“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” adlı sosial çarx hazırlanmışdır.
Sosial rolikdə narkotik istifadəçisi olan bir gəncin narkotikdən istifadə etdiyini ailəsindən və yaxınlarından gizlətməyə çalışması təsvir olunmuşdur. Yekun olaraq video çarx “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır" xəbərdaredici şüarları ilə tamamlanmışdır. Maarifləndirici sosial rolikin mediya subyektləri vasitəsilə, eyni zamanda sosial şəbəkələrdə işıqlandırılması nəzərdə tutulur.
26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:
Beləliklə, 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində ümumilikdə 44 tədbir (22 maarifləndirici görüş, 13 təlim, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon) təşkil edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Sumqayıt şəhər komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 123 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Nizami rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 56 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Ağstafa mədəniyyət Mərkəzində təlim təşkil edilmişdir.
Mədəniyyət Nazirliyinin Ağstafa Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə əməkdaşlığı ilə cari ilin 21 iyun tarixindən 26 iyun tarixinədək etibarən əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə “Bakcell” və "Azərfon" MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildirişin (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) göndərilməsi həyata keçirilmişdir.
SMS-lər mərhələli qaydada 5 gün ərzində təqribən 4 milyona yaxın abunəçiyə göndərilib.
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq 26 iyun - BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar partiya fəalları tərəfindən 24 iyun tarixindən başlayaraq sosial şəbəkələrdə “Narkotiklərə birgə yox deyək!” devizli aksiyaya start verilib.
#Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “twitter”, “facebook” və “instagram” sosial platformalarında 30-dan çox poster və video, həmçinin müxtəlif maarifləndirici materiallar paylaşılıb. "Twitter" sosial şəbəkə seqmentində 35 min 144, "instagram" sosial şəbəkə seqmentində 15 min 643, "facebook" sosial şəbəkə seqmentində isə 27 min 469 paylaşım edilib. Bütovlükdə iyunun 26-dək davam edən aksiya çərçivəsində sosial şəbəkələrin bütün seqmentlərində 78 mindən artıq paylaşım edilib.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Nərimanov rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı Modern Məktəbində maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.
Tədbirdə, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini , Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, müəllimlər və psixoloqlar iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar partiya fəalları tərəfindən 24 iyun tarixindən başlayaraq sosial şəbəkələrdə “Narkotiklərə bigə yox deyək !” devizli aksiyaya start verilib.
#Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “twitter”, “facebook” və “instagram” sosial platformalarında 30-dan çox poster və video, həmçinin müxtəlif maarifləndirici materiallar paylaşılmışdır. İndiyədək "twitter" sosial şəbəkə seqmentində 34 min 70, "instagram" sosial şəbəkə seqmentində 10 min 98, "facebook" sosial şəbəkə seqmentində is 25 min 455 paylaşım edilib.
Aksiya iyunun 26-dək davam edəcək.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Xətai rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 218 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Şəmkir rayon Heydər Əliyev Mərkəzində təlim təşkil edilmişdir.
Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilmişdir.
Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
“Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır..
26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsu..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..
Narkotiklərin ziyanı ilə bağlı abunəçilərinə SMS-bildir..
Sosial şəbəkədə maarifləndirici aksiya keçirilib..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar N"rima..
Sosial şəbəkədə maarifləndirici aksiya.....
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün növbəti ..
Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..