26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 25 iyun 2018-ci il tarixində Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov, Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı, Milli Məclisin deputatları Hadı Rəcəbli, Azay Quliyev və Şahin İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, BMT-nin Azərbaycan nümayəndəliklərinin əməkdaşları, beynəlxalq və yerli humanitar təşkilatlar, digər qonaqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdirlər.
Keçirilən konfrans mahiyyət etibarı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ının müvafiq bəndinin icrasını təmin etməkdən ibarətdir.
Təşkil olunan konfransda Azərbaycan Gömrük Xidmətinin narkomaniyaya qarşı mübarizə mövzusunda beynəlxalq sərgi və müsabiqələrdə göstərilən ən uğurlu əsərləri nümayiş olunmuş və bu sərgi hazırda çətin və təhlükəli qlobal problemlərdən birinə çevrilən narkomaniyaya qarşı mübarizənin vacibliyinin həssas şəkildə ictimaiyyətə çatdırılmasına öz təsirini göstərmişdir.
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında keçirilmiş ən yaxşı müəllif yazıları müsabiqəsinin münsiflər heyətinin sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Şahin İsmayılov və başqaları tədbirdə çıxış edərək Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, müsabiqənin əhəmiyyətindən danışıblar. Ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dövlət səviyyəsində yetirilən diqqət, bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.
Əli Həsənov qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq üçün Azərbaycanda milli hüququ baza yaradılıb: "Milli Məclis bununla bağlı 29 qanun qəbul edib, Azərbaycan prezidentləri - ümummilli lider Heydər Əliyev və dövlət başçısı cənab İlham Əliyev tərəfindən 29 fərman və sərəncam imzalayıb, Nazirlər Kabineti 27 qərar qəbul edib. Bundan başqa, Azərbaycan BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Vahid Konvensiyasına, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasına və 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasına qoşulub". Bundan əlavə Əli Həsənov bildirib ki, “Azərbaycanın coğrafi mövqeyi narkotiklirin qeyri-qanuni olaraq Avropaya daşinmasi üçün çox əlverişlidir.Ermənistan silahli qüvvələri tərəfindən Azərbaycanın 20% ərazisinin işğalı, ölkənin İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan silahli qüvvələrinin nəzarət etməsi nəticəsində həmin sahədən Avropaya, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə, habelə digər dövlətlərə güclü narkotik axını həyata keçirilir. İşğal altında olan Azərbaycan ərazilərində narkotiklərin istehsalı və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılmasi və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır.”
Eyni zamanda qeyd edilib ki, “Narkomanlığa qarşı mübarizə” mövzusunda jurnalistlər arasında keçirilmiş müəllif yazıları müsabiqənin məqsədi KİV-lərdə sağlam həyat tərzinin təbliğ olunması və bununla ictimaiyyətin, xüsusilə gənclərin məlumatlılığının artırılması, bu istiqamətdə mətbuatda dərc olunan materialların sayının artırılmasının stimullaşdırılması və gənc jurnalistlərin yaradıcılıq qabiliyyətlərinin nümayiş olunmasına şərait yaradılmasıdır.
Bugünkü tədbirin keçirilməsinin əsas məqsədi BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun“Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü”, həmçinin “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında təşkil olunmuş ən yaxşı müəllif yazıları müsabiqəsinin qalibi olmuş jurnalistlərin mükafatlandırılması həyata keçirilmişdir.
Dövlət Proqramının 4.1.16-cı bəndinin icrası ilə əlaqədar, 2017-ci ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qeyri-hökumət təşkilatını cəlb etməklə ESPAD tədqiqatı metodologiyasına əsasən yeniyetmə və gənclər arasında siqarət, alkoqol və narkotiklərin istifadəsi ilə bağlı epidemioloji vəziyyəti qiymətləndirmək və onun dinamikası üzərində müşahidələr aparmaq məqsədilə Bakı şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarını əhatə etməklə, 1000 nəfər yeniyetmə və gənc arasında keçirilmiş sorğunun təqdimatı nümayiş olunmuşdur.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Səbail rayon İcra Hakimiyyəti ilə birgə cari ilin 22 iyun tarixində rayon icra hakimiyyətinin akt zalında maarifləndirmə xarakterli tədbir keçirmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, rayon polis söbəsinin, rayon gənclər idarəsinin əməkdaşları, veteranlar, din xadimləri, müəllim və psixoloqlar iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə cari ilin 21 iyun tarixində rayonun Heydər Əliyev Mərkəzində maarifləndirmə xarakterli tədbir keçirmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, rayon polis söbəsinin, rayon gənclər idarəsinin əməkdaşları, müəllim və psixoloqlar iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Binəqədi rayon İcra Hakimiyyəti ilə birgə cari ilin 21 iyun tarixində rayonun Yeni Azərbaycan Partiyasının inzibati binasında maarifləndirmə xarakterli tədbir keçirmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini, rayon polis söbəsinin, rayon gənclər idarəsinin əməkdaşları, müəllim və psixoloqlar iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarının davamı olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirmək məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan lövhələr cari ilin iyun ayının 15-dən Bakı şəhəri üzrə Xəzər rayonu ərazisində, Hüseyn Cavid, Ziya Bünyadov prospektlərində, Ukrayna dairəsində və Koroğlu Rəhimov küçəsində quraşdırılmışdır.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Yasamal rayon İcra Hakimiyyəti ilə birgə cari ilin 13 iyun tarixində maarifləndirmə xarakterli tədbir keçirmişdir.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini, rayon təşkilatlarının rəhbərləri, psixoloqlar və müəllimlər iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. Tədbir iştirakçıları narkomaniya ilə bağlı rayon məktəblilərinin hazırladıqları rəsmlərdən ibarət sərgiyə baxış keçirmişdilər.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Yasamal rayon komissiyası tərəfindən tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Sabunçu rayon İcra Hakimiyyəti ilə birgə cari ilin 12 iyun tarixində rayonun Gənclər Evində maarifləndirmə xarakterli tədbir keçirmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, rayon polis söbəsinin, rayon gənclər idarəsinin əməkdaşları, psixoloqlar, müəllim və şagirdlər iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının təşkilatçılığı ilə 07 iyun 2018-ci il tarixində 109 saylı tam orta məktəbdə 26 iyun Narkotiklərlə Mübarizə Günüilə əlaqədar “Narkomaniyaya qarşı hamılıqla mübarizə aparmalıyıq!” adlı tədbir keçirilib. Tədbirdə qonaqlar, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov açaraq bildirib ki, bu günkü tədbirimiz Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubuna əsasən 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar təşkil edilib. Bununla bağlı məlumat vermək üçün söz Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundova verilib.
