Qalereya

“Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusunda maarifləndirici görüş keçirilib

16 yanvar 2026-cı il tarixində, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə uyğun olaraq Binəqədi rayonu İcra Hakimiyyəti və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Bakı şəhəri, 283 nömrəli tam orta məktəbdə valideynlər üçün maarifləndirici görüş keçirilib.

Görüşün əsas məqsədi narkotik asılılığının qarşısının alınmasında ailələrin rolunun artırılması, valideyn məsuliyyətinin gücləndirilməsi və bu sahədə məlumatlılığın yüksəldilməsi olub.

Tədbirdə Binəqədi rayonu İcra Hakimiyyətinin başçısının müavini, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Bakı Narkolojı Mərkəzinin nümayəndəsi və digər mütəxəssislər çıxış edərək narkotik asılılığının cəmiyyət üçün yaratdığı təhlükələrdən, ailənin profilaktikada, risklərin erkən aşkarlanmasında, eləcə də müalicə və reabilitasiya prosesində oynadığı mühüm roldan danışmış, valideyn nəzarətinin əhəmiyyəti və uşaqların təhlükəsiz mühitdə böyüməsinə təsir edən amillər barədə geniş məlumat təqdim ediblər.

Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və ailələrin bu sahədə maarifləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

/img/gallery/100x100/2026_01_19_11_02_12_bd47.JPG
  1. “Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..

  2. “Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..

  3. “Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..

  4. “Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..

  5. “Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..

  6. “Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..

  7. “Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusun..

Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici aksiya keçirilib

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Yasamal  Rayon İcra Hakimiyyəti ilə birgə Yasamal rayon ərazisində maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”,  və “Psixotrop maddələr haqqında həqiqət” adlı hazırlanmış yeni maarifləndirici bukletlər sakinlərə paylanılıb.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.

/img/gallery/100x100/2026_01_16_14_18_34_a894.png
  1. Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  2. Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  3. Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  4. Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  5. Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  6. Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  7. Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  8. Yasamal rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədbir keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal rayonu 53 saylı tam orta ümumtəhsil məktəbində valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Komissiyasının sədri, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri çıxış edərək narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.

Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”  “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

 

/img/gallery/100x100/2026_01_16_12_58_52_a09b.JPG
  1. Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..

  2. Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..

  3. Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..

  4. Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..

  5. Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..

  6. Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..

  7. Yasamal rayonunda valideynlər üçün maarifləndirici tədb..

Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə zəruri təbliğat materialları hazırlanıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.22-ci yarımbəndinə uyğun olaraq antinarkotik təbliğat və təşviqat işlərinin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2026-cı ildə yeni üslubda maarifləndirici əyani vəsaitlər hazırlanmışdır.

Hazırlanmış yeni əyani vəsaitlər “Rəqəmsal mühitdə gizli narkotik riskləri” (rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri barədə məlumatlandırma, rəqəmsal savadlılığın və şəxsi təhlükəsizlik bacarıqlarının gücləndirilməsi), “Yeniyetmələr və gənclər üçün” (gənclər arasında narkotik vasitələrin yaratdığı risklər barədə məlumatlandırmanın gücləndirilməsi, psixoloji təzyiq və yanlış təsəvvürlərin izahı, habelə fərdi qərarvermə bacarığının və “yox” demək iradəsinin formalaşdırılması) və “Valideynlər üçün tövsiyə” (psixoaktiv maddələrin mahiyyəti, onların insanın psixi və fiziki sağlamlığına vurduğu ağır zərər, asılılıq mexanizmləri, istifadə risk amilləri, eləcə də yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti) mövzularını əhatə edir.

Qeyd olunan əyani vəsaitlərin Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təşkil olunan maarifləndirmə tədbirlərində, bir sıra rayon və şəhərlərdə keçirilən aksiyalarda və təlimlərdə, habelə digər kompleks tədbirlər çərçivəsində paylanılması nəzərdə tutulmuşdur.

/img/gallery/100x100/2026_01_09_16_00_43_1f5e.jpg
  1. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə zəru..

  2. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə zəru..

  3. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə zəru..

  4. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə zəru..

Sabunçu rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Sabunçu rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 461 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2026_01_07_09_49_54_12e3.jpg
  1. Sabunçu rayonunda məhkəmə qərarları əsasında müsadirə o..

Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən vətəndaşlara xidmət göstərəcək

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə cari ilin 31 dekabr tarixindən 2026-cı il yanvarın 5-dək bayram günləri ərzində “802 Qaynar Xətt” WhatsApp üzərindən fəaliyyətini davam etdirəcək.

Vətəndaşlar rəsmi WhatsApp nömrəsi (055) 600 08 02 vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.

/img/gallery/100x100/2025_12_30_11_08_18_f0f6.png
  1. Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..

Nərimanov rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Nərimanov rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 14 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2025_12_30_10_22_26_277a.jpg
  1. Nərimanov rayonunda məhkəmə qərarları əsasında müsadirə..

Məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Tovuz (6), Ağstafa (10), Samux (4), Şəmkir (179), Qazax (24) rayon komissiyaları tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümymilikdə 223 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2025_12_30_09_56_59_88cc.jpg
  1. Məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli..

Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici aksiya keçirilib

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Qaradağ  Rayon İcra Hakimiyyəti ilə birgə Qaradağ rayon ərazisində maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı hazırlanmış maarifləndirici bukletlər sakinlərə paylanılıb.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunub. Görüşlərdə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.

 .

/img/gallery/100x100/2025_12_29_09_47_48_e97a.jpg
  1. Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  2. Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  3. Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  4. Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  5. Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  6. Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  7. Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  8. Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  9. Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

  10. Qaradağ rayonunda narkomaniyaya qarşı maarifləndirici a..

9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində təlim keçirildi

İnternat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində “Sağlam gələcək naminə” mövzusunda tədbir təşkil edilmişdir.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxış edərək, şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə    və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb vəgələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2025_12_26_16_11_23_f016.jpg
  1. 9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  2. 9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  3. 9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  4. 9 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

Qaradağ rayonunda valideynlər üçün maarifləndirici tədbir keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu 228 saylı tam orta ümumtəhsil məktəbində valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri çıxış edərək narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.

Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara paylanılıb.

 

/img/gallery/100x100/2025_12_26_16_05_40_895d.jpg
  1. Qaradağ rayonunda valideynlər üçün maarifləndirici tədb..

  2. Qaradağ rayonunda valideynlər üçün maarifləndirici tədb..

  3. Qaradağ rayonunda valideynlər üçün maarifləndirici tədb..

  4. Qaradağ rayonunda valideynlər üçün maarifləndirici tədb..

Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri və Mingəçevir Şəhər Narkoloji Dispanserinin nümayəndəsi çıxış edərək narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığın formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, həmçinin “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2025_12_26_15_58_14_4168.jpg
  1. Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..

  2. Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..

  3. Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..

  4. Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..

  5. Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..

  6. Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..

  7. Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..

  8. Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..

  9. Mingəçevir Turizm Kollecində narkomaniyaya qarşı maarif..