Qalereya

Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacıqabul rayonunda təşkil olunub.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin sentyabr ayı ərzində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda Şirvan şəhəri və Hacıqabul rayonunda maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər/rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

 

/img/gallery/100x100/2018_10_01_14_24_37_baf4.JPG
  1. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  2. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  3. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  4. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  5. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  6. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  7. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  8. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  9. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirləri keçirilib

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin sentyabr ayı ərzində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda Siyəzən və Şabranrayonlarında maarifləndirmə tədbirləri keçirilmişdir.

  Tədbirlərdə ağsaqqallar, din xadimləri çıxış edərək narkomaniyanın cəmiyyət üçün ağır bəla olduğunu və gənclərin, yeniyetmələrin bu məhvedici xəstəliyə düçar olmaması üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulamışdır.

  Tədbirlərdə digər çıxış edənlər də narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışmışlar.

   Natiqlər qeyd etmişlər ki, narkomaniya insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur,eləcə də cinayətkarlığa zəmin yaradır.

    Tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_10_01_11_11_35_4c56.JPG
  1. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  2. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  3. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  4. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  5. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  6. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  7. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  8. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  9. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  10. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  11. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

“Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı video çarx ticarət və əyləncə mərkəzlərində nümayiş olunur

   Narkomaniya və onun doğurduğu fəsadlar barədə əhalinin məlumatlandırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış sosial rolik “Park Bulvar” və “MetroPark" Ticarət və Əyləncə Mərkəzlərinin monitorlarında yayımı davam etdirilir.

 

/img/gallery/100x100/2018_09_26_16_04_06_1e4d.JPG
  1. “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı video çarx ..

  2. “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı video çarx ..

  3. “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı video çarx ..

  4. “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı video çarx ..

  5. “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı video çarx ..

  6. “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı video çarx ..

  7. “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı video çarx ..

Şəhər və rayonlarda maarifləndirmə tədbirləri davam etdirilir

 Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin sentyabr ayı ərzində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda Siyəzən, Şabran, Xaçmaz, Quba, Şirvan, Hacıqabul, Saatlı, Sabirabad şəhər və rayonlarında maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

   Tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılara paylanılması təmin olunacaq.

/img/gallery/100x100/2018_09_20_15_50_01_64f1.png
  1. Şəhər və rayonlarda maarifləndirmə tədbirləri davam etd..

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır

    Azərbaycan Respublikasında dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.   

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqlabu təhlükəli təzahürlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb etmişdir.

    Cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə kompleks tədbirlər həyata keçirilmiş, təbliğat işləri genişləndirilmiş, profilaktik tədbirlərin səmərəliliyi artırılmışdır.

    Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar həyata keçirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş, qanunsuz idxal-ixrac və tranzit daşıma marşurutlarını birlikdə təhlil etmiş və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görməklə cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.   

    Belə ki, görülmüş kompleks tədbirlər nəticəsində 2018-ci ilin 8 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2356 fakt aşkar üzrə 2 tondan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə olunmuşdur.

    Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır.Onlardan 18 yaşa qədər 5 nəfər, 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülmüş (Bakı şəhəri üzrə 12061 nəfər), 1432 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

 

Məlumatlar

 

 

Ümumi say

Onlardan dispanser qeydiyyatında olanlar

Onlardan profilaktik qeydiyyatında olanlar

 

Anonimlər

Narkomanların ümumi sayı

 

 30131 nəfər

25139 nəfər

4992 nəfər

1031 nəfər

 

Qadınların ümumi sayı

 

595 nəfər

450 nəfər

145 nəfər

_

Toksikomanların ümumi sayı

 

 

212 nəfər

207 nəfər

5 nəfər

_

Qeydiyyata götürülənlərin

ümumi sayı

 

2115 nəfər

1566 nəfər

549 nəfər

_

Qeydiyyatdan çıxanların ümumi sayı

1432 nəfər

488 nəfər

944 nəfər

_

 

Yaş qrupları üzrə

 

Məlumatlar

 

 

Ümumi say

Onlardan dispanser qeydiyyatında olan

Onlardan profilaktik qeydiyyatında olan

14 yaş

-

-

-

15-17 yaş

5

1

4

18-24 yaş

1566

1259

307

25-29 yaş

4225

3416

809

30-34 yaş

4463

3634

829

35-39 yaş

4657

3794

863

40-44 yaş

3707

3022

685

45-49 yaş

3408

2794

614

50-54 yaş

2891

2458

433

55-59 yaş

2275

2019

256

60-64 yaş

1872

1721

151

65 yaş və yuxarı

1062

1021

41

 

    Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 iyul 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7061 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6833-ü (96,8%) Azərbaycan vətəndaşı, 228-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5137-i (72,7%) kişi, 1924-ü (27,3%) qadındır.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  2012-ci il tarixli 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq 2018-ci  ilin 5 iyul tarixində məhkəmənin qanuni  qüvvəyə  minmiş  276  hökmü  üzrə  müsadirə  olunan 467 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən 2.979 ədəd psixotrop maddələr və 8.700 ədəd çətənə kolu yandırma üsulu ilə məhv edilmişdir.

