Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Qəbələ Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.
Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı yeni əyani vəsaitlər paylanılmışdır.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb

26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nərima..
Oğuz rayonunda maarifləndirici aksiya təşkil olunub...
Oğuz rayonunda valideynlər üçün maarifləndirici tədbir ..
Oğuz rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbi..
Bölgələrdə narkomaniya ilə bağlı maarifləndirici aksiya..
Növbəti maarifləndirici aksiya İsmayıllıda təşkil olunu..
Qəbələ rayonunda narkomaniyaya qarşı növbəti maariflənd..
Valideynlər üçün növbəti tədbir İsmayıllı rayonunda keç..
İsmayıllı rayonunda narkomaniyaya qarşı növbəti maarifl..
Narkoloji qeydiyyat barədə arayış ASAN xidmət tərəfində..
Mingəçevir Dövlət Universitetində narkomanlığa qarşı ma..