Qalereya

14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu arasında imzalanmış “Tədbirlər Planı”na müvafiq olaraq cari ilin 20 dekabr tarixində 14 və 5 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin aparılması çərçivəsində  maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir.

   Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotik vasitələrin fəsadlarına dair əyani vəsaitlər, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri  məhkumlar arasında paylanılmışdır.

/img/gallery/100x100/2019_12_20_14_39_28_cfde.jpg
  1. 14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..

  2. 14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..

  3. 14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..

  4. 14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..

  5. 14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..

  6. 14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..

  7. 14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..

  8. 14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..

  9. 14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..

  10. 14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..

Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maarifləndirici sosial çarx yayımlanır

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkomaniya ilə bağlı hazırlanmış yeni maarifləndirmə xarakterli sosial çarxın Bakı şəhərinin bir sıra küçə və prospektlərdə olan elektron lövhələrdə yayımlanmasına başlanılıb.

  Qeyd olunan sosial çarx “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yayımlanır.

 

/img/gallery/100x100/2019_12_16_15_56_55_08f3.jpg
  1. Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..

  2. Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..

  3. Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..

  4. Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..

  5. Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..

  6. Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..

  7. Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə əlaqədar Xətai rayonunda tədbir keçirilib.

   Cari ilin 05 dekabr tarixində  Xətai rayon 98 saylı tamortaməktəbdə “Narkomaniyaya yox deyib, sağlam həyatı seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

    Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə  Dövlət Komissiyasının İşçi Qrupunun, Xətai Rayon İcra Hakimiyyətinin və 98 saylı tamortaməktəbin təşəbbüsü ilə təşkil olunmuşdur.

   Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, məktəbin direktoru mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr,  maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. 

    Eyni zamanda şagirdlərin səhnələşdirdiyi “Narkomaniyaya yox deyib, sağlam həyatı seçirik”adlı maarifləndirici tamaşa nümayiş olunmuşdur.

  Həmçinin, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında  paylanılmışdır.

Cari ilin 05 dekabr tarixində  Xətai rayon 98 saylı tamortaməktəbdə “Narkomaniyaya yox deyib, sağlam həyatı seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

    Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə  Dövlət Komissiyasının İşçi Qrupunun, Xətai Rayon İcra Hakimiyyətinin və 98 saylı tamortaməktəbin təşəbbüsü ilə təşkil olunmuşdur.

   Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, məktəbin direktoru mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr,  maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. 

    Eyni zamanda şagirdlərin səhnələşdirdiyi “Narkomaniyaya yox deyib, sağlam həyatı seçirik”adlı maarifləndirici tamaşa nümayiş olunmuşdur.

  Həmçinin, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında  paylanılmışdır.

/img/gallery/100x100/2019_12_06_10_45_08_5c37.jpg
  1. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  2. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  3. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  4. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  5. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  6. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  7. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  8. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  9. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbiri keçirilib

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədi iləNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin birgə təşkilatçılığı ilə cari ilin 03 dekabr tarixindəYasamal rayon 2 saylı Tibb Kollecində“Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması” mövzusunda tədbir keçirilib.

   TədbirdəNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini  və sektor müdiri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyi idarə heyətinin sədri,Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu, 2 saylı Tibb Kollecinin direktoru, Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı və digərləri çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.

    Eyni zamanda narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumat verilmişdir.

    Çıxışlarda narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verilib, narkotiklərin ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib.

   Həmçinin tədbirdə iştirakçılarla mövzu ətrafında interaktiv söhbətlər aparılıb, onlara narkomanlıqla mübarizəyə dair çap materialları və maarifləndirici bukletlər paylanmışdır.

   Bundan əlavə iştirakçılara narkotiklərin növləri və onların törətdiyi fəsadlar barədə slayd nümayiş olunmuşdur.

/img/gallery/100x100/2019_12_03_16_01_39_1695.jpg
  1. Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maar..

  2. Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maar..

  3. Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maar..

  4. Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maar..

  5. Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maar..

  6. Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maar..

  7. Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maar..

  8. Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maar..

  9. Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maar..

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə əlaqədar Nizami rayonunda tədbir keçirilib.