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına əsasənDövlət Komissiyasının İşçi qrupuDövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

     Dövlət Komissiyasının işçi qrupu Dövlət Proqramına müvafiq olaraq, fəaliyyətin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər/rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktik təlimlər həyata keçirilmiş, görülən işlərin effektivliyini artırmaq üçün yerlərdə bu istiqamətdə çalışan əməkdaşlara metodik tövsiyələr vermişdir.

     Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Dövlət Komissiyasının işçi qrupu aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə şəhər və rayonlarda yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirilərək,  ümumilikdə ölkə üzrə 1400 təlimçi hazırlanmış, onlar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin edilmişdir.

     Bundan əlavə Dövlət Proqramına müvafiq olaraq, narkotiklərlə mübarizə sahəsində maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi, narkotiklərin törətdiyi fəsadlar barədə düzgün məlumatlandırmaq məqsədilə  valideynlərin, gənclərin, təhsil və tibb işçilərinin istifadəsi üçün yeni “Sağlam həyat naminə narkotikə yox!”, “Marixuana Haqqında Həqiqət”, “Düz bildiyin səhvlər”, “Narkotiklər haqqında həqiqəti bilin” və “Psixotrop maddələr haqqında həqiqət” adlıbeş adda on min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanmışdır.

     Eyni zamanda narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərinin gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Çalış ki, Narkotiklərə Hədəf Olmayasan!” sayca 5-ci yeni sosial rolik hazırlanmış və cari ildən başlayaraq Bakı şəhərinin mərkəzi küçələrində yerləşən 19 elektron reklam tablosunda, eyni zamanda “MetroPark" və “Park Bulvar” Alış Veriş Mərkəzlərində mövcud olan monitorlarda, o cümlədən “Cinema Plus LLC” şirkətinə məxsus kinoteatrlarda ("Gənclik Mall" və "Amburan Mall") kinofilmlərin nümayişindən əvvəl anonslar və reklamlar bölümündə yayımlanmışdır.

    Həmçinin ictimai təbliğat işinin genişləndirilməsi məqsədi ilə və bu işdə sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar olan yeni forma və məzmunda hazırlanmış 12 ədəd sosial lövhə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi”, “Koroğlu”, “Nəriman Nərimanov”, “Nəsimi”, “Xalqlar Dostluğu”, “Əhmədli” və digər stansiyalarında, bundan əlavə qeyd olunan lövhələr  mərkəzi küçə və prospektlərdə daha 100 ədədi isə avtobus dayanacaqlarında quraşdırılmış və uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur.

    “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ına müvafiq olaraq, təhsil müəssisələrində təhsil işçiləri və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə təbliğat aparılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə Bakı Uşaq Teatrının hazırladığı, əsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” teatr tamaşasının cari ilin mart ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət, Azərbaycan Tibb, Xarici Dillər, Slavyan, Pedaqoji, İqtisad və Texniki Universitetlərində nümayişi təmin olunmuşdur. Həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsi keçirilmişdir.

    Həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bu ildə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq olunmuş “Tədbirlər Planı”na müvafiq olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi mövzusunda eləcə də, mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçirilməkdədir. Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 10 ədəd sosial lövhənin cəzaçəkmə müəssisələrində quraşdırılması təmin edilmişdir.

    Həmçinin 2012-ci ildən başlayaraq “İki Sahil” qəzetinin rəhbərliyi ilə razılaşmaya uyğun olaraq rubrika açılmış hər həftə psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunverciliyin və onun tələblərinin izah edilməsi, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə məlumatlar dərc edilməkdədir.

    Narkotik vasitələr, psixotrop maddələr və siqaretin yeniyetmə və gənclər tərəfindən əldə olunmasının mümkünlüyü, istifadəsi, bu kimi halların yayılma dərəcəsi, eyni zamanda onlarla təmasın xüsusiyyətləri, təsir altına düşmə risk amilləri, yaxın sosial çərçivədə, ailədə mövcud risk amilləri və sair bu kimi epidemioloji vəziyyəti öyrənmək məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və aidiyyəti qeyri-hökümət təşkilatınının iştirakı ilə Baki şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarında arasında 1000 nəfər yeniyetmə və gənc arasında sosial sorğu keçirilmişdir.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasınınİşçi qrupunda ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən beynəlxalq təşkilatlarla aparılan işlər barədə Azərbaycan və İngilis dillərində Azərbaycan Respublikasında Narkotiklərə Nəzarət sahəsində 2017-ci il üçün Ölkə Məruzəsi hazırlanmışdır.

    “26 iyun-BMT-nin Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 25 iyun 2018-ci il tarixində Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilmişdir. Konfrans zamanı Dövlət Proqramının müvafiq bəndinin icrası məqsədilə “Narkomanlığa qarşı mübarizə” mövzusunda jurnalistlər arasında keçirilmiş müəllif yazıları müsabiqənin qalibləri mükafatlandırılmışdır. Bundan başqa Dövlət Komissiyasının işçi qrupu tərəfindən şəhər/rayon komissiyaları ilə birgə yeniyetmə, müəllimlər və valideynlərin yaxından iştirakı ilə silsilə tədbirlər keçirilmişdir.Həmçinin “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo (iki formada) Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunmuşdur.

