Qalereya

Maarifəldirmə tədbirlərinin əhatəsi genişləndirilməkdədir.

  Profilaktik tədbirlərin təsirliyinin və əhatə dairəsinin daha da genişləndirilməsiistiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən üzərində maarifləndirici şüarlar və xüsusi xəbərdaredici mətnlər əks olunan yeni sosial lövhələrin yayımlanması davam etdirilir.

  Bununla əlaqədar  Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Penitensiar Xidməti ilə əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində, yetkinlik yaşına çatmayanlar üçün Tərbiyyə müəssisəsində 15 lövhənin, həmçinin Bakı şəhəri üzrə tam orta məktəblərdə isə 35 lövhənin yerləşdirilməsi təmin edilmişdir.

  Eyni zamanda sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi ilə narkomanların xüsusilə geniş yayıldığı şəhər və rayonların mövcud küçə və prospektlərdə, təhsil müəssisələrinin yaxınlığında, vətəndaşların, o cümlədən yeniyetmə və gənclərin daha intensiv hərəkətdə olduğu ərazilərdə yuxarıda sözügedən sosial lövhələr yerləşdirilmiş, həmçinin zəruri təbliğat materialları və Metodik Tövsiyələrə dair kitabçalar göndərilmişdir (elektron formada diskə əlavə edilərək).

  Beləliklə, 2022-ci il və cari ilin ötən dövrü ərzində cəzaçəkmə müəssisələrində 33 ədəd, Bakı şəhəri üzrə təhsil müəssisələrində 81 ədəd, metro stasiyalarında 45 ədəd, müvafiq şəhər/rayonlarda isə 20 ədəd sosial lövhə quraşdırılmışdır.

 

/img/gallery/100x100/2023_09_15_10_18_25_1377.png
  1. Maarifəldirmə tədbirlərinin əhatəsi genişləndirilməkdəd..

  2. Maarifəldirmə tədbirlərinin əhatəsi genişləndirilməkdəd..

  3. Maarifəldirmə tədbirlərinin əhatəsi genişləndirilməkdəd..

  4. Maarifəldirmə tədbirlərinin əhatəsi genişləndirilməkdəd..

  5. Maarifəldirmə tədbirlərinin əhatəsi genişləndirilməkdəd..

  6. Maarifəldirmə tədbirlərinin əhatəsi genişləndirilməkdəd..

  7. Maarifəldirmə tədbirlərinin əhatəsi genişləndirilməkdəd..

Penitensiar Xidmətin 12 və 13 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirilib

 Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 12 və 13saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri təşkil olunub

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyi Bakı şəhər Narkolojı Məkrəzinin nümayəndələri iştirak etmişdir.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

   Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2023_09_15_09_52_25_2b34.JPG
  1. Penitensiar Xidmətin 12 və 13 saylı cəzaçəkmə müəssisəs..

  2. Penitensiar Xidmətin 12 və 13 saylı cəzaçəkmə müəssisəs..

  3. Penitensiar Xidmətin 12 və 13 saylı cəzaçəkmə müəssisəs..

  4. Penitensiar Xidmətin 12 və 13 saylı cəzaçəkmə müəssisəs..

  5. Penitensiar Xidmətin 12 və 13 saylı cəzaçəkmə müəssisəs..

  6. Penitensiar Xidmətin 12 və 13 saylı cəzaçəkmə müəssisəs..

  7. Penitensiar Xidmətin 12 və 13 saylı cəzaçəkmə müəssisəs..

  8. Penitensiar Xidmətin 12 və 13 saylı cəzaçəkmə müəssisəs..

Qax rayonu ərazisində 1 ton 417 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Almalı kəndi ərazisində 6230 ədəd, ümumi çəkisi 1417 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_09_06_15_51_08_9393.png
  1. Qax rayonu ərazisində 1 ton 417 kq yabanı halda bitmiş ..

  2. Qax rayonu ərazisində 1 ton 417 kq yabanı halda bitmiş ..

  3. Qax rayonu ərazisində 1 ton 417 kq yabanı halda bitmiş ..

  4. Qax rayonu ərazisində 1 ton 417 kq yabanı halda bitmiş ..

Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dair yeni sosial lövhələr yerləşdirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində narkomanlığın zərəri ilə bağlı hazırlanan 25 ədəd yeni sosial lövhə “20 Yanvar”, “Elmlər Akademiyası”, “Dərnəgül”, “Gənclik”,  “Nəriman Nərimanov”, “İnşaatçılar”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Nəsimi”, “Koroğlu”, “Həzi Aslanov” və digər stansiyalarda quraşdırılmış və uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur.