    Cari ilin 29 noyabr tarixində Nizamirayon 220 saylı tamortaməktəbdə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

    Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə  Dövlət Komissiyasının İşçi Qrupunun və Nizami Rayon İcra Hakimiyyətinintəşəbbüsü ilə təşkil olunmuşdur.

   Tədbirdə Nizami rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Rayon Ağsaqqallar Şurasının sədri, o cümlədən digər aidiyyəti dövlət qurumlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr,  maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. 

     Eyni zamanda şagirdlərin səhnələşdirdiyi “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tamaşa nümayiş olunmuşdur.

  Həmçinin, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında  paylanılmışdır.

/img/gallery/100x100/2019_11_29_16_38_25_6af9.JPG
  1. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  2. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  3. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  4. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  5. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  6. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  7. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  8. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

Metro Park Ticarət və Əyləncə Mərkəzində narkomaniya ilə bağlı maarifləndirici video-rolik yayımlanır

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi iləNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış yeni sosial rolik cari ilin 25 noyabr tarixindən etibarən “MetroPark" Alış Veriş Mərkəzində olan monitorlarda yayımlanmağa başlanılmışdır.

/img/gallery/100x100/2019_11_28_10_13_15_169b.JPG
  1. Metro Park Ticarət və Əyləncə Mərkəzində narkomaniya il..

  2. Metro Park Ticarət və Əyləncə Mərkəzində narkomaniya il..

  3. Metro Park Ticarət və Əyləncə Mərkəzində narkomaniya il..

  4. Metro Park Ticarət və Əyləncə Mərkəzində narkomaniya il..

  5. Metro Park Ticarət və Əyləncə Mərkəzində narkomaniya il..

  6. Metro Park Ticarət və Əyləncə Mərkəzində narkomaniya il..

  7. Metro Park Ticarət və Əyləncə Mərkəzində narkomaniya il..

  8. Metro Park Ticarət və Əyləncə Mərkəzində narkomaniya il..

İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədbir təşkil olunub.

 Carı ilin 27 noyabr  tarixində Dövlət Komissiyasının İşçi Qrupu İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı İsmayıllı Peşə Tədris Mərkəzində maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, DTX Rayon şöbəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, Rayon polis şöbəsinin rəisi, rayon prokuroru, rayon komissiyasının üzvləri, müəllimlər və metodistlər həmçinin peşə tədris mərkəzinin tələbələri  iştirak etmişdir.

 Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, şəhər və rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

 Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında  paylanılmışdır.

/img/gallery/100x100/2019_11_27_16_04_26_9030.JPG
  1. İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədb..

  2. İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədb..

  3. İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədb..

  4. İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədb..

  5. İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədb..

  6. İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədb..

  7. İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədb..

  8. İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədb..

  9. İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədb..

Maarifləndirmə xarakterli tədbirlərin davamı Qəbələdə təşkil olunub.

  Dövlət Komissiyasının İşçi Qrupu Qəbələ rayon İcra Hakimiyyəti ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın müvafiq bəndlərinin icrası ilə bağlı carı ilin 26 noyabr  tarixində Qəbələ Dövlət peşə təhsil mərkəzində maarifləndirmə tədbiri təşkil etmişdir.

 Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri  iştirak etmişdir.

 Tədbir iştirakçıları çıxışlarında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumat vermişdir.

 Eyni zamanda, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında tövsiyyələr də diqqətə çatdırılmışdır.

 Həmçinin, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır. Tədbirlər çərçivəsində rayon komissiyasına metodiki köməklik göstərilmiş və onlar zəruri əyani vəsaitlərlə təmin olunmuşdur.

 

/img/gallery/100x100/2019_11_27_10_05_35_c923.JPG
  1. Maarifləndirmə xarakterli tədbirlərin davamı Qəbələdə t..

  2. Maarifləndirmə xarakterli tədbirlərin davamı Qəbələdə t..

  3. Maarifləndirmə xarakterli tədbirlərin davamı Qəbələdə t..

  4. Maarifləndirmə xarakterli tədbirlərin davamı Qəbələdə t..

  5. Maarifləndirmə xarakterli tədbirlərin davamı Qəbələdə t..

  6. Maarifləndirmə xarakterli tədbirlərin davamı Qəbələdə t..

  7. Maarifləndirmə xarakterli tədbirlərin davamı Qəbələdə t..

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə bağlı Şəki şəhərində tədbir keçirilib.

   Noyabrın 26-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin fəsadları haqqında məlumatlılığın artırılması məqsədi ilə tədbir təşkil edib.

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının akt zalında keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, şəhər komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat  və tövsiyyələr veriblər.

  Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

   Tədbir çərçivəsində şəhər komissiyasına metodiki kömək göstərilib və zəruri əyani vəsaitlər təqdim olunub.

/img/gallery/100x100/2019_11_26_14_36_44_3c51.JPG
  1. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  2. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  3. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  4. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  5. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

  6. Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..

Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir Balakən rayonunda keçirilib.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin fəsadları haqqında məlumatlılığın artırılması məqsədilə cari ilin 25 noyabr tarixində Dövlət Komissiyasının İşçi Qrupu ilə Balakən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının binasında maarifləndirmə tədbiri təşkil olunmuşdur.

   Tədbirdə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

 Çıxış edənlər narkomaniyanın doğurduğu faciələr, narkotiklərin insan orqanizminə məhvedici təsiri, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətinin artırılması barədə danışıblar. Belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, eləcə də bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi ilə bağlı tövsiyələr də diqqətə çatdırılıb.

 QİÇS və bir sıra başqa təhlükəli xəstəliklərin yayılması yolları haqqında məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların ətrafında fikir mübadiləsi aparılıb.

  Tədbir çərçivəsində rayon komissiyasına metodiki kömək göstərilib və onlar zəruri əyani vəsaitlərlə təmin ediliblər.

/img/gallery/100x100/2019_11_25_16_56_13_e245.jpg
  1. Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir B..

  2. Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir B..

  3. Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir B..

  4. Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir B..

  5. Narkomanlığa qarşı mübarizə mövzusunda növbəti tədbir B..

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair maarifləndirmə tədbiri təşkil olunub.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının icrası məqsədilə cari ilin 25 noyabr tarixində Dövlət Komissiyasının İşçi  Qrupu Zaqatala  Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirmə xarakterli tədbir keçirmişdir.

  Heydər Əliyev mərkəzində keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, Zaqatala rayon İcra Hakimiyyətinin başçısının müavini,  rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri  iştirak etmişdir.

  Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib, eyni zamanda, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə tövsiyyələr də diqqətə çatdırılmışdır.

  Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır və rayon komissiyasına metodiki köməklik göstərilmiş və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan zəruri təbliğat materialları paylanmışdır.

   Sonda Heydər Əliyev mərkəzinin şagirdləri tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəsadlar barədə rəsm sərgisinə baxış keçirildi.

 
/img/gallery/100x100/2019_11_25_14_13_01_8012.JPG
  1. Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsinə q..

  2. Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsinə q..

  3. Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsinə q..

  4. Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsinə q..

  5. Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsinə q..

  6. Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsinə q..

Pirallahı rayonunda narkomalığa qarşı mübarizəyə dair maarifləndirmə tədbiri keçirilib

    Cari ilin 22 noyabr tarixində Pirallahı rayon Gənclər Mərkəzində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

    Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə  Dövlət Komissiyasının İşçi Qrupunun və Pirallahı rayon İcra Hakimiyyətinintəşəbbüsü ilə təşkil olunmuşdur.

   Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, o cümlədən Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr,  maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. 

   Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında  paylanılmışdır.

/img/gallery/100x100/2019_11_22_15_55_02_1457.JPG
  1. Pirallahı rayonunda narkomalığa qarşı mübarizəyə dair m..

  2. Pirallahı rayonunda narkomalığa qarşı mübarizəyə dair m..

  3. Pirallahı rayonunda narkomalığa qarşı mübarizəyə dair m..

  4. Pirallahı rayonunda narkomalığa qarşı mübarizəyə dair m..

  5. Pirallahı rayonunda narkomalığa qarşı mübarizəyə dair m..

  6. Pirallahı rayonunda narkomalığa qarşı mübarizəyə dair m..

  7. Pirallahı rayonunda narkomalığa qarşı mübarizəyə dair m..