Narkotiklərlə mübarizədə 2013-cü ilin 6 ayında görülən işlərin nəticələri ümumiləşdirilmişdir

      2013-cü ilin altı ayı (yanvar-iyun) ərzində ölkə üzrə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin vəziyyəti Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

      Belə ki, cari ilin ötən 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1571 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi  588 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  262 kq 901,71 qr-ı marixuana, 120 kq 284,924 qr-ı  həşiş, 85 kq 588,864 qr heroin,  82 kq 359,29 qr-ı tiryək,   36 kq 158,308 qr-ı  psixotrop maddələr, prekursorlar və digərləri təşkil etmişdir. Ümumilikdə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 44,5 fazini marixuana,  20,4 faizini həşiş, 14,4 fazini heroin, 13,9 fazini tiryək və 6,1 faizini psixotrop maddələr, prekursorlar və digərləri təşkil edir.

     Həmçinin ölkədə “XAŞ-XAŞ-2013” şərti ad altında  həyata keçirilən tədbirlər  nəticəsində  qəsdən əkilib becərilən və   yabanı halda bitmiş  178 ton 978 kq-dan artıq  narkotik  tərkibli bitkilər yaşıl kütlə halında  aşkar olunaraq  məhv edilmişdir.

  Cinayət məsuliyyətinə cəlb edilən 1225 nəfərdən 17 nəfəri xarici ölkə vətəndaşları olmuşdur (8-i İran İslam Respublikası, 6-ı Rusiya Federasiyası, 2-i Gürcüstan, 1-i Türkiyyə vətəndaşlarıdır).

   Təqdim olunan hesabatlarda Daxili İşlər Nazirliyi tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində narkotik vasitələrlə bağlı 1482 cinayət faktı   aşkar olunmuş (ölkə üzrə cinayətlərin 94,3 fazini əhatə edir),  350 kq 503,366 qr (götürülən narkotik vasitələrin 59,5 fazini təşkil edir) müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmışdır.

    Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər zamanı, 22 cinayət faktı üzrə 132 kq 302,981qr narkotik vasitə  dövriyyədən çıxarılmışdır.

    Dövlət Gömrük Komitəsi  tərəfindən 57 fakt aşkar olunmuş, həmin  faktlar üzrə 60 kq 702,524 qr narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.

     Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən tədbirlər nəticəsində 10 fakt üzrə 45 kq 070,305 qr narkotik vasitə  qanunsuz dövriyyədən çıxarılmışdır.

    2013-cü il 25 iyun tarixdə  Dövlət Komissiyasının İşçi Qrupunun təşkiiatçılığı ilə məhkəmələrin qanuni qüvvəsinə minmiş 157 hökmləri üzrə müsadirə olunan 375   kq-dan artıq narkotik vasitə, psixotrop maddə və prekursorlar yandırma yolu ilə Məhvetmə Komissiyası tərəfindən məhv olunmuşdur.

    Səhiyyə Nazirliyinin  hesabatına görə  6 ayı ərzində ölkə üzrə  narkomanların  sayı sabit olaraq  27 min 910 nəfər təşkil etmişdir.

    Həmçinin, Dövlət Komissiyasının İşçi Qrupu əhatə edən dövr ərzində  aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birgə narkomanlığın profilaktikası istiqamətində Bakı şəhərinin Yasamal, Binəqədi o, cümlədən respublikanın Salyan, Astara, Cəliləbad rayonlarında və Şirvan şəhərində seminar-müşavirələr keçirmişdir. Həmin tədbirlər Televiziyada, müxtəlif Kütləvi İnformasiya Vasitələrində və Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytında işıqlandırılmışdır.

   Ölkədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə sahəsində Azərbaycan Respublikası Prezidentinin  müvafiq Fərman və Sərəncamları ilə Dövlət Komissiyasının qarşısında  qoyulan vəzifələrin icrasının gedişatı İşçi qrupunda mütəmadi öyrənilir və təhlillər aparılır. Aidiyyəti dövlət qurumları, beynəlxalq və qeyri-hökümət təşkilatları ilə bu istiqamətdə görülən işlərin səmərəsini artırmaq məqsədilə qurumlararası əlaqələndirmə və əməkdaşlıq    davam etdirilir.




Просмотрено: 1043