Qalereya

Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndirmə tədbiri keçirilib

 Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.

 Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu iştirak ediblər.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

 Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.

/img/gallery/100x100/2022_11_23_12_39_01_5a29.jpg
  1. Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində n..

  2. Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində n..

  3. Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində n..

  4. Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində n..

11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədbir keçirildi

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Elm və Təhsil Nazirliyi ilə birgə Sabunçu rayonunda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirib.

 Tədbirdə Elm və Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu mövzu ilə bağlı çıxış edərək dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb.

 Sonda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılıb, o cümlədən məktəbin müəllimlərinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr təqdim

/img/gallery/100x100/2022_11_23_12_29_34_82db.jpg
  1. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədb..

  2. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədb..

  3. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədb..

  4. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədb..

asdasdas

dasdasd

/img/gallery/100x100/
  1. asdasdas..

  2. asdasdas..

  3. asdasdas..

  4. asdasdas..

sdgfsdfsdf

fsdfsdfsdf

/img/gallery/100x100/2022_11_23_10_32_24_d20b.jpg
  1. sdgfsdfsdf..

  2. sdgfsdfsdf..

  3. sdgfsdfsdf..

test

/img/gallery/100x100/
  1. test..

2022-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

   2022-ci ilin 9 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8694 cinayət faktı aşkarlanmışdır. Onlardan 2941-i narkotik vasitələrin qanunsuz satışı, 5286-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 387-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 80-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

   Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 827 kq 532,775 qr və 32918 həb, 524 ədəd narkotik vasitələrin və psixotrop maddələrin  1 ton 963 kq 632,152 qr-nı heroin, 1 ton 706 kq 517,599 qr-nı marixuana, 268 kq 584,935 qr-nı tiryək, 27 kq 785,044 qr-nı həşiş, 260,95 qr-nı kokain, 130 kq 847,843 qr-nı və 32918 həb digər narkotik vasitələr və 729 kq 904,252 qr və 524 ədəd psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1 kq 485,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 79853 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

   Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6249 nəfər cəlb edilmişdir ki, onlardanda 6079-u kişi, 170-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 74 nəfəri xarici ölkə vətəndaşıdır.

    Məsuliyyətə cəlb edilmiş 74 xarici ölkə vətəndaşından 36-sı İran İslam Respublikası, 8-i Gürcüstan, 10-u Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna , 1-i Maldiv və 13-ü Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 686,303 qr  və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd  narkotik tərkibli  çətənə bitkisi götürülmüşdür.

    2022-ci ilin 9 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 210 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 298 kq 696,168 qr və 33550 ədəd həb, 2048 ədəd    kapsul, 1470 qr MDA və 110 ml müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

   Ümumilikdə, aşkar edilmiş cinayətlərin 292-si qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 518 kq 303,994 qr və 9548 həb narkotik vasitələr və psixotrop maddələr müsadirə edilmişdir.

    2447 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 504 kq 515,1 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilmişdir.

   Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 530,883 hektar sahədən çəkisi 165 ton 756 kq 608,85 qr olan narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

    Qanunsuz dövriyyədən götürülmüş 4 ton 827 kq 532,775 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 168 milyon 635 000 AZN   (99 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 05-06 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402  kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının və 28 697 ədəd çətənə bitkisinin  məhv edilməsi prosesi həyata keçirilib.

   Təhlil göstərir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1957, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 501, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1484, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21 fakt, qaçaqmalçılıq faktlarının sayı 44 fakt, xarici ölkə vətəndaşlarının sayı 29 nəfər, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1830 nəfər artmış,  həmçinin bu kateqoriyadan olan digər cinayətlərin sayı 3 fakt azalmışdır.

    Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 354 kq 695,225 qr, qrup halında törədilmiş cinayətlərin sayı  isə 10 fakt azalmışdır.

   Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 66531 nəfər istiqamətləndirilmişdir.

   Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2456 nəfərdən 1773-ü isə  istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

   Müvafiq dövrdə 4710 nəfər stasionar müalicədə olmuşdur. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 990 xəstə müalicə alır.

  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil etmişdir. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

   Hesabat dövründə 602 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur. Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9985 nəfər qeydiyyata götürülmüşdür (9659-u Azərbaycan vətəndaşı, 326-sı əcnəbi). İİV-ə yoluxanların 7114-ü kişi, 2871-i qadındır. Onlardan 3542-si İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2489 nəfəri hazırda dispanser qeydiyyatındadır.

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

  Hesabat dövrü ərzində maarifləndirmə tədbirləri çərçivəsində ümumilikdə 166 tədbir (şəhər/rayon komissiyaları ilə 35 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 78 maarifləndirmə tədbiri, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 35 təlim, 7 kütləvi-mədəni tədbir, 3 idman növü üzrə turnir və 4 fləşmob) təşkil edilmişdir.

   Cari ilin yanvar-sentyabr ayları ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 1542 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 187-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 629-u narkotik asılılıqdan müalicə, 726-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 816 məktub ünvanlanmışdır.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

/img/gallery/100x100/2022_10_20_10_14_20_cf9a.png
  1. 2022-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

Xəzər rayonunda narkomaniya ilə mübarizə işinin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir təşkil edilmişdir.

   Oktyabr ayının 18-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Elm və Təhsil Nazirliyinin NazirliyininDe-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi ilə birlikdə Xəzər rayonunda Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir. 

 Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı,  Elm və Təhsil Nazirliyinin  De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsininşöbəsinin müdiri iştirak edərək mövzu ilə bağlı çıxış edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

  Sonda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılmış, o cümlədən məktəbin müəllim heyətinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr təqdim edilmişdir.

/img/gallery/100x100/2022_10_19_09_59_54_881c.jpg
  1. Xəzər rayonunda narkomaniya ilə mübarizə işinin güclənd..

  2. Xəzər rayonunda narkomaniya ilə mübarizə işinin güclənd..

  3. Xəzər rayonunda narkomaniya ilə mübarizə işinin güclənd..

  4. Xəzər rayonunda narkomaniya ilə mübarizə işinin güclənd..

  5. Xəzər rayonunda narkomaniya ilə mübarizə işinin güclənd..

Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti altında tədbirlər həyata keçirilmişdir.

   "Xaş-xaş 2022" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Qubadlı və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 24,6 hektar sahədən yabanı halda bitən 5768 kq xaş-xaş (21977 ədəd) və 8804 kq çətənə kolları (28099 ədəd) müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.

/img/gallery/100x100/2022_10_18_10_31_40_d653.jpg
  1. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti a..

  2. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti a..

  3. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti a..

  4. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti a..

  5. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti a..

  6. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti a..

  7. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti a..

  8. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti a..

Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə tədbir təşkil edilmişdir.

    Oktyabrın 13-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Xətai rayonun 245 nömrəli tam orta məktəbdə  narkomanlıq probleminə dair şagirdlər üçün maarifləndirmə xarakterli tədbir keçirilib.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı çıxış edərək, narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiribarədə zəruri məlumatlar verdi.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.

/img/gallery/100x100/2022_10_17_16_52_22_6c4b.jpg
  1. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  2. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  3. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  4. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

“Gənclər sağlam həyat tərzini seçir” devizi altında keçirilən basketbol üzrə turnir yekunlaşıb

Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər sağlam həyat tərzini seçir” devizi altında basketbol idman növü üzrə turnirin final mərhələsi keçirilib.

Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin məsul əməkdaşı Şahin Verdiyev və Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildiriblər ki, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilməlidir. Kütləvi idman tədbirləri də məhz bu məqsədə xidmət edir. Əsas məqsəd cəmiyyətimizdə, xüsusilə də gənclər arasında zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.

Qeyd olunub ki, təşkil olunan basketbol turniri də həyata keçirilən silsilə tədbirlərdən biridir. Bildirilib ki, 12 oktyabr tarixindən başlayan turnirdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Biznes Universiteti, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandaları mübarizəyə qoşulublar.

“Gənclər sağlam həyat tərzini seçir” devizi altında keçirilən basketbol idman növü üzrə turnirin final mərhələsində isə Bakı Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin komandaları qüvvələrini sınayıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda Azərbaycan Texniki Universitetinin komandası qələbə qazanıb.

Sonda qaliblər və turnirin bütün iştirakçıları təltif olunublar.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planı çərçivəsində narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların,  idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi davam edir.

/img/gallery/100x100/2022_10_13_17_29_46_5722.jpg
  1. “Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..

  2. “Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..

  3. “Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..

  4. “Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..

  5. “Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..

  6. “Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..

  7. “Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..

  8. “Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..

  9. “Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..

  10. “Gənclər sağlam həyat tərzini seçir” devizi altında keç..

Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə tədbir təşkil edilmişdir.

  Oktyabrın 7-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Xəzər rayonun 234 nömrəli tam orta məktəbdə  narkomanlıq probleminə dair şagirdlər üçün maarifləndirmə xarakterli tədbir keçirilib.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və  Bakı şəhər üzrə Təhsil İdarəsinin məsul əməkdaşları çıxış edərək, narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiribarədə zəruri məlumatlar verdi.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.

/img/gallery/100x100/2022_10_07_16_05_45_1f87.jpg
  1. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  2. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  3. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  4. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər.

   Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə cari ilin sentyabr ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair birgə imzalanmış Tədbirlər Planı çərçivəsində YAP Mərkəzi Aparatının və Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “Qüvvət elmdədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
  • YAP Xəzər rayon təşkilatının və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” devizli yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri təşkil edilmişdir. Keçirilən sərbəst güləş üzrə idman turnirində 9 çəki üzrə 100-ə yaxın gənc iştirak etmiş;
  • Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 1, 10, 12 və 13  saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunmuş;
  • Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Nizami, Sabunçu və Suraxanı rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmiş;.
  • Cari ilin 02 və 06 sentyabr tarixlərində Gənclər Fondunun Şamaxı rayonunda təşkil etdiyi “Yayfest” gənclər festivalında təşkil olunmuş “Mən öz gələcəyimi seçirəm” adlı təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları ekspert qismində iştirak etmiş;
  • Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz  Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilmiş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən sentyabr ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

   Beləliklə,cari ilin sentyabr ayı ərzində ümumilikdə 12 tədbir, 1 idman turniri, 6 maarifləndirmə tədbiri, 3 ümumtəhsil məktəblərinin psixoloqları üçün təlim və “Yayfest” gənclər festivalında 2 interaktiv təlim təşkil edilmişdir.

/img/gallery/100x100/2022_10_07_12_22_49_4d8b.jpg
  1. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  2. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  3. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  4. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  5. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  6. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  7. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  8. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  9. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  10. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...