"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat vermişlər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, həmçinin "Valideynlər üçün tövsiyə", "Rəqəmsal mühitdə gizli narkotik riskləri" və "Psixotrop maddələr haqqında həqiqət", "Məlumatlı ol, cinayət törətmə" adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nərima..
Oğuz rayonunda maarifləndirici aksiya təşkil olunub...
Oğuz rayonunda valideynlər üçün maarifləndirici tədbir ..
Oğuz rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbi..
Bölgələrdə narkomaniya ilə bağlı maarifləndirici aksiya..
Növbəti maarifləndirici aksiya İsmayıllıda təşkil olunu..
Qəbələ rayonunda narkomaniyaya qarşı növbəti maariflənd..
Valideynlər üçün növbəti tədbir İsmayıllı rayonunda keç..
İsmayıllı rayonunda narkomaniyaya qarşı növbəti maarifl..
Narkoloji qeydiyyat barədə arayış ASAN xidmət tərəfində..
Mingəçevir Dövlət Universitetində narkomanlığa qarşı ma..