Qalereya

Peşə Təhsil Mərkəzinin tələbələri narkotik maddələrdən istifadənin risk amilləri barədə məlumatlandırılıblar

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin birgə təşkilatçılığı ilə  maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

Tədbirdə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin nümayəndələri çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə ətraflı  zəruri məlumatlar vermişdir.

Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_06_21_17_10_59_b04c.jpg
  1. Peşə Təhsil Mərkəzinin tələbələri narkotik maddələrdən ..

  2. Peşə Təhsil Mərkəzinin tələbələri narkotik maddələrdən ..

  3. Peşə Təhsil Mərkəzinin tələbələri narkotik maddələrdən ..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Şamaxı və Qobustan rayon komissiyalarının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 13 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

 Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

 

 

/img/gallery/100x100/2023_06_21_16_59_14_dfbf.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Sumqayıt gəncləri psixoaktiv maddələrin sağlamlığa zərərli təsirləri barədə məlumatlandırılıblar

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq 26 İyun - Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyində təlim keçirilib.

Təlimdə İşçi Qrupunun sektor müdiri çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilib.

/img/gallery/100x100/2023_06_21_11_55_53_7792.jpg
  1. Sumqayıt gəncləri psixoaktiv maddələrin sağlamlığa zərə..

  2. Sumqayıt gəncləri psixoaktiv maddələrin sağlamlığa zərə..

“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron informasiya terminallarında

   Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüarın cari ilin 20 iyun tarixindən etibarən (10 gün müddətində)  Bakı şəhərinin 23 küçə və prospektində mövcud olan elektron informasiya terminallarında  nümayişinə  başlanılmışdır.

   Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulur.

/img/gallery/100x100/2023_06_20_15_22_32_1517.jpg
  1. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  2. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  3. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  4. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  5. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  6. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və prospektlərində maarifləndirici sosial çarxlar yayımlanır

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial roliklərin Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə cari ilin 15 iyun tarixindən etibarən Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.

Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi  məqsədi daşıyır.

Qeyd olunan videoçarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.

/img/gallery/100x100/2023_06_19_14_52_59_f507.jpg
  1. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  2. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  3. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  4. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  5. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  6. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  7. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.

  "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.27 yarımbəndinin icrası ilə əlaqədar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədi ilə yeni üslubda zəruri əyani təbliğat materialları çap edilmişdir.

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı çap məhsullarının təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə kütləvi şəkildə paylanılması nəzərdə tutulur.

/img/gallery/100x100/2023_06_19_12_26_38_c6e8.jpg
  1. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  2. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  3. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  4. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

Masallı rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində növbəti təlim təşkil olunub

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ərəfəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyində təlim keçirilib.

 Təlimdə İşçi Qrupunun əməkdaşı çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

 Sonda təlim iştirakçılarına sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2023_06_19_11_15_55_0d2b.jpg
  1. Masallı rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində n..

  2. Masallı rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində n..

  3. Masallı rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində n..

  4. Masallı rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində n..

  5. Masallı rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində n..

Silsilə tədbirlərin davamı olaraq növbəti tədbir Balakəndə təşkil edildi.

 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və  Balakən rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Qeyri-Hökümət Təşkilatlarını cəlb etməklə Balakən rayon İcra Hakimiyyətində  maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

 Tədbirdə, Balakən rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon komissiya üzvləri, təhsil sektorunun nümayəndələri və bələdiyyə əməkdaşları, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri, müəllimlər və psixoloqlar iştirak etmişdir.

 Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_06_19_09_27_00_ec99.jpg
  1. Silsilə tədbirlərin davamı olaraq növbəti tədbir Balakə..

  2. Silsilə tədbirlərin davamı olaraq növbəti tədbir Balakə..

  3. Silsilə tədbirlərin davamı olaraq növbəti tədbir Balakə..

  4. Silsilə tədbirlərin davamı olaraq növbəti tədbir Balakə..

  5. Silsilə tədbirlərin davamı olaraq növbəti tədbir Balakə..

2023-cü il üzrə statistik məlumat

2023-cü ilin yanvar-may ayları 

/img/gallery/100x100/2023_06_16_17_30_51_6403.png
  1. 2023-cü il üzrə statistik məlumat..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-may aylarının yekununa dair məlumat

  Сari ilin yanvar-may ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilik 5016 cinayət faktı aşkarlanmışdır. Onlardan 1707-si narkotik vasitələrin qanunsuz satışı, 3185-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 96-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 28-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

  Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 369 kq 279,554 qr-nı heroin, 1 ton 993 kq 649,769 qr-nı marixuana, 139 kq 597,411 qr-nı tiryək, 44 kq 235,402 qr-nı həşiş, 215 kq 818,084 qr-nı psixotrop maddələr, 2 kq 737,13 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 27028 ədəd həb metadon, 5269 ədəd çətənə bitkisi,eləcə də 1 kq 026,568 qr, 4421 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz  dövriyyədən götürülmüşdür.

  Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3323 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır.

  Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 116 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 700 kq 260,093 qr və 27028 ədəd həb metadon narkotik vasitələr və 4421 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.

   Ümumilikdə, aşkar edilmiş cinayətlərin 100-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 822 kq 934,9 qr və 190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 1192 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 811 kq 844,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

  2023-cü ilin yanvar-may ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 157 milyon 555 min AZN kimi qiymətləndirilir.

  Təhlil göstərir ki, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 163, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 237, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 26 fakt,məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 258 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 885 kq 492,599 qr artmışdır. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 53, digər növ cinayət faktların sayı 15, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, qrup halında olan cinayətlərin sayı isə 26 fakt  azalmışdır.

  Müvafiq dövr ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 36563 nəfər istiqamətləndirilmişdir.

  Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1188 nəfərindən 640-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

  Hesabat dövrü ərzindəİşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 5 Tədbirlər Planı imzalanmış və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 42 tədbir (26 maarifləndirmə tədbiri, 13 təlim, 3 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 1 rəsm müsabiqəsi) təşkil edilmişdir.

   Yanvar-may ayları ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 476 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 66-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 198-i narkotik asılılıqdan müalicə, 212-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 264 məktub ünvanlanmışdır.

         

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

 

 

/img/gallery/100x100/2023_06_16_15_06_40_3a2a.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqatala rayonunda tədbir təşkil edilmişdir.

  26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və  Zaqatala  rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

 Tədbirdə, Zaqatala rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, polis əməkdaşı, unuversitet və kollec tələbələri, müəllimlər və psixoloqlar iştirak etmişdir.

 Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_06_16_08_56_07_6ea3.JPG
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqata..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqata..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqata..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqata..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqata..

  6. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqata..

  7. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqata..

  8. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqata..

  9. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqata..

  10. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Zaqata..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkəran şəhərində tədbir təşkil edilmişdir.

  26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Lənkəran şəhər  İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə “Biz sağlam gələcəyi seçirik” mövzusunda maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

  Lənkəran Peşə Liseyində tələbələrinin iştirakı ilə keçirilən tədbirdə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

 

/img/gallery/100x100/2023_06_14_16_28_26_300e.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkər..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkər..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkər..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkər..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkər..

  6. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkər..