Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Xoruzlu kəndi ərazisində 7519 ədəd, ümumi çəkisi 2652 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Lerik rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində cari ilin 26 iyun tarixində Lerik rayonunun Orand kəndi ərazisində 13580 ədəd, ümumi yaş çəkisi 5648 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Kəmərqaya kəndi ərazisində, 4 hektar sahədən yabanı halda bitmiş 8432 ədəd, ümumi çəkisi 2 ton 442 kq olan narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Püştətala, Kortala, Qaysa, Şambul kəndləri ümumi çəkisi 6805 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində müasir informasiya texnologiyayalarının imkanlarından istifadə etməklə cari ilin 10 iyul tarixindən etibarən mərhələli şəkildə “Azercell” mobil rabitə operatorunun 2,9 milyon abunəçisinə SMS bildirişin (“Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61”) göndərilməsi təmin edilmişdir.
Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Bayramkoxa kəndi ərazisində, 4 hektar sahədən yabanı halda bitmiş 7000 ədəd, ümumi çəkisi 3 ton 900 kq olan narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Goranboy rayonunun Erkec kəndidən Mənəşəli kəndinə gedən yolun sol tərəfində yabanı halda bitmiş 4188 ədəd, ümumi çəkisi 1 ton 465 kq olan narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 30.05.2020-ci il tarixdə rayonun Aşağı Çardaxlar kəndi ərazisində yabanı halda bitmiş 7425 ədəd, ümumi çəkisi 3 ton 322 kq və 03.06.2020-ci il tarixdə rayonun Yengiyan kəndi ərazisində yabanı halda bitmiş 5348 ədəd, ümumi çəkisi 2 ton 640 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən iyunun 26-dan etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanına dair əhalini məlumatlandırmaq məqsədilə “Bakcell” və "Azərfon" abunəçilərinə SMS formasında zəruri bildiriş və əlaqə vasitələri göndərilib.
Həmin məlumatın ("Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61") yer aldığı SMS-lər mərhələli qaydada təqribən 4,5 milyon abunəçiyə ünvanlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində profilaktik tədbirlərinin effektliyini artırmaq məqsədi ilə narkomaniya ilə bağlı xüsusi şüarlardan hazırlanmış yeni maarifləndirmə xarakterli sosial çarx “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin 200-dən artıq avtobusunda mövcud olan monitorlarda nümayiş olunur.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkomaniya ilə bağlı hazırlanmış yeni maarifləndirmə xarakterli sosial çarxın Bakı şəhərinin bir sıra küçə və prospektlərdə olan elektron lövhələrdə yayımlanmasına başlanılıb.
Qeyd olunan sosial çarx “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yayımlanır.
2020-ci ilin5 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təhlil edilərək ümumiləşdirilmişdir.
Təhlil zamanı müəyyən edilmişdir ki, cari ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2435 fakt aşkar edilmişdir ki, onlardan 918-i narkotik vasitələrin qanunsuz satışı, 1402-si qanunsuz əldə edilib saxlanılması, 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 35-i isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 364 kq 100,2 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.
Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 336 kq 151,8 qramını marixuana (24,6%), 160 kq 694,7 qramını tiryək (11,8%), 753 kq 388,1 qramını heroin (55,3%), 18 kq 877,6 qramını həşiş (1,4%), 94 kq 594,4 qramını psixotrop maddələr və digərləri (6,9%) təşkil etmişdir.
Aidiyyəti qurumlar tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə yaş kütləsi 15 ton 263 kq olan 54 min 537 ədəd yabanı halda bitmiş narkotik xassəli bitkilər aşkar edilərək müvafiq qaydada məhv edilmişdir. Yaş kütləsi 491 kq 300 qr çətənə, 1 kq 700 qr xaş-xaş narkotik tərkibli bitkiləri narkotik xassəli çətənə və xaş-xaş bitkiləri müəyyən edilərək prosessual tədbirlər görülməsi üçün istintaq orqanlarına verilmişdir.
