Qalereya

Azərbaycan Memarlıq və İnşaat Universitetində maarifləndirmə tədbiri keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tələbə Gənclər Təşkilatının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.

Mövzu ətrafında çıxış edən aidiyyəti qurumların nümayəndələri gənclərin narkotiklərdən asılılıq problemi barədə biliklərinin artırılması məqsədilə onlara psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər, narkotikdən istifadənin risk amilləri, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə ətraflı məlumat veriblər. Eyni zamanda qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə ilə bağlı qanunvericiliyin tələbləri, sosial və hüquqi fəsadlar izah edilib.

İnteraktiv şəkildə davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, habelə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsinin, gənclərin bu sahədə məlumatlılığının artırılmasının və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materialları tələbələrə paylanılıb.

/img/gallery/100x100/2026_11_20_16_25_15_6e31.png
  1. Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..

  2. Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..

  3. Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..

  4. Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..

  5. Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..

  6. Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..

  7. Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..

  8. Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..

  9. Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..

  10. Azərbaycan Memarlıq və İnşaat Universitetində maariflən..