
2025-ci ilin yanvar-may ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3797 cinayət faktı aşkarlanmışdır. Onlardan 1139-u narkotik vasitələrin qanunsuz satışı, 2616-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 40-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 313 kq 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 905 kq 356,243 qramını marixuana, 188 kq 156,45 qramını heroin, 76 kq 040,847 qramını tiryək, 33 kq 150,438 qramını həşiş,21 kq 438,927 qramını digər narkotik vasitələr və 89 kq 716,795 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 8235 ədəd çətənə və 600 qr xaş-xaş bitkisi, eləcə də 32 qram, 95 həb,39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 97 hektar sahədən 17590 ədəd, 4 ton 094 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə xaş-xaş bitkiləri müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 313 kq 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 87 milyon 551 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2042 nəfər cəlb edilmiş, 44 nəfəri xarici ölkə vətəndaşıdır.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 447 kq 208,684 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 101 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 196 kq 338 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 110 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 062 kq 775,163 qr maddə müsadirə edilmişdir.
872 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 791 kq 291,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1059, qanunsuz satış ilə bağlı faktların sayı 252, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 792, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 14, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 1, qrup halında olan cinayətlərin sayı 16 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 892 nəfər azalmışdır.
Qaçaqmalçılıqla bağlı faktların sayı 15, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 485 kq 830,852 qr artmışdır.
2024-cü ilin yanvar-may ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 178 kq 698,445 qr (48,7%), tiryəkin çəkisi 4 kq 365,08 qr (5,4%), psixotrop maddələrin çəkisi 21 kq 432,421 qr (19,3%) azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 905 kq 356,243 qr-n (89 %) marixuana təşkil etmişdir. Onun da 2 ton 643 kq 042,268 qramı (90,8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 262 kq 313,975 qramı (9,2 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr və 29-30 may 2025-ci il tarixlərdə isə 2397 məhkəmə hökmü üzrə 5 ton 094 kq 323,346 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilmişdir.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 30 rayon və şəhərdə 1020 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 32kq 925,902 qr və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 248 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 38352 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1981 nəfərdən 1132 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 309, QİÇS-lə Mübarizə Mərkəzində 347, Sumqayıt Narkoloji Mərkəzində 138 nəfər) 794 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin may ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 24 (4,4%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur.
2025 ilin yanvar-may ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 357 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 34-ü narkotik asılılıqdan müalicə, 285-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 72 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
26 İyun – Birləşmiş Millətlər Təşkilatının Narkotiklərlə Mübarizə Günü münasibətilə 2025-ci il 18 iyun tarixində Nəsimi Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir təşkil olunub. Tədbir, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir çərçivəsində şagirdlərin narkomaniyanın fəsadlarına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon üzrə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllim və psixoloqlar, yuxarı sinif şagirdləri, eləcə də aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda narkotik vasitələrdən istifadənin yaratdığı təhlükələr, narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və mənəvi dəyərlərə vurduğu zərər, mövcud hüquqi mexanizmlər, habelə gənclərin asudə vaxtının səmərəli təşkili kimi məsələlər ətrafında ətraflı məlumat verilib. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə cari ilin 17 iyun tarixindən etibarən “Bakcell” abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlərin göndərilməsinə başlayıb.
Göndərilən SMS-lərdə abunəçilərə belə çağırış edilib: “DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802”
Maarifləndirici mesajların mərhələli şəkildə 5 gün ərzində ümumilikdə 2 milyondan artıq abunəçiyə göndərilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Özünü qoru, narkotikə hədəf olma” adlı yeni şüarın cari ilin 16 iyun tarixindən etibarən (15 gün müddətində) Bakı şəhərinin 16 küçə və prospektində mövcud olan elektron informasiya terminallarında nümayişinə başlanılmışdır.
Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulur.
26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
Həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin ediləcəkdir.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar cari ilin 03 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qaradağ rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 nömrəli Bakı Peşə Liseyində maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirdə, Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət görstərən İşçi Qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşı, Bakı şəhər Narkolojı Dispanserin həkim-narkoloqu iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 29 may tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 kq 323.346 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının, həmçinin 8644 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.
Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Ümumilikdə 2397 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 527 kq 101,231 qr heroin, 1 ton 372 kq 034,257 qr marixuana, 172 kq 565,992 qr tiryək, 93 kq 610,043 qr həşiş, 145,697 qr kokain və 60596 ədəd həb metadon, 264 kq 712,789 qr və 2104 ədəd həb psixotrop maddə) müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin və 58860 ədəd çətənə bitkisinin, həmçinin 3877 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qr güclü təsir edən maddə aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
Məhv edilən narkotik vasitələrin qiyməti 164 milyon manat təşkil edir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniya və zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri və Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşları çıxış edərək narkotik vasitələrin istifadəsinin yaratdığı risklər, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlər və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələləri müzakirə olunub.
Tədbir zamanı şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında fəal müzakirələr aparılıb.
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 207 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Dövlət Komissiyasının İşçi Qrupunun, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, rayon polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin nümayəndələri iştirak ediblər.
Maarifləndirici görüşdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verilib. Tədbir zamanı şagirdlərin sualları cavablandırılıb, müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Cari ilin 23 may tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Narkotiklərə qarşı birlikdə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə, AzTu-nun Kommunikasiya şöbəsinin müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat bürosunun rəisi, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri çıxış edərək narkotik asılılığı ilə bağlı biliklərin artırılması məqsədilə iştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mübarizə üsulları barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
UNEC nəzdində Sosial-İqtisad Kollecində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotikə yox deyək!” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının aparatının şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri və Kollecin direktoru çıxış edərək narkotiklərin insan sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına ciddi zərbə vurduğunu bildiriblər. Çıxışlarda, həmçinin narkomaniya ilə mübarizədə barışmaz mövqe sərgiləməyin, profilaktik tədbirlərin gücləndirilməsinin və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü ..
Bakcell abunəçilərinə narkotiklərin ziyanı barədə maari..
“Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..
26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..
"Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..
Xətai rayonunda “Narkomaniya və zərərli vərdişlərə yox ..
Nərimanov rayonunda maarifləndirici tədbir təşkil olunu..
Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib...
“Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçi..