Qalereya

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlimlərin keçirilməsi davam etdirilir.

“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, Qax rayonunda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib. 

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimlərdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

/img/gallery/100x100/2025_09_25_11_55_57_7648.jpg
  1. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

  2. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

  3. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

  4. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

  5. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

  6. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayonunda təşkil olunub

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Gədəbəy rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.

Tədbirin rəsmi açılış hissəsində Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “Gənc Könüllülər” İctimai Birliyinin sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.

Təlim zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqamətləri və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Bununla yanaşı, ucqar kənd gəncləri üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsalbacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlimsessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı təbliğat materialları gənclərə təqdim edilmişdir.

/img/gallery/100x100/2025_09_24_10_48_50_f457.jpg
  1. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayo..

  2. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayo..

  3. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayo..

  4. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayo..

  5. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayo..

  6. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayo..

  7. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayo..

  8. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayo..

Formula 1 yarışları zamanı "802 Qaynar Xətt" WhatsApp üzərindən vətəndaşlara xidmət göstərəcək

Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə “802 Qaynar Xətt” sentyabrın 19-u saat 13:00-dan sentyabrın 22-dək Formula 1 yarışları zamanı da WhatsApp üzərindən fəaliyyətini davam etdirəcək.

Vətəndaşlar rəsmi WhatsApp nömrəsi (055) 600 08 02 vasitəsilə sorğularını göndərə və aidiyyəti üzrə məlumat əldə edə biləcəklər.

/img/gallery/100x100/2025_09_19_12_30_37_1e59.png
  1. Formula 1 yarışları zamanı "802 Qaynar Xətt" WhatsApp ü..

Səyyar Gənclər Xidmətinin Gədəbəy rayonunda təlimləri davam edir

“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər Gədəbəy rayonunda təşkil olunub. Tədbirlərdə məktəblilərin fəal iştirakı təmin edilib.

Təlim sessiyalarında iştirakçılar “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında geniş məlumatlandırılıblar.

Gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə keçirilən görüşlərdə gənclərə narkotik asılılığının təhlükələri barədə ətraflı məlumat verilib. İştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mövcud mübarizə üsulları haqqında məlumat çatdırılıb. Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici çap materialları iştirakçılara təqdim edilib.

 

/img/gallery/100x100/2025_09_19_11_24_46_fe40.png
  1. Səyyar Gənclər Xidmətinin Gədəbəy rayonunda təlimləri d..

  2. Səyyar Gənclər Xidmətinin Gədəbəy rayonunda təlimləri d..

  3. Səyyar Gənclər Xidmətinin Gədəbəy rayonunda təlimləri d..

  4. Səyyar Gənclər Xidmətinin Gədəbəy rayonunda təlimləri d..

  5. Səyyar Gənclər Xidmətinin Gədəbəy rayonunda təlimləri d..

  6. Səyyar Gənclər Xidmətinin Gədəbəy rayonunda təlimləri d..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2025-cü ilin yanvar-avqust aylarının yekununa dair məlumat

2025-ci ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5874 cinayət faktı aşkarlanmışdır. Onlardan 1818-i narkotik vasitələrin qanunsuz satışı,  3890-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 164-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 306 kq 678,863 qramını marixuana, 250 kq 966,55 qramını heroin, 119 kq 866,229 qramını tiryək, 60 kq 593,938 qramını həşiş, 150 kq 165,907 qramını digər narkotik vasitələr və 103 kq 759,433 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 16363 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə  qanunsuz dövriyyədən  götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1041 hektar sahədən yaş kütləsi 294 ton 355 kq olan 2533 279 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər  müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 152 milyon 430 min kimi qiymətləndirilir. 

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə  3614  nəfər cəlb edilmiş, həmin şəxslərdən 3499 kişi, 115 qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 67 nəfəri xarici ölkə vətəndaşından ümumilikdə 900 kq 251,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə  və 271,772 qr çətənə bitkisi  götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 160 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi  2 ton 504 kq 596,74 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb güclü təsir edən maddə  çıxarılmışdır.

       Ümumilikdə, aşkar edilmiş cinayətlərin 183 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 737 kq 722,253 qr nakotik vasitə, psixotrop maddə maddə və 27,3 qr güclü təsir edən maddə  müsadirə edilmişdir.

1744 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 377 kq 232,99 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1296, qanunsuz satış ilə bağlı faktların sayı 410, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 846, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 38 bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 2, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında olan cinayətlərin sayı 53 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 211 nəfər azalmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 899 kq 162,172qr artmışdır.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 220 kq 238,409 qr tiryəkin çəkisi 8 kq 124,12 qr psixotrop maddələrin çəkisi 60 kq 442,664 qr azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 306 kq 678,863 qr-nı (88,5 %) marixuana təşkil etmişdir. Onun da 4 ton 662 kq 710,498 qramı (88%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 644 kq 997,975 qramı (12 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29 - 30 may tarixlərində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 2358 məhkəmə qərarına  əsasən  barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi  məhv edilmişdir.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 40 rayon və şəhərdə  1726  məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 43 kq 058,379 qr və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin,           4 kapsul güclü təsir edən maddənin və 279 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.

 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 63133 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3588 nəfərdən 1998 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 285, QİÇS-lə Mübarizə Mərkəzində 321, Sumqayıt Narkoloji Mərkəzində 134 nəfər)  740 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin avqust ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 42 (5%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur.

2025 ilin yanvar-avqust ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 762vətəndaş müraciəti daxil olmuşdur ki, onların 82-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 46-sı narkotik asılılıqdan müalicə, 634-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 128 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

  

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

 

 

 

/img/gallery/100x100/2025_09_18_15_35_48_69db.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Göyçay rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Göyçay rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümumilikdə 18 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 



/img/gallery/100x100/2025_09_18_10_37_27_6ea3.jpg
  1. Göyçay rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlimlərin keçirilməsi davam etdirilir.

“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, Gədəbəy rayonunda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib. 

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimlərdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

 

/img/gallery/100x100/2025_09_17_10_45_43_2414.jpg
  1. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

  2. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

  3. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

  4. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

  5. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

  6. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Gədəbəy rayonunda təşkil olunub

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Gədəbəy rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.

Tədbirin rəsmi açılış hissəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən şəxs, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.

Təlim zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqamətləri və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Bununla yanaşı, ucqar kənd gəncləri üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsalbacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlimsessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı təbliğat materialları gənclərə təqdim edilmişdir.

 

/img/gallery/100x100/2025_09_16_11_00_06_97e4.jpg
  1. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Gədəbəy ..

  2. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Gədəbəy ..

  3. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Gədəbəy ..

  4. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Gədəbəy ..

  5. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Gədəbəy ..

  6. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Gədəbəy ..

  7. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Gədəbəy ..

  8. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Gədəbəy ..

Gədəbəy rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Gədəbəy rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2025_09_16_10_40_08_8c96.jpg
  1. Gədəbəy rayonunda məhkəmə qərarları əsasında müsadirə o..

Suraxanı rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Suraxanı rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümumilikdə 90 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2025_09_15_11_32_50_ca46.jpg
  1. Suraxanı rayonunda məhkəmə qərarları əsasında müsadirə ..

Cəzaçəkmə müəssisəsində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində sentyabrın 11-də 10 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

 Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin,  Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji  Mərkəzin nümayəndələri iştirak etmişdir.

 Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

 Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

 

/img/gallery/100x100/2025_09_12_12_35_55_c850.jpg
  1. Cəzaçəkmə müəssisəsində narkomaniyaya qarşı maarifləndi..

  2. Cəzaçəkmə müəssisəsində narkomaniyaya qarşı maarifləndi..

Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil edilmişdir.

 Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində sentyabrın 11-də 10 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

 Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin,  Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji  Mərkəzin nümayəndələri iştirak etmişdir.

 Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

 Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

 

/img/gallery/100x100/2025_09_12_12_24_49_7bfa.jpg
  1. Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində t..