Qalereya

Bakcell abunəçilərinə narkotiklərin ziyanı barədə maarifləndirici SMS-lər göndərilib

26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə cari ilin 17 iyun tarixindən etibarən “Bakcell” abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlərin göndərilməsinə başlayıb.

Göndərilən SMS-lərdə abunəçilərə belə çağırış edilib: “DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802”

Maarifləndirici mesajların mərhələli şəkildə 5 gün ərzində ümumilikdə 2 milyondan artıq abunəçiyə göndərilməsi nəzərdə tutulur.

/img/gallery/100x100/2025_06_18_10_31_49_5a66.png
  1. Bakcell abunəçilərinə narkotiklərin ziyanı barədə maari..

“Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron informasiya terminallarında

   Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət  Göstərən İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Özünü qoru, narkotikə hədəf olma” adlı  yeni şüarın cari ilin 16 iyun tarixindən etibarən (15 gün müddətində) Bakı şəhərinin 16 küçə və prospektində mövcud olan elektron informasiya terminallarında nümayişinə  başlanılmışdır.

   Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulur.

/img/gallery/100x100/2025_06_17_11_54_50_5fd2.jpg
  1. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

  2. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

  3. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

  4. “Özünü qoru, narkotikə hədəf olma” adlı şüar elektron i..

26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq mətnli SMS bildirişin (DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;
  • Azərbaycan Gənclər Fondu ilə imzalanmış tədbirlər planının 1-ci bəndinə müvafiq olaraq, müxtəlif tədbirlərdə istifadə üçün üzərində narkotik istifadəsinə qarşı mübarizəyə aparmağa səsləyən şüar və cümlələrin, rolapların istifadəsi, gənclər arasında maarifləndirici bukletlərin paylanması;
  • “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Respublikanın regionlarında gənclərə narkotik vasitələrin insan orqanizminə mənfi təsiri və törətdiyi fəsadlara dair biliklərin artırılması məqsədilə təlimlərin təşkili;
  • Ali və orta ixtisas təhsili müəsissələrində tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə“Sağlam həyat tərzi və ailə dəyərləri” mövzusunda seminarların və ictimai mühazirələrin təşkili;
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında “Özünü qoru, narkotikə hədəf olma” şüarının nümayişi;
  • Maarifləndirici videoçarxların Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi;
  • Dövlət Komissiyasının 2025-ci ilə dair İş Planının 18-ci bəndinə müvafiq olaraq, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə tədbirlərin keçirilməsi;

Həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin ediləcəkdir.

/img/gallery/100x100/2025_06_10_12_39_23_3b7d.jpg
  1. 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..

"Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirildi.

02 iyun 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi qəsəbəsində yerləşən 182 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri-Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının katibi Nicat Allahverdiyev, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin rəisi, polkovnik-leytenantı Əhməd Məlikov, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin baş inspektoru, polis mayoru Cəfər Adıgözəlov, “Şəfəq” Reabilitasiya Mərkəzinin əməkdaşları Ənvər Qasınzadə və Murad Məmmədov, “Gənclərin antinarkomaniya” İctimai Birliyin sədri Büllurə Məmmədova, 182 nömrəli tam orta məktəbin direktor əvəzi İlhamə Qurbanova, 182 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
 
Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova qonaqları salamlayaraq cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
 
Növbəti çıxış edən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin rəisi, polkovnik-leytenantı Əhməd Məlikov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbirləri həyata keçirir və bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də, valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruri olduğunu bildirdi.
 
Daha sonra çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
 
Yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən norkomaniyadan uzaq durmalarının vacibliyindən danışanlar “Gənclərin antinarkomaniya” İctimai Birliyin sədri Büllurə Məmmədova və “Şəfəq” Reabilitasiya Mərkəzinin əməkdaşı Ənvər Qasınzadə bildirdilər ki, ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir, dünyada və ölkəmizdə norkomaniya ilə mübarizə ildən ilə genişlənsədə təssüflər olsun ki, bu bəlanın qarşısını tam olaraq almaq mümkün deyil. Ona görədə həm rəsmi sturukturlar vasitəsilə həm də vətəndaş cəmiyyəti xətti ilə hər il norkamaniyaya qarşı müxtəlif tədbirlər həyata keçrilir. Xususilədə gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəlada uzaq tutmaqdır.
 
Tədbir çərçivəsibdə şağirdlərə maarifləndirici bukletlər paylanıldı və iştirakçıları maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandırılmaqla müzakirə formatında davam etdirildi.
/img/gallery/100x100/2025_06_04_11_18_37_197c.jpg
  1. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  2. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  3. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  4. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  5. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  6. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

  7. "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qaradağ rayonunda tədbir təşkil edilmişdir.

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar cari ilin 03 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qaradağ rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 nömrəli Bakı Peşə Liseyində maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbirdə, Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət görstərən İşçi Qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşı, Bakı şəhər Narkolojı Dispanserin həkim-narkoloqu  iştirak etmişdir.

Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2025_06_03_15_22_38_d380.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

  6. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

  7. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

  8. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

  9. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 kiloqram narkotik vasitə məhv edilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 29 may tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 kq 323.346 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının, həmçinin 8644 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.

Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.

Ümumilikdə 2397  məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 527 kq 101,231 qr heroin, 1 ton 372 kq 034,257 qr marixuana, 172 kq 565,992 qr tiryək, 93 kq 610,043 qr həşiş, 145,697 qr kokain və 60596 ədəd həb metadon, 264 kq 712,789 qr və 2104 ədəd  həb psixotrop maddə) müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin və 58860 ədəd çətənə bitkisinin, həmçinin 3877 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qr güclü təsir edən maddə aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Məhv edilən narkotik vasitələrin qiyməti 164 milyon manat təşkil edir.

/img/gallery/100x100/
  1. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  2. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  3. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  4. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  5. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  6. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  7. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  8. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  9. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  10. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  11. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  12. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

  13. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..

Xətai rayonunda “Narkomaniya və zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniya və zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri və Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşları çıxış edərək narkotik vasitələrin istifadəsinin yaratdığı risklər, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlər və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələləri müzakirə olunub.

Tədbir zamanı şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında fəal müzakirələr aparılıb.

/img/gallery/100x100/2025_05_30_10_35_30_9a44.jpg
  1. Xətai rayonunda “Narkomaniya və zərərli vərdişlərə yox ..

  2. Xətai rayonunda “Narkomaniya və zərərli vərdişlərə yox ..

  3. Xətai rayonunda “Narkomaniya və zərərli vərdişlərə yox ..

  4. Xətai rayonunda “Narkomaniya və zərərli vərdişlərə yox ..

  5. Xətai rayonunda “Narkomaniya və zərərli vərdişlərə yox ..

Nərimanov rayonunda maarifləndirici tədbir təşkil olunub

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 207 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Dövlət Komissiyasının İşçi Qrupunun, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, rayon polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin nümayəndələri iştirak ediblər.

Maarifləndirici görüşdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verilib. Tədbir zamanı şagirdlərin sualları cavablandırılıb, müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2025_05_26_14_19_14_c0d8.jpg
  1. Nərimanov rayonunda maarifləndirici tədbir təşkil olunu..

  2. Nərimanov rayonunda maarifləndirici tədbir təşkil olunu..

  3. Nərimanov rayonunda maarifləndirici tədbir təşkil olunu..

  4. Nərimanov rayonunda maarifləndirici tədbir təşkil olunu..

  5. Nərimanov rayonunda maarifləndirici tədbir təşkil olunu..

Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib.

Cari ilin 23 may tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Narkotiklərə qarşı birlikdə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə, AzTu-nun Kommunikasiya şöbəsinin müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat bürosunun rəisi, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri çıxış edərək narkotik asılılığı ilə bağlı biliklərin artırılması məqsədilə iştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mübarizə üsulları barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2025_05_26_09_54_21_9f1f.jpg
  1. Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib...

  2. Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib...

  3. Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib...

  4. Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib...

  5. Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib...

  6. Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib...

  7. Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib...

  8. Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib...

“Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçirildi

UNEC nəzdində Sosial-İqtisad Kollecində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotikə yox deyək!” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının aparatının şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri və Kollecin direktoru çıxış edərək narkotiklərin insan sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına ciddi zərbə vurduğunu bildiriblər. Çıxışlarda, həmçinin narkomaniya ilə mübarizədə barışmaz mövqe sərgiləməyin, profilaktik tədbirlərin gücləndirilməsinin və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb.

/img/gallery/100x100/2025_05_23_14_47_44_aa0d.jpg
  1. “Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçi..

  2. “Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçi..

  3. “Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçi..

Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyyə müəssisəsində tədbir təşkil edilmişdir.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində mayın 22-də yaşına çatmayanlar üçün tərbiyyə müəssisəsində "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2025_05_23_10_54_18_6490.jpg
  1. Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün ..

  2. Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün ..

  3. Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün ..

Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil edilmişdir.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində mayın 22-də 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasında "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji  Mərkəzin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2025_05_23_10_38_29_2dfb.jpg
  1. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tə..

  2. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tə..

  3. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tə..