/img/gallery/100x100/2023_08_30_14_56_20_89ab.jpg
  1. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

  2. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

  3. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-iyul aylarının yekununa dair məlumat

2023-cü ilin yanvar-iyul ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

Сari ilin yanvar-iyul ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6696 cinayət faktı aşkarlanmışdır. Onlardan 2335-i narkotik vasitələrin qanunsuz satışı, 4112-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 219-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 141 kq 918,699 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 598 kq 616,379 qr-nı heroin, 2 ton 874 kq 140,356 qr-nı marixuana, 221 kq 863,961 qr-nı tiryək, 50 kq 986,102 qr-nı həşiş, 274 kq 649,411 qr-nı psixotrop maddələr, 121 kq 662,49 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 40068 ədəd həb metadon, 11624 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul və 1133 ədəd həb güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz  dövriyyədən götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 343,68 hektar sahədən çəkisi 211 ton 691 kq 610,98 qr olan 762300 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 165 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 186 kq 111,606 qr və 40068 ədəd həb metadon narkotik vasitələr və 7631 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 168-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 215 kq 109,866 qr,190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 1837 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 098 kq 379,3 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

2023-cü ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 141 kq 918,699 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 225 milyon 099 min 265 AZN kimi qiymətləndirilir.

Təhlil göstərir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 145, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 271, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 291 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 237 kq 126,909 qrartmışdır. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 19, digər növ cinayət faktların sayı 37, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 70, qrup halında olan cinayətlərin sayı isə 34 fakt azalmışdır.

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 51856 nəfər istiqamətləndirilmişdir.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1550 nəfərindən 846-nın istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hesabat dövrü ərzindəİşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 5 Tədbirlər Planı imzalanmış və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 90 tədbir (50 maarifləndirici görüş, 26 təlim, 3 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon) təşkil edilmişdir.

2023-cü ilin yanvar-iyul ayları ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 752 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 112-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 269-u narkotik asılılıqdan müalicə, 371-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 381 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının

daimi fəaliyyət göstərən İşçi Qrupu

    

/img/gallery/100x100/2023_08_29_16_32_31_4e47.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində və yetkinlik yaşına çatmayanlar üçün Tərbiyyə müəssisəsində tədbir təşkil edilmişdir.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində və yetkinlik yaşına çatmayanlar üçün Tərbiyyə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyi Respublika Narkolojı Məkrəzinin nümayəndələri iştirak etmişdir.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

  Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

 

/img/gallery/100x100/2023_08_28_10_22_36_a546.jpg
  1. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində və..

  2. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində və..

  3. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində və..

  4. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində və..

  5. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində və..

Penitensiar Xidmətin 1 və 7 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində avqustun 25-də narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 1 və 7 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri təşkil olunub

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyi Respublika Narkolojı Məkrəzinin nümayəndələri iştirak etmişdir.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

  Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2023_08_28_10_01_10_170f.jpg
  1. Penitensiar Xidmətin 1 və 7 saylı cəzaçəkmə müəssisəsin..

  2. Penitensiar Xidmətin 1 və 7 saylı cəzaçəkmə müəssisəsin..

  3. Penitensiar Xidmətin 1 və 7 saylı cəzaçəkmə müəssisəsin..

  4. Penitensiar Xidmətin 1 və 7 saylı cəzaçəkmə müəssisəsin..

İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının müvafiq olaraq, ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində İşçi Qrupunun təşəbbüsü ilə hazırlanmış sosial çarxlar cari ilin 24 iyul tarixindən etibarən metro stansiyalarında mövcud monitorlarda nümayiş olunur.

/img/gallery/100x100/2023_07_28_14_48_45_f0a5.jpg
  1. İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..

  2. İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..

  3. İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..

Balakən rayonu ərazisində 3 ton 681 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Balakən rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş 4022 ədəd, ümumi  çəkisi 3 ton 681 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_07_27_16_22_57_4cea.jpg
  1. Balakən rayonu ərazisində 3 ton 681 kiloqram yabanı hal..

  2. Balakən rayonu ərazisində 3 ton 681 kiloqram yabanı hal..

İsmayıllı rayonu ərazisində 1 ton 349 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində yabanı halda bitmiş 1989 ədəd, ümumi  çəkisi 1 ton 349 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2023_07_27_16_07_30_3123.jpg
  1. İsmayıllı rayonu ərazisində 1 ton 349 kiloqram yabanı h..

Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən 2 ton 745 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Goranboy rayonu  Erkəc kəndindən Mənəşli kəndinə gedən yolun sağ tərəfindən 1,5 ha sahədə yabanı halda bitmiş 4576 ədəd, ümumi  çəkisi 2 ton 745 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_07_27_16_03_40_1521.jpg
  1. Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən 2 t..

  2. Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən 2 t..

Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Nic qəsəbəsi ərazisində 11 ha sahədə yabanı halda bitmiş 8100 ədəd, ümumi  çəkisi 4 ton 170 kq  narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_07_27_10_48_18_7949.jpg
  1. Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı hald..

  2. Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı hald..

  3. Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı hald..

  4. Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı hald..

  5. Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı hald..