Qalereya

Yetkinlik yaşına çatmayan məhkumlar üçün profilaktik tədbir keçirilib

   Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, oktyabrın 1-də yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində təbliğat və maarifləndirmə xarakterli görüş keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Səhiyyə Nazirliyinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli QHT Forumunun  nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilib.

    Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları iştirakçılar arasında paylanılıb.

/img/gallery/100x100/2021_10_01_16_46_45_1134.jpg
  1. Yetkinlik yaşına çatmayan məhkumlar üçün profilaktik tə..

  2. Yetkinlik yaşına çatmayan məhkumlar üçün profilaktik tə..

  3. Yetkinlik yaşına çatmayan məhkumlar üçün profilaktik tə..

Cəzaçəkmə müəssisəsindəki məhkum qadınlar narkotiklərin zərərləri barədə məlumatlandırılıblar

    Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2021-ci ilə dair təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq, oktyabrın 1-də 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlar qadınlar arasında profilaktik tədbir keçirilib.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Səhiyyə Nazirliyinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli QHT Forumunun  nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, narkotik vasitələrin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa yoluxucu xəstəliklərin yayılması haqqında məlumat verib, tövsiyələrini bildiriblər.

    Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları iştirakçılar arasında paylanılıb.

/img/gallery/100x100/2021_10_01_16_44_42_5607.jpg
  1. Cəzaçəkmə müəssisəsindəki məhkum qadınlar narkotiklərin..

  2. Cəzaçəkmə müəssisəsindəki məhkum qadınlar narkotiklərin..

  3. Cəzaçəkmə müəssisəsindəki məhkum qadınlar narkotiklərin..

Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zərərləri barədə maarifləndirmə tədbirləri keçirilib

   Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası istiqamətində sentyabrın 28-də Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri təşkil olunub.

   Tədbirlərdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşları, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar ediblər.

   Çıxışlarda narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilib.

/img/gallery/100x100/2021_09_28_16_40_43_41c5.jpg
  1. Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zə..

  2. Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zə..

  3. Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zə..

  4. Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zə..

  5. Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zə..

  6. Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zə..

  7. Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zə..

Qax rayonu ərazisində 1 ton 700 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq 07 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Fıstıqlı kəndi ərazisinə baxış keçirilən zaman, həmin kəndin ərazisində yerləşən meşə massivində sayı 5431 ədəd, ümumi  çəkisi 1700 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2021_09_22_15_21_13_c5b2.jpg
  1. Qax rayonu ərazisində 1 ton 700 kq yabanı halda bitmiş ..

  2. Qax rayonu ərazisində 1 ton 700 kq yabanı halda bitmiş ..

  3. Qax rayonu ərazisində 1 ton 700 kq yabanı halda bitmiş ..

“802 qaynar xətt” zəng xidmətinə müraciətlərin sayı artmışdır

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial lövhələrin, video çarxın metro stansiyalarında, bir sıra küçə və prospektlərdə, ticarət mərkəzlərində və o cümlədən televiziya kanalları vasitəsilə mütəmadi olaraq yayımlanmasından sonra daxil olan vətəndaş müraciətlərinin sayı artmışdır.

  Cari ilin 20 avqust-15 sentyabr tarixləri ərzində qaynar xətt zəng xidmətinə 213 müraciət daxil olmuşdur ki,onların 72-si narkotik vasitələrin qanunsuz dövriyyəsi,66-sı narkotik asılılıqdan müalicə, 75-i isə digər məsələlər ilə bağlı olmuşdur.Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə ümumilikdə 138 məktub ünvanlanmışdır.

   Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

/img/gallery/100x100/2021_09_22_10_43_00_dc36.jpg
  1. “802 qaynar xətt” zəng xidmətinə müraciətlərin sayı ar..

2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

    2021-ci ilin yanvar-avqust ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 5963 cinayət faktı aşkarlanmışdır. Onlardan 2181-i narkotik vasitələrin qanunsuz satışı, 3376-sı satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 328-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 78-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

     Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 432 kq 105 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 403 kq 172 qr-nı heroin, 1 ton 013 kq 540 qr-nı marixuana, 285 kq 846 qr-nı tiryək, 71 kq 931 qr-nı həşiş, 89,679 qr-nı kokain, 5327 ədədini metadon, 177 kq 684 qr-nı digər narkotik vasitələr və 479 kq 842 qr-nı psixotrop maddələr təşkil etmişdir. O cümlədən, göstərilən dövr ərzindənarkotik xassəli bitkilərin kultivasiya edilməsi ilə bağlı 45 600 ədəd çətənə və xaş-xaş bitkilər aşkar edilmişdir. 

      Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar  həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3696 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.

     Göstərilən dövr ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 241 fakt aşkar edilmişdir ki, həmin faktlar üzrə  2 ton 046 kq 571, 315 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. Aşkar edilmiş cinayətlərin 260-ı qrup halında törədilmiş və həmin faktlar üzrə  qanunsuz dövriyyədən 1 ton 401 kq 120,574 qr narkotik vasitə,17 kq 299 qr psixotrop maddə və 142,8 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

      2021-ci ilin 8 ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə çəkisi 171 ton 067 kq 903 qr olan yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

/img/gallery/100x100/2021_09_16_17_38_48_7c6f.jpg
  1. 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə nar..

Televiziya kanallarında maarifləndirici videoçarxlar yayımlanır

    Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı təbliğat-təşviqat, maarifləndirmə işlərinin kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilərək səmərələliyinin daha da artırılması məqsədilə cari ilin avqust ayının 20-dən etibarən Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış sosial videoçarxlar “AZTV”, “Ictimai”, “Space TV”, “ATV”, “Xəzər TV”, “ARB”, “ARB 24”, “Real TV” və “CBC Sport TV” kanallarının efirlərində mütəmadi olaraq yayımlanır.

   Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusu kanalların proqramlarıında müzakirə edilmiş, o cümlədən hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri barədə sujetlər yuxarıda qeyd olunan kanallar vasitəsilə xəbər proqramlarında nümayiş olunmuşdur.

   Həmçinin oktyabr ayından yeni televiziya mövsümünün başlanması ilə əlaqədar narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində yeni proqramlar və layihələr hazırlanması nəzərdə tutulur.

 

 

/img/gallery/100x100/2021_09_08_14_49_52_2f39.jpg
  1. Televiziya kanallarında maarifləndirici videoçarxlar ya..

  2. Televiziya kanallarında maarifləndirici videoçarxlar ya..

  3. Televiziya kanallarında maarifləndirici videoçarxlar ya..

  4. Televiziya kanallarında maarifləndirici videoçarxlar ya..

Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyalarının rolu mövzusunda videokonfrans formatında tədbir keçirilib

2021-ci il avqustun 27-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə, respublikanın şəhər və rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalarının sədrlərinin iştirakı ilə “Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyalarının rolu” mövzusunda videokonfrans formatında görüş keçirilmişdir.

Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasında narkotik vasitələrə və psixotrop maddələrə nəzarət üzrə institusional sistemin formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəsi artırılaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı müsbət nəticələr əldə olunmuşdur. Bununla yanası şəhər və rayon komissiyalarıtərəfindən bu istiqamətdə aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinin səmərələliyinin daha da artırılmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı şəhər və rayon komissiyalarıtərəfindən görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə edilmiş, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Yevlax, Xacmaz şəhər və rayon komissiyalarının sədrləri məruzə ilə çıxış edərək, Dövlət Komissiyasının sədrinə hesabat vermişlər.

Görüşün yekunu olaraq, Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov tərəfindən 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının və Komissiyasının İş Planının müvafiq bəndlərinin icrasına nəzarətin artırılması, narkomanlığa qarşı mübarizədə koordinasiya işinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin nəticəsinin təhlil edilərək qiymətləndirilməsi və bu istiqamətdə mütəmadi olaraq müzakirələrin aparılması, təbliğat işlərinin təsirliyinin artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın mütəmadi xarakter daşıması və Dövlət Komissiyasının İşçi Qrupu ilə qarşılıqlı birgə fəaliyyətin təmin edilməsinə dair müvafiq tapşırıqlar verilmişdir

/img/gallery/100x100/2021_08_27_19_10_16_7364.jpg
  1. Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyal..

  2. Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyal..

İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və eyni zamanda 4.4.35-ci bəndinə müvafiq olaraq, ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə  “802 qaynar xətt” və “Narkotik sərhədsiz fəlakətdir” adlı sosial videoçarxların cari ilin 24 avqust tarixindən etibarən MetroPark Ticarət və Əyləncə Mərkəzinin və Stimul Hospital özəl tibb müəssəsinin mövcud monitorlarında nümayişinə başlanılıb və iki ay müddətinə yayımlanması nəzərdə tutulur.

