Qalereya

13 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növbəti maarifləndirmə tədbiri keçirilib

 Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 13 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

  Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.

 

/img/gallery/100x100/2022_09_23_15_24_37_96a9.jpg
  1. 13 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  2. 13 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

12 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndirmə tədbiri keçirilib

  Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 12 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

  Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.

 

/img/gallery/100x100/2022_09_22_16_31_18_18de.jpg
  1. 12 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  2. 12 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  3. 12 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  4. 12 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  5. 12 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti təlim keçirilib

Cari ilin 06 sentyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şamaxı rayonunda təşkil edilən “Yay Fest”də iştirak edən gənclər arasında təlim keçirilmişdir.

Təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı çıxış edərək gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  “Yay Fest” iştirakçılarına təqdim edilmişdir.

/img/gallery/100x100/2022_09_08_14_15_16_2ada.jpg
  1. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

  2. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

  3. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

  4. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

Ağdaş rayonu ərazisində 970 kiloqramdan artıq yabanı halda bitmiş çətənə bitkisi aşkar olunaraq məhv edilib

Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq  keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Ağzıbir kəndi ərazisində  yabanı halda bitmiş 1442 ədəd, ümumi çəkisi 970 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_07_11_11_10_1a66.png
  1. Ağdaş rayonu ərazisində 970 kiloqramdan artıq yabanı ha..

  2. Ağdaş rayonu ərazisində 970 kiloqramdan artıq yabanı ha..

  3. Ağdaş rayonu ərazisində 970 kiloqramdan artıq yabanı ha..

Qazax rayonu ərazisində 840 kiloqramdan artıq yabanı halda bitmiş çətənə bitkisi aşkar olunaraq məhv edilib

Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq  keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qarapapaq kəndi ərazisində  yabanı halda bitmiş 2100 ədəd, ümumi çəkisi 840 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_07_10_54_29_7644.jpg
  1. Qazax rayonu ərazisində 840 kiloqramdan artıq yabanı ha..

  2. Qazax rayonu ərazisində 840 kiloqramdan artıq yabanı ha..

Yardımlı rayonu ərazisində 4 ton 828 kiloqramdan artıq yabanı halda bitmiş çətənə bitkisi aşkar olunaraq məhv edilib

Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq  keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  ərazisində  yabanı halda bitmiş 36532 ədəd, ümumi çəkisi 4 ton 828 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_07_10_45_33_abdb.jpg
  1. Yardımlı rayonu ərazisində 4 ton 828 kiloqramdan artıq ..

  2. Yardımlı rayonu ərazisində 4 ton 828 kiloqramdan artıq ..

  3. Yardımlı rayonu ərazisində 4 ton 828 kiloqramdan artıq ..

Ağdaş rayonu ərazisində 2 ton 570 kiloqram yabanı halda bitmiş çətənə bitkisi aşkar olunaraq məhv edilib

Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq  keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Pirəzə və Mürsəl kəndləri ərazisində  yabanı halda bitmiş 2441 ədəd, ümumi çəkisi 2 ton 570 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_07_10_36_54_3ea2.png
  1. Ağdaş rayonu ərazisində 2 ton 570 kiloqram yabanı halda..

  2. Ağdaş rayonu ərazisində 2 ton 570 kiloqram yabanı halda..

“Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilmişdir.

   5 sentyabr 2022-ci il tarixində Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən R. Pirnəzərov adına 299 nömrəli tam orta məktəb-liseydə Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz  Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilmişdir.

  Tədbirdə Binəqədi RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz  Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Binəqədi Rayon Polis İdarəsi polis inspektoru, Biləcəri qəsəbəsi 15 saylı Şəhər Poliklinikasının rəhbəri, Rayon İcra Hakimiyyəti yanında Ictimai Şuranın sədri və Şura üzvləri,  “LOQOS” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, məktəb direktorları, psixoloqlar,  müəllimlər və valideynlər iştirak edirdilər.

 Görüşdə respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyətindən, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə görülən tədbirlərdən, narkotik asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

  Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim edilib.

/img/gallery/100x100/2022_09_06_14_41_36_0eac.JPG
  1. “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilmi..

  2. “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilmi..

  3. “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilmi..

Cari ilin avqust ayı ərzində keçirilən tədbirlər.

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə cari ilin avqust ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair birgə imzalanmış Tədbirlər Planı çərçivəsində YAP Mərkəzi Aparatının və Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.
  • Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 2, 7, 16 və 17 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri təşkil olunmuş;
  • Cari ilin 03, 11 və 31 avqust tarixlərində Gənclər Fondunun Şamaxı rayonunda təşkil etdiyi “Yayfest” gənclər festivalında təşkil olunmuş “Mən öz gələcəyimi seçirəm” adlı təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları ekspert qismində iştirak etmiş;
  • Aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə Abşeron, Binəqədi, Qaradağ və Pirallahı rayonlarında tədbirlər həyata keçirilmiş;
  • Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun birgə təşkilatçılığı ilə  “Cırtdan” Respublika Uşaq və İstirahət Mərkəzində “Narkomaniya və erkən nigah” mövzusunda maarifləndirici  tədbir təşkil edilmiş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 27 ədəd yeni sosial lövhə Bakı şəhər üzrə təhsil müəssisələrində quraşdırılmışdır. Bununla da cari ilin iyul və avqust ayları ərzində Bakı şəhər üzrə Təhsil İdarəsinə təqdim olunmuş sosial lövhələrin ümumi sayı 46-ya çatdırılmış;
  • Həmçinin, xəbərdaredici məlumatlar əks olunan 05 ədəd sosial lövhə Mühafizə Alayında, konvoy taborunda  və cəzaçəkmə müəssisələrində quraşdırılmışdır. Bununla da cari ilin iyul və avqust ayları ərzində cəzaçəkmə müəssisələrinə təqdim olunmuş sosial lövhələrin ümumi sayı 23-ə çatdırılmış;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən iyul ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda  hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC,Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

      Beləliklə təşkilati tədbirlərdən əlavə cari ilin avqust ayı ərzində ümumilikdə 13 tədbir, rayon komissiyaları ilə 4 dəyirmi masa, 6 maarifləndirmə tədbiri, “Yayfest” gənclər festivalında təşkil olunmuş 3 təlim təşkil edilmişdir.

/img/gallery/100x100/2022_09_06_14_30_13_3984.jpg
  1. Cari ilin avqust ayı ərzində keçirilən tədbirlər...

Ağdam rayonu ərazisində 848 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində 1114 ədəd, ümumi  çəkisi 848 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_05_11_11_31_e515.jpg
  1. Ağdam rayonu ərazisində 848 kq yabanı halda bitmiş çətə..

  2. Ağdam rayonu ərazisində 848 kq yabanı halda bitmiş çətə..

Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti təlim keçirilib

Cari ilin 02 sentyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şamaxı rayonunda təşkil edilən “Yay Fest”də iştirak edən gənclər arasında təlim keçirilmişdir.

Təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı çıxış edərək gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  “Yay Fest” iştirakçılarına təqdim edilmişdir.

/img/gallery/100x100/2022_09_05_09_39_36_81bc.JPG
  1. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

  2. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

  3. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

  4. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi barədə tədbir keçirildi

Sentyabrın 01-də Abşeron Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə tədbir keçirilmişdir.

Tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim edilib.

/img/gallery/100x100/2022_09_02_11_35_26_494c.jpg
  1. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

  2. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

  3. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

  4. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

  5. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

  6. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..