
Carı ilin 20 may tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Ağdaş rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə narkomanlıq probleminə dair tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Rayon Gənslər və İdman idarəsi, Təhsil Şöbəsi, Polis Şöbəsi, Ağsaqqallar Şurasının nümayəndələri və rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak edib.
Çıxışçılar tərəfindən təqdimat əsasında slaydlarla narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.
Tədbirdən sonra rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş və təşkilatı tədbir keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Yevlax rayonunda maarifləndirmə xarakterli tədbir təşkil olunub
Tədbirdən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş vətəşkilatı tədbirkeçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.
Yuxarı sinif şagirdləri, məktəb psixoloqları və müəllim kollektivi ilə keçirilən tədbirdə rayon Prokuroru, Təhsil və Polis Şöbəsinin əməkdaşları, Gənclər İdman baş İdarəsinin rəisi, həkim narkoloq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri həmçinin rayon üzrə yerli komissiyanın üzvləri iştirak edib.
Məruzəçilər tədbir iştirakçılarına narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı tərəfindən təqdimat əsasında slaydlarla narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.
Carı ilin 19 may tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Zərdab rayonunda maarifləndirmə xarakterli tədbir keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Zərdab rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Zərdab rayon Yeni Azərbaycan Partiyasının sədri, rayon Prokuroru, Təhsil və Polis Şöbəsinin əməkdaşları, Gənclər İdman baş İdarəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Qeyri-Hökümət təşkilatların nümayəndələri həmçinin rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak edib.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində carı ilin 18 may tarixində Ucar rayonunda tədbirlər keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə rayon üzrə komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, rayon komissiyasının sədri və üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun təhsil şöbəsinin nümayəndələrinin iştiraki ilə narkomanlıq probleminə dair maarifləndirmə xarakterli tədbir keçirilib və narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə iştirakçılara zəruri məlumatlar verilmişdir.
Sonda treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı əyani vəsaitlər və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün “Metodik Tövsiyələr” adlı kitabça təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə Azərbaycan Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, Abşeron rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində Abşeron rayon Mədəniyyət Evində “Həyatla oyun” tamaşası nümayiş etdirilib.
Gənclər arasında antinarkotik təbliğat işinin daha da təsirli metodlarla təşkili məqsədilə Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan və əsasən maarifləndirmə məqsədi daşıyan tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən, kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.
Tamaşa gənclərin marağına səbəb olub və alqışlarla qarşılanıb.
Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Sektor Müdiri, Narkotizmlə Mübarizə İctimai Birliyinin İcraçı Direktoru, Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi, Zəngilan rayon 33№li və 29№li tam orta məktəblərin şagirdləri, müəllimləri, 29№li tam orta məktəbin psixoloqu, həmin məktəbin Uşaq İctimai Birliyinin sədri və digər idarə müəssisələrin əməkdaşları iştirak etdilər.
Dövlət Komissiyasının Sektor Müdiri çıxış edərək narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir. Daha sonra digər natiklər də mövzu ətrafında çıxış ediblər.
Sonda narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən “Narkomaniyaya yox de” videoçarx nümayiş olunub və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.
Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər keçirilib.
Tədbirdən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon Gənslər və İdman idarəsi, Təhsil Şöbəsi, Polis Şöbəsi, Ağsaqqallar Şurasının nümayəndələri və rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak edib.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı tərəfindən təqdimat əsasında slaydlarla narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinə müvafiq olaraq, Müdafiə Nazirliyi ilə Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsindəəsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” tamaşasının Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə nümayişi təşkil edilib.
Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan və əsasən maarifləndirmə məqsədi daşıyan tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən, kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.
Tamaşa iştirakçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2021-ci ilə dair hazırlanmış “İllik hesabat” jurnal formasında nəşr edilib.
Qeyd olunan hesabatda ötən il Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, hüquq-mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin dinamikasını əks etdirən müqayisəli göstəricilər, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapıb
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2021-ci ilə dair hazırlanmış “İllik hesabat” jurnal formasında nəşr edilib.
Qeyd olunan hesabatda ötən il Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, hüquq-mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin dinamikasını əks etdirən müqayisəli göstəricilər, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapıb
802 qaynar xəttinə daxil olan vətəndaş müraciətlərinin çoxluğunun nəzərə alaraq və eyni zamanda vətəndaş məmnunluğunu təmin etmək məqsədilə cari ilin aprel ayından etibarən qaynar xətt zəng xidməti həftənin şənbə günləri də (saat 9:00-17:00) fəaliyyətə başlamışdır.
Yanvar-aprel ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 671 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 75-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 269-u narkotik asılılıqdan müalicə, 327-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 347 məktub ünvanlanmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 05 may tarixində Binəqədi rayonu Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.
Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Ümumilikdə 1430 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 973 kq 007 qr heroin, 1 ton 112 kq 241 qr marixuana, 287 kq 357 qr tiryək,30 kq 274 qr həşiş, 446 qr kokain, 64,753 qr və 35647 ədəd həb metadon, 215 kq 254 qr və 6966ədəd həb və 38 kapsul psixotrop maddə, 238,724 qr, 4182 kapsul, 189 konvalyut, 49914 həb, narkotik vasitələr, psixotrop maddələr, o cümlədən 28697ədəd çətənə bitkisinin aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
Ağdaş rayonunda narkomanlıq probleminə dair tədbir keçi..
Yevlax rayonunda maarifləndirmə xarakterli tədbir təşki..
Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib..
Ucar rayonunda maarifləndirici tədbirlər keçirilib..
Abşeron rayonunda narkomanlıqla mübarizəyə dair tamaşa ..
"Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici t..
Kürdəmir rayonunda narkomanlığa qarşı mübarizə işinin t..
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə maari..
2021-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..
2021-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..
“802” qaynar xətt zəng xidməti həftənin şənbə günləri f..
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 k..