/img/gallery/100x100/2021_08_25_14_30_53_4f87.JPG
  1. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

  2. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

  3. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

  4. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

  5. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

  6. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

Narkotik vasitələrin insan orqanizminə təsiri movzusunda tədbir keçirilib

      24 avqust 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupununbirgə təşkilatçılığı ilə “Narkotik vasitələrin insan orqanizminə təsiri” mövzusunda Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qobustan, Siyəzən, İsmayıllı, Bərdə, Qax və Qazax Nümayəndəliklərinin əməkdaşları, üzvləri, o cümlədən könüllüləri üçün videokonfrans formatında seminar keçirilib.

       Görüşdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Hafiz Namazov və Tural Hüseynzadə, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev çıxış edərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə geniş danışmış, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

/img/gallery/100x100/2021_08_24_17_35_27_c802.jpg
  1. Narkotik vasitələrin insan orqanizminə təsiri movzusund..

  2. Narkotik vasitələrin insan orqanizminə təsiri movzusund..

  3. Narkotik vasitələrin insan orqanizminə təsiri movzusund..

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolu mövzusunda tədbir keçirilib

    2021-ci il avqustun 19-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolu” mövzusunda Azərbaycan Respublikası Nazirlər Kabinetində görüş keçirilmişdir.

    Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilməsi nəzərdə tutulanişlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

     Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd etmişdir ki,  narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir cəmiyyətin üzləşdiyi ən ciddi və təhlükəli qlobal problemlərdən biridir.  Bütövlükdə bəşəriyyətin müasir gündəliyində duran ən vacib məsələlə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkil edilməsidir. Ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılması, ölkə ərazisində hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəsi artırılaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı müsbət nəticələr əldə olunması və bu istiqamətdə aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinin kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilərək səmərələliyinin daha da artırılmasının zəruriliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

    Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, Medianın İnkişafı Agentliyi İcraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, Space Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov narkomanlığa qarşı müasir informasiya vasitələrinin imkanlarından istifadə etməklə təşkil olunması nəzərdə tutulan maarifləndirmə tədbirlərinə dair təşəbbüsləri dəstəkləyərək, narkomanlığın ailədə və cəmiyyətdə doğurduğu arzuolunmaz nəticələri barədə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmasının əhəmiyyəti barədə çıxış etmişlər.

    Görüşün yekunu olaraq, antinarkotik təbliğatın təşkili istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin təşkili məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən sosial çarxların hazırlanması və kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılması, narkomanlığın zərəri ilə bağlı sənədli filmlərin və sujetlərin çəkilməsi, problemin mahiyyətini ifadə edən müəllif yazılarının və araşdırmalarının hazırlanması, aidiyyəti dövlət orqanlarının mütəxəssilərini cəlb etməklə xüsusi verilişlərin təşkil edilməsinə dair müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.

/img/gallery/100x100/2021_08_20_18_17_31_53c6.JPG
  1. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..

  2. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..

  3. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..

Narkomanlığa qarşı mübarizə mövzusunda hərbi hissə və birləşmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində tədbirlər keçirilib

    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinin icrası ilə əlaqədar həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupu birgə təşkilatşılığı ilə aidiyyəti qurumları cəlb etməklə cari ilin 10,11 və 12 avqust tarixlərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, “N” saylı hərbi hissə və birləşmələrində seminar və görüşlər keçirilib.

    Tədbirlərdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin müavini Aydın Əyyubov, Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydinov, sektor müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktor müavini İlham Məmmədov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahlar Zeynalov və DİN-nin Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru Laçın Paşayev iştirak edərək antinarkotik təbliğat istiqamətində çıxışlar etmişlər.

    Eyni zamanda tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təmin edilmişdir.

/img/gallery/100x100/2021_08_16_15_35_44_b071.jpg
  1. Narkomanlığa qarşı mübarizə mövzusunda hərbi hissə və b..

  2. Narkomanlığa qarşı mübarizə mövzusunda hərbi hissə və b..

  3. Narkomanlığa qarşı mübarizə mövzusunda hərbi hissə və b..