabr tarixində Yevlax Gənclər Evində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqə təşkil edilmişdir.
Müsabiqədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin İctimai inkişaf sektorunun aparıcı məsləhətçisi, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu çıxış edərək, gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formatında interaktiv təlim təşkil edilmişdir.
Təlimin nəticəsi olaraq, intellektual müsabiqə təşkil edilməsi üçün tələbələrin iştirakı ilə hər komanda üzrə 5 nəfər olmaqla 6 komanda formalaşdırılıb və 3 mərhələdən ibarət suallar təqdim olunmuşdur. Maraqlı mübarizə şəraitində keçən müsabiqədə "Akıncı", "Viktoriya", "Evrika", "Penta", "Zirvə" və "Gənclər" adlı komandaları mübarizə aparmış və "Akıncı" komandası qalib olmuşdur.
Sonda qaliblər Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclər və İdman Nazirliyinin birgə hazırladığı diplomlarla mükafatlandırılmış, həmçinin digər iştirakçılara sertifikatar təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 4.4.25-ci yarımbəndinin icrası ilə bağlı, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 13 dekabr tarixində Şirvan Gənclər Evində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqə təşkil edilmişdir.
Müsabiqədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin İctimai inkişaf sektorunun aparıcı məsləhətçisi, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu çıxış edərək, gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formatında interaktiv təlim təşkil edilmişdir.
Təlimin nəticəsi olaraq, intellektual müsabiqə təşkil edilməsi üçün tələbələrin iştirakı ilə hər komanda üzrə 5 nəfər olmaqla 6 komanda formalaşdırılıb və 3 mərhələdən ibarət suallar təqdim olunmuşdur. Maraqlı mübarizə şəraitində keçən müsabiqədə "FİFA", "Alfa", "Cəsarətli", "Avanqard", "Haxıyevlər", "Qarabağ" və "Neftçi" adlı komandaları mübarizə aparmış və “FİFA" komandası qalib olmuşdur.
Sonda qaliblər Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclər və İdman Nazirliyinin birgə hazırladığı diplomlarla mükafatlandırılmış, həmçinin digər iştirakçılara sertifikatar təqdim edilmişdir.
Cari ilin 13 dekabr tarixində Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi Qrupunun və “Sosial İnkişafa Yardım” İctimai birliyinin təşkilatçılığı ilə Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbdə “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə, “Sosial İnkişafa Yardım” İctimai birliyin layihə rəhbəri, “"Gənclərin Anti-narkomaniya"” İctimai birliyin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi və Bakı Şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu iştirak etmişdir.
Tədbirdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsdinə qarşı mübarizə işinin təşkilində, gənclərin asudə vaxtlarının səmərəli təşkilində dövlətin rolu, narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və fərqlənən şagirdlər müxtəlif buklet, qovluq və karandaşlarla mükafatlandırılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.
Cari ilin 11 dekabr tarixində “Sosial İnkişafa Yardım” İctimai birliyin təşkilatçılığı ilə Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə, “Sosial İnkişafa Yardım” İctimai birliyin layihə rəhbəri, “Antinarkotizim” İctimai birliyin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi qrupunun məsul nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və həkim-narkoloqu iştirak etmişdir.
Tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi ..
“Gənclər narkotikə yox deyir” mövzusunda tədbirlər keçi..
Binəqədi rayonunda tədbir keçirilmişdir...
Media subyektlərinin əməkdaşları üçün təlim keçirilmişd..
2024-cü il üzrə statistik məlumat..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Narkomanlığa qarşı mübarizə mövzusunda QHT-lər üçün təl..
Lənkəranda tələbələr arasında növbəti intellektual müsa..
Yevlaxda şagirdlər arasında növbəti intellektual müsabi..
Şirvanda tələbələr arasında növbəti intellektual müsabi..
“Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbə..
“Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbə..