Qalereya

Nizami rayonunda “Məişət zorakılığı və narkomaniya” mövzusunda tədbir keçirilmişdir.

   Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun  2018-ci il üçün İş Planında aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə,habelə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının illik iş və tədbirlər planınına uyğun olaraq Rayon Polis İdarəsi və “Təmiz Dünya” Qadınlara yardım ictimai birliyi ilə birgə 2018-ci il yanvar ayının 18-də 238 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Məişət zorakılığı və narkomaniya”  mövzusunda tədbir keçirilib.

   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov,  “Təmiz Dünya” Qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvü Firdovsi Bayramov və 238 №-li tam orta məktəbin direktor müavini Səadət Rzayeva çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar vermiş, gənclərə sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirmiş və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıblar.

   M. Zeynalova çıxışında məişət zorakılığı haqqında geniş məlumat verib və xüsusi olaraq vurğulayıb ki, narkomanlığa və digər zərərli vərdişlərə düçar olmuş şəxslərin ailələrində məişət zorakılığına daha çox rast gəlinir. Sağlam həyat tərzinin “düşmənləri” sayılan bu cür neqativ hallar münaqişəli ailələrin əsasını təşkil edir və nəticədə cəmiyyətimiz üçün başağrısına çevrilir. Odur ki, hər birimiz, bütövlükdə cəmiyyətimiz üçün yeniyetmə-gənclərimizi zərərli vərdişlərə aludə oımaqdan var gücümüz və fəaliyyətimizlə çəkindirməli, onları sağlam ruhda tərbiyə etməliyik.

   Tədbirdə həmçinin məiçət zorakılğı və narkomaniya barəsində şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilmib.

  Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarx nümayiş olunub.

/img/gallery/100x100/2018_01_24_13_58_10_0dbc.JPG
  1. Nizami rayonunda “Məişət zorakılığı və narkomaniya” möv..

  2. Nizami rayonunda “Məişət zorakılığı və narkomaniya” möv..

  3. Nizami rayonunda “Məişət zorakılığı və narkomaniya” möv..

  4. Nizami rayonunda “Məişət zorakılığı və narkomaniya” möv..

  5. Nizami rayonunda “Məişət zorakılığı və narkomaniya” möv..

Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən maarifləndirmə işlərinin gücləndirilməsi, narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün beş adda on min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanmışdır.

  2018-ci il ərzində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə yeni üslubda hazırlanmış “Sağlam həyat naminə narkotikə yox!”, “Marixuana Haqqında Həqiqət”, “Düz bildiyin səhvlər”, “Narkotiklər haqqında həqiqəti bilin” və “Psixotrop maddələr haqqında həqiqət” adlı çap məhsullarının kütləvi şəkildə paylanılması nəzərdə tutulur.

/img/gallery/100x100/2017_12_27_15_07_54_22ed.jpg
  1. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  2. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  3. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  4. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  5. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

Narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə sosial sorğular keçirilib.

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarına müvafiq olaraq,“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.1.16-cı bəndinin icrası ilə əlaqədar, yeniyetmə və gənclər arasında narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı və aidiyyəti qeyri-hökümət təşkilatınının iştirakı ilə cari ilin dekabr ayının müvafiq dövrü ərzində Baki şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarında sosial sorğular keçirilmişdir.

/img/gallery/100x100/2017_12_26_15_53_56_8001.jpg
  1. Narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə..

  2. Narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə..

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində maarifləndirici tədbir keçirilmişdir.

    Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinintəşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşının iştirakı ilə 18 dekabr 2017-ci il tarixdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin akt zalında tədbir keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin məsul  əməkdaşı, Bakı şəhər Narkoloji Dispanserin həkimi mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

    Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən  narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.      

/img/gallery/100x100/2017_12_19_16_52_03_a14a.JPG
  1. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində maarifləndir..

  2. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində maarifləndir..

  3. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində maarifləndir..

  4. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində maarifləndir..

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Quba və Xaçmaz rayonlarında maarifləndirici tədbirlər keçirmişdir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun köməkliyi ilə “Sağlam genefondun qorunması!” adlı layihə çərçivəsində Quba rayonunun 2 və 4 nömrəli tam orta məktəblərində, Birinci Nügədi qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə və Amsar kənd tam orta məktəbində, Xaçmaz rayonunun 2, 4, 6 və 9 nömrəli tam orta məktəblərində “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir.

Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, Quba və Xaçmaz rayon İcra hakimiyyətlərinin, rayon təhsil və səhiyyə şöbələrinin, gənclər və idman idarələrinin nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimlər və şagirdlər iştirak etmişlər. 
Çıxış edənlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkotizm probleminin üzərindən də pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.

Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən fəal iştirakçılar diplomla təltif edilmiş, müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm və dəftər) paylanmış, iştirakçılarla söhbət və müzakirələr məktəblərin bufetlərində açılan süfrə ətrafında da davam etdirilmişdir.

/img/gallery/100x100/2017_12_18_18_09_28_1978.JPG
  1. “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..

  2. “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..

  3. “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..

12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçirilib

   Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, 2017-ci ilin 15 dekabr tarixində 12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçirilmişdir.

   Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.

 Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yaddaş kitabçası, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri tədbir çərçivəsində iştirakçılara paylanılmış, bundan əlavə xidməti istifadə üçün maarifləndirici materiallar müəssisə kiabxanasına təqdim edilmişdir. 

/img/gallery/100x100/2017_12_15_16_49_55_7200.JPG
  1. 12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçiril..

  2. 12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçiril..

  3. 12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçiril..

  4. 12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçiril..

  5. 12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçiril..

  6. 12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçiril..

  7. 12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçiril..

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilmişdir.

   “Həkimlər və Təbib tələbələr” İctimai birliyini tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ”Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata” doğru layihəsi çərçivəsində Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə 14 dekabr 2017-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilmişdir.

   Tədbirdə mövzu ətrafında çıxışlar edənlər, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

     Həmçinin tədbir çərçivəsində iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılmışdır.

/img/gallery/100x100/2017_12_15_16_35_34_f0f6.JPG
  1. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..

  2. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..

  3. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..

  4. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..

  5. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..

  6. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..

  7. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..

  8. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..

  9. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..

  10. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..

Nizami rayonunda narkomaniyaya qarşı mübarizə çərçivəsində növbəti tədbir keçirilmişdir

    Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Rayon Polis İdarəsi ilə birgə 2017-ci il dekabr ayının 11-də 250 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Sağlam gələcəyimiz naminə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Bakı Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şirəli Babayev, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis kapitanı Yaşar Həsənov, həmin bölmənin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova və 250 №-li tam orta məktəbin direktor əvəzi Əfşan Əliyeva çıxış eedib, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar verib, gənclərə sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıblar.

   Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

   Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarxı nümayiş olunmuşdur.

/img/gallery/100x100/2017_12_11_16_21_44_0245.JPG
  1. Nizami rayonunda narkomaniyaya qarşı mübarizə çərçivəsi..

  2. Nizami rayonunda narkomaniyaya qarşı mübarizə çərçivəsi..

  3. Nizami rayonunda narkomaniyaya qarşı mübarizə çərçivəsi..

  4. Nizami rayonunda narkomaniyaya qarşı mübarizə çərçivəsi..

  5. Nizami rayonunda narkomaniyaya qarşı mübarizə çərçivəsi..

"Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video çarx elektron reklam tablolarında nümayiş olunur.

   İctimai maarifləndirmə və sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərin davamı olaraq, eyni zamanda narkomaniya, onun doğurduğu fəsadlar barədə əhalinin məlumatlandırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video çarx cari ilin dekabr ayının 7-dən etibarən Bakı şəhərinin küçələrində yerləşən 19 elektron reklam tablosunda yayımlanır və adı çəkilən sosial rolikin uzun müddətli nümayişi nəzərdə tutulur.

/img/gallery/100x100/2017_12_11_13_01_01_f999.JPG
  1. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  2. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  3. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  4. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  5. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  6. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  7. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  8. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  9. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  10. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  11. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  12. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  13. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  14. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  15. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  16. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  17. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  18. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  19. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

  20. "Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..

Nardaran qəsəbəsində maarifləndirici tədbir keçirilmişdir.

    Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Sabunçu Rayon Polis İdarəsinin  təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşının iştirakı ilə 06 dekabr 2017-ci il tarixdə Nardaran qəsəbəsi 295 saylı tam orta məktəbin akt zalında tədbir keçirilmişdir.

  Tədbirdə Rayon Polis İdarəsinin rəisi, Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

   Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən  narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.      

   Tədbir kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

 

/img/gallery/100x100/2017_12_06_16_55_59_2e85.JPG
  1. Nardaran qəsəbəsində maarifləndirici tədbir keçirilmişd..

  2. Nardaran qəsəbəsində maarifləndirici tədbir keçirilmişd..

  3. Nardaran qəsəbəsində maarifləndirici tədbir keçirilmişd..

“Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı yeni sosial rolik hazırlanıb

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarına müvafiq olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən incəsənət ustalarının iştirakı ilə sayca beşinci yeni sosial rolik hazırlanmışdır.

     Qeyd olunan sosial rolikdə narkotiklərdən istifadə nəticəsində mərhələli qaydada baş verən dəyişikliklər təsvir olunmuşdur. Yekun olaraq video çarx “Çalış ki, Narkotikə Hədəf Olmayasan” xəbərdaredici şüar ilə tamamlanmışdır.

/img/gallery/100x100/2017_12_05_16_53_38_d761.jpg
  1. “Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı yeni sosial ..

  2. “Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı yeni sosial ..

Nizami rayonunda “Ağ ölümün qara fəsadları!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

   Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının 2017-ci il iş planınına uyğun olaraq Rayon Gənclər və İdman İdarəsi ilə birgə 2017-ci il dekabr ayının 1-də 214 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Ağ ölümün qara fəsadları!”adlı növbəti maarifləndirici tədbir keçirilib.

   Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov açaraq narkomaniya və onun ağır fəsadları haqqında geniş məlumatlar verib. B. Hüseynov qeyd edib ki, çox təəssüflər olsun ki, narkomanlıq gündən-günə cavanlaşır. Bu zərərli bəlaya düçar olanlar arasında gənclərin sayı artmaqdadır, ən acınaqlısı odur ki, onların arasında qızlar da vardır. Bütün bunlar yerlərdə yeniyetmə-gənclər arasında təbliğati və maarifləndirici tədbirlərin aparılmasının intensivliyinin daha da artırılmasını zəruri edir.

   Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev tədbirdə şıxış edərək bildirib ki, zərərli vərdişlərə aludəçilik sonda insan şəxsiyyətinin həm mənəvi, həm də fiziki məhvinə gətirib çıxarır. Hər bir gənc əsil vətəndaş və cəmiyyətə gərəkli  şəxsiyyət kimi formalaşması üçün yalnız sağlam həyat tərzini seçməlidir. E.Mirzəyev həmçinin tədbir iştirakçılarının nəzərinə onu da çatdırıb ki, bu gün 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. 1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin dəstəyi ilə hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edilmişdir. QİÇS də insan sağlamlığının məhvinə yönələn son illərin ən qorxulu xəstəliklərindən biri sayılır və onunla mübarizə öz aktuallığı ilə seçilir. Azərbaycanda da bu problem, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb. İstər narkomanlığa, istərsə də QİÇS-ə qarşı mübarizədə yerlərdə, xüsusilə də tədris müəssisələrində maarifləndirici tədbirlərin böyük əhəmiyyəti vardır.

   Tədbirdə həmçinin Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Mustafazadə və 214 №-li tam orta məktəbin direktor müavini Arzu Alışqızı çıxış ediblər.

   Tədbirin sonunda “Ağ ölüm”ün və QİÇS-in ağır fəsadlarında bəhs edən video-slayd göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

/img/gallery/100x100/2017_12_04_17_25_26_daad.JPG
  1. Nizami rayonunda “Ağ ölümün qara fəsadları!” mövzusunda..

  2. Nizami rayonunda “Ağ ölümün qara fəsadları!” mövzusunda..

  3. Nizami rayonunda “Ağ ölümün qara fəsadları!” mövzusunda..

  4. Nizami rayonunda “Ağ ölümün qara fəsadları!” mövzusunda..