
Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, 4 gün ərzində Şamaxı rayonunun 10 kəndi üzrə 460 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimlərdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bununla yanaşı gənclər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi, süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri tanış olub, daha sonra praktiki şəkildə “CV” yazılma qaydası öyrəniblər.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlim baş tutmuşdur. Belə ki, Şamaxı rayonunda məktəblilərin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən “Zərərli vərdişlərə yox deyək” adlı təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında 2024-cü ilə dair təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar arasında profilaktik tədbir keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, narkotik vasitələrin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa yoluxucu xəstəliklərin yayılması haqqında və o cümlədən narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə məlumat verib, tövsiyələrini bildiriblər.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları iştirakçılar arasında paylanılıb.
Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlim baş tutmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda 100 məktəblinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən “Zərərli vərdişlərə yox deyək” adlı təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlim baş tutmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 100 məktəblinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən “Zərərli vərdişlərə yox deyək” adlı təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 avqust tarixli 173 nömrəli Fərmanının 1.3.1-ci və 1.4.1-ci yarımbəndlərinə əsasən qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrəKomissiya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il 20 sentyabr tarixli 01 nömrəli qərarı ilə yenidən formalaşdırılmışdır.
Bununla yanaşı adı çəkilən Fərmanın 1.3.3-cü və 1.4.3-cü yarımbəndlərinə uyğun olaraq, qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyalarının formalaşdırılması isə Dövlət Komissiyası tərtəfindən yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır.
Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlim baş tutmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 100 məktəblinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq sentyabrın 20-də Zaqatala rayonunda “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Zaqatala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Zaqatala rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Tofiq Əhmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, bu gün qlobal miqyasda əsas çağırışlarından biri narkomaniyaya qarşı mübarizədir. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində silsilə tədbirlər keçirilir. Əsas məqsəd gəncləri məlumatlandırmaq və maarifləndirmə yolu ilə sağlam gələcəyimizin təmin olunmasına töhfə verməkdir. Qeyd edilib ki, ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir, həmçinin milli-mənəvi dəyərlərin qoruyucusu və ötürücüsüdür. Bu dəyərlərin qorunmasında cəmiyyətin bütün institutları fəal və məsuliyyətli olmalıdır.
Diqqətə çatıdırılıb ki, ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün əlverişli şərait yaratmaqla yanaşı, onların vətənpərvər ruhda formalaşmasını təmin edib. Bu baxımdan, xalqımızın tarixində möhtəşəm səhifə açmış 44 günlük Vətən müharibəsi və bir günlük lokal xarakterli antiterror tədbirləri gənclərimizin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla hər il sentyabrın 20-i Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Ötən il cəmi 23 saat 43 dəqiqə davam etmiş və sentyabrın 20-də başa çatmış antiterror əməliyyatları nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində ölkəmizin suverenliyi tam təmin edilib. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
İnteraktiv formada davam etdirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şərur rayonunda Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilmişdir.
Tədbirin açılış günü Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov və digər dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.
Təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq sentyabrın 19-da İsmayıllı rayonunda “Sağlam gələcək, xoşbəxt cəmiyyət” mövzusunda tədbir keçirilib.
Əvvəlcə İsmayıllı şəhərində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Sarayında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Eyyub Musayev, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri, hüquq şöbəsinin müdiri Pakizə Abbasova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.
Çıxış edənlər narkomaniya ilə mübarizədə maarifləndirmənin əhəmiyyətli olduğunu bildirib, yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat işlərinin önəmindən bəhs ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından böyük önəm daşıyır. Qeyd olunub ki, sağlam cəmiyyət naminə zərərli vərdişlərə qarşı mübarizə hər zaman aktualdır. Müasir dövrdə isə gəncləri zərərli vərdişlərdən qorumaq mühüm çağırışdır. Gənclər daha çox bilik qazanmağa, sağlam həyat tərzinə üstünlük verməli, eyni zamanda, narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər.
Diqqətə çatdırılıb ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması onların zərərli vərdişlərdən çəkinməsində vacib faktordur. Qeyd olunub ki, bu gün müasir müstəqil Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində gənclər cəmiyyət həyatının bütün sahələrində, o cümlədən ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Dövlətimizin başçısı gənclərin hərtərəfli inkişafı, onların sağlam ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyəsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Sevindirici haldır ki, Azərbaycan gəncləri 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirlərində şanlı ordumuzun sıralarında yüksək vətənpərvərlik, şücaət və qəhrəmanlıq göstəriblər.
İnteraktiv formada davam etdirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Carı ilin 18 sentyabr tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərdə Komissiyanın İşçi Qrupu əməkdaşı, Səhiyyə Nazirliyi Bakı şəhəri üzrə Narkolojı Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərəknarkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı barədə zəruri məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Yasamal rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 106 məhkəmə hökmü və qərar üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Şamaxıda Səyyar Gənclər Xidməti layihəsinin növbəti təl..
Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Şa..
Cəzaçəkmə müəssisəsindəki məhkum qadınlar narkotiklərin..
Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Kə..
Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Şa..
Külli və xüsusilə külli miqdarlarda olan narkotik vasit..
Naxçıvanın Babək rayonunda Səyyar Gənclər Xidməti layih..
“Sağlam gənclik sağlam ailənin təminatıdır”..
Şərur rayonunda Səyyar Gənclər Xidməti layihəsinin növb..
“Sağlam gələcək, xoşbəxt cəmiyyət”..
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..