
Əhalinin maarifləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayon ərazisində “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici bukletlər paylanılmışdır.
Aksiya çərçivəsində könüllülər tərəfindən rayonun yaşayış ərazisinin müxtəlif ünvanlarda sakinlərlə, xüsusilə də yeniyetmə-gənclərlə görüşlər keçirilib. İctimayyətin nümayəndələrinə narkotik vasitələrin zərərli təsirləri, onların istifadəsinin fəsadları və narkomaniyaya qarşı mübarizə tədbirləri ilə bağlı yanaşı, narkotik asılılığının insan sağlamlığına, ailə və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verilmiş, sağlam həyat tərzinin təbliği aparılmışdır.
19 dekabr 2025-ci il tarixində, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Nərimanov rayonun 212 nömrəli tam orta məktəbin akt zalında valideynlərlə görüş keçirilib.
Təşkil olunan görüşdə iştirakçılara narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri, onun yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat verilib. İştirakçılarla mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, maraq doğuran suallar cavablandırılıb.
Tədbirdə, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini, yerli komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Bakı şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu iştirak etmişlər.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Sənədli film narkomaniyanın cəmiyyət üçün yaratdığı ağır fəsadları, bu bəlanın qurbanlarının faciəli talelərini real faktlar və təsirli kadrlarla təqdim edir. Ekran əsərinin əsas məqsədi narkomaniyanın təkcə fərdi yox, bütövlükdə cəmiyyət üçün qlobal təhlükə olduğunu bir daha nümayiş etdirməkdir.
Filmdə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mütəşəkkil mübarizədən geniş bəhs olunur. Narkotik maddələri ən ağlagəlməz üsullarla ölkə ərazisinə keçirməyə cəhd göstərən narkotacirlərin ifşa edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması fakt və sübutlarla göstərilir.
Çəkilişlər sərhəd-keçid məntəqələrində və həbsxanalarda aparılıb. Narkomaniya qurbanlarının etirafları və son peşmançılıqları filmin ən təsirli və həssas məqamları kimi təqdim olunur. Narkotiklərin gətirdiyi bəlanın miqyası qəhrəmanların yaşadığı faciəli talelər üzərindən açıq şəkildə göstərilir və bu kadrlar xüsusilə yeniyetmələr üçün ciddi ibrət dərsi xarakteri daşıyır.
33 dəqiqəlik sənədli film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırlanıb.
Nümayişdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllim və tələbələri ilə müzakirə aparılıb.
2025-ci ilin yanvar-noyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7441 cinayət faktı aşkarlanmışdır. Onlardan 2403-ü narkotik vasitələrin qanunsuz satışı, 4850-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 186-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 037kq 413,78 qramını marixuana, 745 kq 500,982 qramını heroin, 144 kq 728,924 qramını tiryək, 75 kq 384,242 qramını həşiş, 153,551 qramını kokain, 181 kq 871,261 qramını digər narkotik vasitələr və 149 kq 660,186 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 15516 ədəd metadon, 18938 ədəd çətənə bitkisi, eləcə də1 kq 111,692 qram,108 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 600 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 573 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5117 nəfər cəlb edilmiş, onlardan 4961 kişi, 156 qadın olmuşdur.
Məsuliyyətə cəlb edilmiş 85 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 501,249 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 231 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 847 kq 095,152 qr və 15 516 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 274 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 658kq 377,574 qr nakotik vasitə, psixotrop maddə maddə və 309 kq 436,2 qr güclü təsir edən maddə müsadirə edilmişdir.
2439 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 2 ton 044 kq 413,166qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1108, qanunsuz satış ilə bağlı faktların sayı 434, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 628, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 42, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 4, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında olan cinayətlərin sayı 39 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1576 nəfər azalmışdır. Bununla yanaşı qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 931 kq 065,487 qr artmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 7 ton 037kq 413,78 qr-nı (84,4 %) marixuana təşkil etmişdir. Onun da 6 ton 204 kq 757,98 qramı (88,1%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 832 kq 655,8 qr qram (11,8 %)isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29 may tarixlərində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 2358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilmişdir.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 64 rayon və şəhərdə 2317 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 57 kq 812,817 qr və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 562 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 87765 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 5179 nəfərdən 2719 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 282, QİÇS-lə Mübarizə Mərkəzində 315, Sumqayıt Narkoloji Mərkəzində 124 nəfər) 721 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin noyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 54 (4,9%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur.
2025 ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə b1128 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 129-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 65-ı narkotik asılılıqdan müalicə, 934-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 194 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 165 tədbir (99 maarifləndirici və təşkilati tədbir, 58 təlim, 6 sosial layihə, 2 televiziya kanalında verilişdə iştirak) təşkil edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Nəsimi rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 106 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasında narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin, və Bakı şəhər Respublika Narkolojı Məkrəzinin nümayəndələri iştirak etmişdir.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında geniş müzakirələr aparılmış, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” eləcə də “Metodik tövsiyələr” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin, və Bakı şəhər Respublika Narkolojı Məkrəzinin nümayəndələri iştirak etmişdir.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, narkotiklərin insan orqanizminə məhvedici təsiri, yaratdığı sosial fəsadlar, bu sahədə mübarizənin təşkilində dövlətin rolu, həmçinin QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılma yolları haqqında ətraflı məlumat təqdim edilmişdir.
Sonda suallar ətrafında geniş müzakirələr aparılmış, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəssisənin əməkdaşlarına, eləcə də zəruri təbliğat materialları iştirakçılar arasında paylanmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.13-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində Qeyri-hökumət təşkilatının rəhbər və nümayəndələri üçün məlumatlandırıcı görüş təşkil edilib.
Görüşdə narkotik asılılığından müalicə və reabilitasiya prosesinin mərhələləri, diaqnostika, detoksikasiya, psixoterapiya və sosial adaptasiya mexanizmləri barədə geniş məlumat verilib. Həmçinin iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və praktiki nüanslar izah edilib.
Tədbirin məqsədi qeyri-hökumət təşkilatlarının nümayəndələrinin maarifləndirmə potensialını artırmaq, asılılıqdan müalicə və reabilitasiya prosesinin düzgün izahı üçün zəruri bilikləri onlara çatdırmaq, eyni zamanda dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığı gücləndirməkdir
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.13-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində Qeyri-hökumət təşkilatının rəhbərləri və nümayəndələri üçün məlumatlandırıcı görüş təşkil olunub.
Görüş zamanı narkotik vasitələr və psixotrop maddələr üzrə təyin edilən ekspertizaların aparılması qaydaları, bu sahədə mövcud normativ tələblər, eləcə də müvafiq ekspertiza proseslərinin mahiyyəti barədə ətraflı məlumat verilib. Qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırılıb və əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
08 dekabr 2025-ci il tarixində Binəqədi rayonu, Vüqar Əvəzov adına 300 № li tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası” çərçivəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən “Gələcəyimizi şiddət və asılılıqdan qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Polis İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin, Bakı Narkoloji Mərkəzinin əməkdaşları, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Biləcəri bələdiyyəsinin sədri, 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin rəhbəri, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbirdən öncə qonaqlar məktəblilərin rəsm işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbir ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Məktəbin direktoru İradə Xəlilova qonaqları salamlayaraq maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sevinc Süleymanova qeyd etdi ki, Azərbaycanda qadınların cəmiyyətdə rolunun güclədirilməsi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri olmuş, məhz Ulu Öndərin rəhbərliyi ilə ölkədə qadın hərəkatı yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədəki qərar və sərəncamları, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri, cəmiyyəti bu problemlə mübarizəyə daha yaxından səfərbər etmək naminə müntəzəm təşəbbüsləri, əldə edilən müsbət nəticələrin əsas hərəkətverici qüvvəsidir. İnsanın xoşbəxtliyi onun qazandığı dəyərə bağlıdır. Ailə insanın seçimidir və xoşbəxtliyi üçün qazandığı dəyərdir. Xoşbəxt ailədə böyüyən uşaq gələcəyin nümunəvi vətəndaşıdır. Ailə daxilində etibarlılıq və həmrəylik varsa, ailədən kənarda yaşanan hadisələr ailədə böhran yaratmır. Ailədə böyüyən uşaq evdə özünü təhlükəsiz hesab etmirsə, uşaq başqa mühitə və şəxslərə üz tutur. Təəssüf ki, o zaman bu uşaqlar riskli və təhlükəli hadisələrlə qarşılaşırlar. Bunun üçün də gələcəyimiz olan uşaqları bütün təhlükələrdən və zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün hər zaman maarifləndirmə işlərinin aparılması vacibdir.
Növbəti çıxış edənlər-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov, Bakı Narkoloji Mərkəzinin əməkdaşı-sosioloq Fidan Ataxanlı çıxışlarında ümumbəşəri bəla hesab edilən və haqlı olaraq “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən qanun və dövlət proqramları, həmçinin, müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində dövlət siyasətindən ətraflı bəhs edərək, geniş fikir mübadiləsi apardılar. Natiqlər qeyd etdilər ki, genefondumuzun sağlamlığı, böyüməkdə olan gənc nəslin yüksək ideallar ruhunda tərbiyəsi, xalqımızın adət-ənənələrinə, mənəvi-etik dəyərlərinə hörmət naminə ölkənin müvafiq qurumları, qeyri-hökumət təşkilatları, bu məsələdə əsl vətəndaş təəssübkeşliyi ilə səylərini əsirgəməməli, "ağ ölüm"ə birdəfəlik yox deməliyik.
Tədbirdə 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında kiçik səhnəcik nümayiş olundu.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə şagirdlərə təqdim olunub.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair “İllik Hesabat” hazırlanmışdır.
Qeyd olunan hesabatda 2024-cü il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, o cümlədən təşkilati tədbirlər, normativ hüquqi bazanın təkmilləşdirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönələn tədbirlər, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlar, narkomanlığa qarşı mübarizə sahəsində təbliğat, profilaktika və monitorinq işinin təşkili, həmçinin qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapmışdır.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 4.1.1-ci yarımbəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair “İllik Hesabat” hazırlanmışdır.
Qeyd olunan hesabatda 2024-cü il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, o cümlədən təşkilati tədbirlər, normativ hüquqi bazanın təkmilləşdirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönələn tədbirlər, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlar, narkomanlığa qarşı mübarizə sahəsində təbliğat, profilaktika və monitorinq işinin təşkili, həmçinin qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapmışdır.
https://heyzine.com/flip-book/4481c9ad51.html
Nərimanov rayon ərazisində ictimayyət nümayəndələrinə z..
Nərimanov rayonda tədbir keçirilib...
Nizami Kino Mərkəzində "Qara tale, ağ ölüm" adlı sənədl..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Nəsimi rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasınd..
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yetkinlik y..
Respublika Narkoloji Mərkəzində QHT nümayəndələri üçün ..
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində görüş..
Binəqədi rayonu 300 № li tam orta məktəbdə “Gələcəyimiz..
2024-cü ilə dair “İllik hesabat” hazırlanmışdır...
2024-cü ilə dair “İllik hesabat” hazırlanmışdır...