Cinayət məsuliyyətinə 1435 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaş 122 nəfər, 26-29 yaş 250 nəfər, 30 yaşdan yuxarı isə 1059 nəfər təşkil edir. Məsuliyyətə cəlb olunanlardan 54 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 2-si kənd təsərrüfatı işçisi, 395-i əvəllər cinayət törətmişlər, 7-si əvvəllər xüsusi qeydiyyatda olan, 961-i işləməyən, 1398-i kişilər, 37-si qadın, 42 nəfəri xarici ölkə vətəndaşı olmuşdur. Əcnəbilərdən 25-i İran İslam Respublikası, 10-u Rusiya Federasiyası, 6-sı Gürcüstan və 1-i isə Pakistanın vətəndaşıdır.
Ümumulikdə hüquq mühafizə orqanları tərəfindən aşkar edilmiş cinayət faktlarının 115-i qaçaqmalçılıq yolu ilə törədilmiş və qeyd olunan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 636 kq müxtəlif növ narkotik vasitələr çıxarılmışdır.
Bundan əlavə aşkar edilmiş cinayət faktlarının 178-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 429,7 kq narkotik vasitə və 43 kq psixotrop maddə müsadirə edilmişdir.
Eyni zamanda qanunsuz dövriyyədən çıxarılmış 1 ton 364 kq 100,2 qr narkotik vasitənin 336 kiloqramını (24,6%) yüngül təsirə malik olan marixuana təşkil etmişdir.
Təhlil göstərir ki, cari ilin 5 ayı ərzində qeydiyyata alınmış cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 325 fakt, qanunsuz döriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 54,7 kq,qrup şəklində törədilmiş cinayətlərin sayı 65fakt, əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 147 fakt,məsuliyyətə cəlb edilən şəxslərin sayı 234 nəfərartmış, lakin məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 43 nəfər, qaçaqmalçılıq ilə bağlı qeydə alınmış cinayətlərin sayı 49 fakt azalmışdır.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2019-cu il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə qeydiyyatda 32 921 nəfər narkotik istifadəçisi vardır ki, onlardan 27574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 641 nəfəri qadın, 249 nəfəri toksikoman, 22871 nəfəri (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.
2020-ci ilin 5 ayı ərzində Respublika Narkoloji Mərkəzində 2054 nəfər stasionar müalicəyə qəbul olunmuşdur. Onlardan 359 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1190 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11), 13 nəfəri kannabinoidlərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları, 3 nəfəri “Sedavitlərin və yuxugətiricilərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (13), 14 nəfəri “Digər ctimulyatorların (o cümlədən kofeyinli) qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (15), 465 nəfəri “Eyni zamanda bir neçə narkotik maddənin və psixotrop maddənin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (19) diaqnozları ilə stasionar müalicəyə qəbul olunmuşdur.
Hesabat dövründə Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunmuşdur və ekspertizadan cəmi 1405 nəfər keçib. Onlardan 988 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2020-cu ilin 5 ayı ərzində Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 16 nəfərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli 21 nömrəli qərarı ilə ölkəmizdə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Hazırda Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 4 məntəqədə proqram çərçivəsində 563 xəstə müalicə alır. Onlardan RNM-də 155 nəfəri, 335 nəfəri QİÇS-lə Mübarizə Mərkəzində, Sumqayıt şəhər Rayonlararası Narkoloji dispanserdə 73 nəfərdir.
Tərtər rayonu ərazisində 2 ton 770 kiloqramdan artıq ya..
Lerik rayonu ərazisində 5 ton 648 kiloqram yabanı halda..
Daşkəsən rayonu ərazisində 2 ton 442 kiloqram yabanı ha..
Balakən rayonunda 6 ton 805 kiloqram yabanı halda bitmi..
Narkotiklərin ziyanı ilə bağlı 2,9 milyon “Azercell” ab..
Qəbələ rayonu ərazisində 3 ton 900 kiloqram yabanı hald..
Goranboy rayonu ərazisində 1 ton 465 kiloqram yabanı ha..
Zaqatala rayonu ərazisində 5 ton 962 kiloqram yabanı ha..
Narkotiklərin ziyanı ilə bağlı 4,5 milyon “Bakcell” və ..
Maarifləndirici sosial çarx “BakuBus” avtobuslarında..
Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..
2020-ci ilin 5 ayı ərzində ölkə üzrə narkotik vasitələr..