    Dövlət Proqramına müvafiq olaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə sağlam həyat tərzinin təbliği və narkomaniyanın ziyanı ilə bağlı sms bildiriş ( Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, Baş Narkotiklərlə Mübarizə İdarəsi (012) 590-21-10, Respublika Narkoloji Mərkəzi (012) 455 07 61) ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən cari iliniyul tarixindən etibarən SMS vasitəsilə abunəçilərə göndərilmişdir.

    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində təbliğat aparılmasını nəzərə alaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet və feysbuk sosial şəbəkəsindəki rəsmi səhifələrində narkomanlığın törətdiyi fəsadlar, insan orqanizminə vurduğu ziyan, sağlam həyat tərzinin təbliği, eyni zamanda Dövlət Komissiyasının təşkil etdiyi profilaktik, beynəlxalq və digər tədbirlər barədə mütəmadi olaraq Azərbaycan, Rus və İngilis dillərində geniş məlumatlar verilmiş və səhifələrin təbliği istiqamətində müvafiq işlər həyata keçirilmişdir. Bundan əlavə cari ildən etibarən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun “dk_ishci_qrup” adı ilə rəsmi “Instagram” səhifəsi fəaliyyətə başlamışdır.

Beləliklə, adı çəkilən problemlə bağlı müəyyənləşdirilən strategiya uğurla icra olunmaqla, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq və bu narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə işinə öz töhfəsini verəcəkdir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz

Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

/img/gallery/100x100/
  1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların ..

Narkotiklərin ziyanı ilə bağlı növbəti SMS-bildiriş “Bakcell” abunəçilərinə göndərilmişdir

   Cari ilin 20 iyul tarixindən etibarən əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə “Azercell” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələri (DK İşçi Qrup: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) göndərilməsi təmin edilib.

    SMS-lər mərhələli qaydada 11 gün ərzində təqribən 2,5 milyon abunəçiyə ünvanlanıb.

/img/gallery/100x100/2018_08_01_10_44_11_aa78.jpg
  1. Narkotiklərin ziyanı ilə bağlı növbəti SMS-bildiriş “Ba..

  2. Narkotiklərin ziyanı ilə bağlı növbəti SMS-bildiriş “Ba..

Narkotiklərin ziyanı ilə bağlı növbəti SMS-bildiriş “Azercell” abunəçilərinə göndərilmişdir

    Cari ilin 23 iyul tarixindən etibarən əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə “Azercell” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələri (DK İşçi Qrup: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) göndərilməsi təmin edilib.

     SMS-lər mərhələli qaydada 6 gün ərzində təqribən 1,5 milyon abunəçiyə ünvanlanıb.

/img/gallery/100x100/2018_07_30_17_03_26_137b.jpg
  1. Narkotiklərin ziyanı ilə bağlı növbəti SMS-bildiriş “Az..

Ağdaş rayonu ərazisində 660 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Ağzıbir və Malay kəndləri ərazisində  1482 ədəd, ümumi  çəkisi 660 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2018_07_30_14_11_03_313e.jpg
  1. Ağdaş rayonu ərazisində 660 kiloqram yabanı halda bitmi..

  2. Ağdaş rayonu ərazisində 660 kiloqram yabanı halda bitmi..

  3. Ağdaş rayonu ərazisində 660 kiloqram yabanı halda bitmi..

Ağstafa rayonu ərazisində 3 ton 366 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində cari ilin 21 iyul tarixində rayonunun Qırlı kəndi ərazisində hər birinin çəkisi 700 qr olmaqla 4800 ədəd, ümumi  çəkisi 3 ton 336 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2018_07_30_11_49_08_e034.jpg
  1. Ağstafa rayonu ərazisində 3 ton 366 kiloqram yabanı hal..

  2. Ağstafa rayonu ərazisində 3 ton 366 kiloqram yabanı hal..

  3. Ağstafa rayonu ərazisində 3 ton 366 kiloqram yabanı hal..

Lerik rayonu ərazisində 11 ton 466 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

  Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində cari ilin 16  və 27 iyun tarixlərində Lerik rayonunun yaylaq ərazisində 28035 ədəd, ümumi yaş çəkisi 11466 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2018_07_27_10_46_43_657b.jpg
  1. Lerik rayonu ərazisində 11 ton 466 kiloqram yabanı hald..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göyçay rayonunda tədbir keçirilib

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Göyçay rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan  mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə  tədbir keçirilmişdir.

/img/gallery/100x100/2018_07_26_16_23_46_ed58.JPG
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göyçay..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göyçay..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göyçay..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göyçay..

Tərtər rayonu ərazisində 1300 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    Şuşa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Tərtər rayonunun Çaylı kəndi ərazisindən hər birinin hündürlüyü 200-230 sm olan 1800 ədəd, ümumi çəkisi 1300 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2018_07_26_15_13_58_cb75.jpg
  1. Tərtər rayonu ərazisində 1300 kiloqram yabanı halda bit..

  2. Tərtər rayonu ərazisində 1300 kiloqram yabanı halda bit..