Qalereya

Qusarda narkotiklərlə mübarizə istiqamətində maarifləndirici tədbir təşkil olunub

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə uyğun olaraq  narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunub.

Qusar rayonu Hil kənd 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdən əvvəl məktəbin foyesində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə narkotik mövzusunda sərgiyə baxış keçirilib.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, rayon prokurorluğu və Polis şöbəsinin əməkdaşları, müstəqil ekspert, aidiyyəti qurumların nümayəndələri və müəllim heyəti iştirak ediblər.

  Çıxışda narkomanlığa qarşı mübarizə üsulları barədə, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri barədə ətraflı məlumat verilmişdir. Narkotik maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilmişdir.

  Həmçinin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyyətinə “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar şagirdlərə təqdim olunub.

/img/gallery/100x100/2025_10_30_10_33_11_8fe0.jpg
  1. Qusarda narkotiklərlə mübarizə istiqamətində maariflənd..

  2. Qusarda narkotiklərlə mübarizə istiqamətində maariflənd..

  3. Qusarda narkotiklərlə mübarizə istiqamətində maariflənd..

  4. Qusarda narkotiklərlə mübarizə istiqamətində maariflənd..

  5. Qusarda narkotiklərlə mübarizə istiqamətində maariflənd..

  6. Qusarda narkotiklərlə mübarizə istiqamətində maariflənd..

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər davam edir.

“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, Qusar rayonunda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib. 

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

 

/img/gallery/100x100/2025_10_30_09_41_04_61b1.png
  1. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..

  2. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..

  3. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..

  4. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..

  5. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..

  6. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..

Balakən rayonu ərazisində 9 ton 790 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Gərəkli kəndinin "Mazımqara" yaşayış məntəqəsi ərazisində 4600 ədəd, çəkisi 4 ton 120 kq və Gərəkli kəndinin "Poştbinə" yaşayış məntəqəsi ərazisində 6117 ədəd, çəkisi  5 ton 670 kq olmaqla, ümumilikdə 10717 ədəd, ümumi çəkisi 9 ton 790 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2025_10_29_16_00_57_9bcc.jpg
  1. Balakən rayonu ərazisində 9 ton 790 kiloqram yabanı hal..

  2. Balakən rayonu ərazisində 9 ton 790 kiloqram yabanı hal..

  3. Balakən rayonu ərazisində 9 ton 790 kiloqram yabanı hal..

  4. Balakən rayonu ərazisində 9 ton 790 kiloqram yabanı hal..

Qəbələ rayonu ərazisində 500 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qaradeyn kəndi ərazisində 1000 ədəd, ümumi çəkisi 500 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2025_10_29_15_50_33_fac0.jpg
  1. Qəbələ rayonu ərazisində 500 kiloqram yabanı halda bitm..

  2. Qəbələ rayonu ərazisində 500 kiloqram yabanı halda bitm..

  3. Qəbələ rayonu ərazisində 500 kiloqram yabanı halda bitm..

  4. Qəbələ rayonu ərazisində 500 kiloqram yabanı halda bitm..

  5. Qəbələ rayonu ərazisində 500 kiloqram yabanı halda bitm..

  6. Qəbələ rayonu ərazisində 500 kiloqram yabanı halda bitm..

Ağdaş rayonu ərazisində 2 ton 50 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  Mürsəl kəndi ərazisində 6580 ədəd, ümumi çəkisi 2050 kq  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2025_10_29_15_43_49_048e.jpg
  1. Ağdaş rayonu ərazisində 2 ton 50 kiloqram yabanı halda ..

  2. Ağdaş rayonu ərazisində 2 ton 50 kiloqram yabanı halda ..

Xocalı rayonu ərazisində 1017 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Ballıca kəndi ərazisində 1356 ədəd, ümumi çəkisi 1017 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2025_10_29_15_15_11_6c46.jpg
  1. Xocalı rayonu ərazisində 1017 kiloqram yabanı halda bit..

  2. Xocalı rayonu ərazisində 1017 kiloqram yabanı halda bit..

  3. Xocalı rayonu ərazisində 1017 kiloqram yabanı halda bit..

Dövlət Proqramı kitabça formasında çap edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli  721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən kitabça formasında çap edilmiş və aidiyyəti icraçı orqanlara göndərilməsi təmin edilmişdir.

 

/img/gallery/100x100/2025_10_29_10_44_33_4ae1.jpg
  1. Dövlət Proqramı kitabça formasında çap edilib..

  2. Dövlət Proqramı kitabça formasında çap edilib..

  3. Dövlət Proqramı kitabça formasında çap edilib..

Qusar rayonunda tələbələrlə maarifləndirici tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar Peşə Liseyində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin şöbə müdiri, şöbə müdirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirdə narkotik asılılığın qlobal miqyasda yaratdığı təhlükələr, gənclər arasında məlumatlılığın artırılmasının vacibliyi, eləcə də Dövlət Komissiyası tərəfindən bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib. Həmçinin, narkotik vasitələrin fəsadları, yeni növ psixotrop maddələrin törətdiyi təhlükələr, asılılıqla mübarizədə təhsil müəssisələrinin və ailənin rolu diqqətə çatdırılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə,  “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub. 

 

/img/gallery/100x100/2025_10_29_10_17_10_be34.jpg
  1. Qusar rayonunda tələbələrlə maarifləndirici tədbir keçi..

  2. Qusar rayonunda tələbələrlə maarifləndirici tədbir keçi..

  3. Qusar rayonunda tələbələrlə maarifləndirici tədbir keçi..

  4. Qusar rayonunda tələbələrlə maarifləndirici tədbir keçi..

  5. Qusar rayonunda tələbələrlə maarifləndirici tədbir keçi..

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qusarda rayonunda təşkil olunub

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Qusar rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.

Tədbirin rəsmi açılış hissəsində Qusar Rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru, “Gənc Könüllülər” İctimai Birliyinin sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.

Təlim zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Bununla yanaşı, ucqar kənd gəncləri üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsalbacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2025_10_29_09_59_30_0b79.jpg
  1. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qusarda ..

  2. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qusarda ..

  3. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qusarda ..

  4. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qusarda ..

  5. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qusarda ..

  6. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qusarda ..

Heydər Əliyev adına liseydə maarifləndirici tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçilməsi üzrə Tədbirlər Planının 8.4.6-cı yarımbəndinə əsasən, ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında maarifləndirmə işinin səmərəli təşkili  məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Xətai Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev adına liseyin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Xətai Rayon İcra Hakimiyyətinin və Xətai Rayon Polis İdarəsinin məsul əməkdaşları və Heydər Əliyev adına liseyin direktoru çıxış ediblər.

Çıxışlarda narkotik asılılığın qlobal miqyasda yaratdığı təhlükələr, uşaq və gənclər arasında məlumatlılığın artırılmasının vacibliyi, yeni növ psixotrop maddələrin törətdiyi təhlükələr, eləcə də Dövlət Komissiyası tərəfindən bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

 

 

/img/gallery/100x100/2025_10_29_09_33_17_3645.jpg
  1. Heydər Əliyev adına liseydə maarifləndirici tədbir keçi..

  2. Heydər Əliyev adına liseydə maarifləndirici tədbir keçi..

  3. Heydər Əliyev adına liseydə maarifləndirici tədbir keçi..

  4. Heydər Əliyev adına liseydə maarifləndirici tədbir keçi..

  5. Heydər Əliyev adına liseydə maarifləndirici tədbir keçi..

Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib.

    “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı şəhəri İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlar üçün sosial reabiltasiya və cəmiyyətə inteqrasiya ilə bağlı tədbirlərin gücləndirilməsi, onlara tibbi və psixoloji dəstəyin göstərilməsi məqsədilə Binəqədi rayonu üzrə 335 nömrəli məktəbdə “Sən tək deyilsən” mövzusunda tədbir təşkil olunub.

    Tədbirdə, Binəqədi rayon İcra hakimiyyətinin müavini, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı, Elm və Təhsil Nazirliyinin yanında Uşaqların müdafiəsi idarəsinin rəis müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Bakı şəhəri üzrə Narkoloji Mərkəzin həkim-psixoloqu, Binəqədi rayon Polis Şöbəsinin 43 bölmənin rəis müavini, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri, “Azərbaycan  Uşaqları” İctimai Birliyinin sədri və digər aidiyyət qurumların nümayəndələri, o cümlədən məktəb direktorları, təlim-tərbiyyə üzrə müavinlər, məktəb-valdeyn komitələrin rəhbərləri, psixoloqlar və  müəllim heyəti  iştirak ediblər.

    Panel iclas çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri və gənclərin asudə vaxtlarının faydalı təşkili barədə iştirakçılara ətraflı məlumat verilib.

      Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2025_10_28_13_01_01_b180.JPG
  1. Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib...

  2. Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib...

  3. Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib...

  4. Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib...

  5. Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib...

  6. Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib...

  7. Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib...

  8. Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib...

  9. Binəqədi rayonunda maarifləndirici tədbir keçirilib...

Qusar rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Qusar rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2025_10_28_12_56_12_9379.jpg
  1. Qusar rayonunda məhkəmə qərarları əsasında müsadirə olu..