Carı ilin 25 oktyabr tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərdə Komissiyanın İşçi Qrupunun rəhbər müavini, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq mövzu ətrafında çıxışlar edərək narkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı barədə zəruri məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
Zəngilan rayonu ərazisində 943 kiloqram yabanı halda bi..
2024-cü il üzrə statistik məlumat..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Bakı Avrasiya Kollecində tədbir keçirilmişdir...
Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..
İctimai maarifləndirmə işləri davam etdirilir..
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..
“Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”..
“Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..
Abşeron rayonunda növbəti təlim keçirilib..
İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..
“Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”..