Ə.Axundov çıxışında bildirib ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulubdur.
Tədbirdə həmçinin Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edib, narkomanlığın cəmiyyətə vurduğu yaralardan söhbət açıb, yeniyetmə-gənclərə sağlam həyat tərzinin alternativsiz həyat tərzi olduğunu çatdırıb və xüsusilə də onlara asudə vaxtlarının səmərəli keçirmələri üçün dəyərli tövsiyyələrini verib. M.Əliyev həmçinin qeyd edib ki, bütün bəlaların başında zərərli vərdişlər və onlara aludəçilik durur, odur ki, sağlam həyat tərzi hər bir gəncin, məktəblinin devizinə çevrilməlidir.
109 saylı tam orta məktəbin direktoru Füzuli Xudiyev sonda tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və xüsui olaraq vurğulayıb ki, yeniyetmə-gənclərimizi zərərli vərdişlərdən uzaqlaşdırmaq istiqamətində maarifləndirici tədbirlərin böyük əhəmiyyəti vardır.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun dəstəyi ilə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı layihə çərçivəsində Göyçay rayonunun Akademik Ziya Bünyadov adına şəhər 3 nömrəli tam orta məktəbində, E.Əkbərov adına şəhər 2 nömrəli tam orta məktəbində, Ağdaş rayonunun Müşfiq İsayev adına şəhər tam orta məktəbində, Bəkir Nəbiyev adına şəhər 3 nömrəli tam orta məktəbində, Ucar rayonunun N.Gəncəvi adına şəhər 3 nömrəli tam orta məktəbində və şəhər 6 nömrəli tam orta məktəbində “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir.
Tədbirlərdə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Göyçay, Ağdaş və Ucar rayon komissiyalarının nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.
Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun görülən işlər, “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.
Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkotizm probleminin üzərindən də pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Tədbirlər çərçivəsində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin nümayəndələri tərəfindən müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm, karandaş, xətkeş, pozan və dəftər) paylanmış, iştirakçılarla söhbət və müzakirələr məktəblərin bufetlərində açılan süfrə ətrafında da davam etdirilmişdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun dəstəyi ilə “Vətənini, özünü, ailəni düşün – Sağlam Yaşa!” adlı layihə çərçivəsində Quba rayonunun Hacıbaba Əliyev adına şəhər 1 nömrəli tam orta məktəbində, Zaur Cəfərov adına şəhər 3 nömrəli tam orta məktəbində, İsaak Xanukov adəna Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbində, Xaçmaz rayonunun Akademik Zərifə Əliyeva adına şəhər 8 nömrəli məktəb-liseyində, şəhər 9 nömrəli tam orta məktəbində və A.Səlimov adına şəhər 7 nömrəli tam orta məktəbində “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir.
Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Quba və Xaçmaz rayon komissiyalarının nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.
Çıxış edənlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.
Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkotizm probleminin üzərindən də pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm, karandaş, xətkeş, pozan və dəftər) paylanmış, iştirakçılarla söhbət və müzakirələr məktəblərin bufetlərində açılan süfrə ətrafında da davam etdirilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə Sabunçu rayonu 311 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin məsul işçisi, Sabunçu Rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək problemə dair maarifləndirmə və izahat xarakterli ətraflı məlumatlar vermişlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış, iştirakçılaraDövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılmışıdr.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası və 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar cari ilin 22 may tarixində Nəsimi rayon 46 saylı məktəbin akt zalında tədbir keçirilmişdir.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, rayon polis söbəsinin, Dini qurumun, Nəsimi rayon veteranlar şurasının əməkdaşları, psixoloqlar, müəllim və şagirdlər iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
Tədbir kütləvi informasiyya vasitələri tərəfindən işıqlandirilmışdır.
Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Səbail..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binəqə..
Narkomanlıqla mübarizəyə dair əlavə sosial lövhələrin q..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Yasama..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sabunç..
Nizami rayonunda 26 iyun Narkotiklərlə Mübarizə Günü mü..
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi “Narkoman..
“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..
Sabunçu rayonunda maarifləndirmə tədbiri keçirilib..
26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqə..