Qalereya

Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə tələbələr arasında intellektual müsabiqə təşkil edilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 4.4.25-ci yarımbəndinin icrası ilə bağlı, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 29 oktyabr tarixində Sabunçu Gənclər Evində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqə təşkil edilmişdir.

Müsabiqədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini, baş məsləhətçisi, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin İctimai inkişaf sektorunun aparıcı məsləhətçisi, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu çıxış edərək, gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formasında interaktiv təlim təşkil edilmişdir.

Təlimin nəticəsi olaraq, intellektual müsabiqə təşkil edilməsi üçün tələbələrin iştirakı ilə hər komanda üzrə 5 nəfər olmaqla 7 komanda formalaşdırılıb və 3 mərhələdən ibarət suallar təqdim olunmuşdur. Maraqlı mübarizə şəraitində keçən müsabiqədə “3.5 KH ÜST”, “Freydin Kreslosu”, “Aypara”, “Xarıbülbül”, “İrəli”, “Cosmo Vizyon” və “Dəmir Yumruq” adlı komandaları mübarizə aparmış, Xəzər Universitetinin tələbələri (“3.5 KH ÜST”)   qalib olmuşdur.

Sonda qaliblərDövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclər və İdman Nazirliyinin birgə hazırladığı diplom və hədiyyələrlə mükafatlandırılmış, həmçinin digər iştirakçılara sertifikatar təqdim edilmişdir.

İntellektual müsabiqənin Bakı şəhəri və respublikanın digər rayon və şəhərlərində də təşkil olunması nəzərdə tutulur.

/img/gallery/100x100/2024_10_30_16_34_58_ea18.jpg
  1. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  2. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  3. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  4. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  5. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  6. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  7. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  8. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  9. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  10. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  11. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  12. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

İctimai maarifləndirmə işləri davam etdirilir

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun ümumölkə televiziya kanallarında işıqlandırılması davam etdirilmişdir.

Belə ki, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik beyində silinməz izlər buraxır”, ”Narkotik sərhədiz fəlakətdir” adlı video çarxlar, “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolik televiziya kanalları vasitəsilə cari ilin yanvar-sentyabr tarixlərində ümumilikdə 23843 dəfə yayımlanması, həmçinin ekspertlərin iştirakı ilə 133 xüsusi verilişin və narkomanlığın zərəri ilə bağlı müəllif sujetlərin hazırlanması təmin edilmişdir.

Bununla yanaşı narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə, ölkə üzrə fəaliyyət göstərən çap və onlayn media subyektlərində cari ilin 9 ayı ərzində ümumilikdə 3300-ə yaxın informativ və maarifləndirici material dərc olunmuşdur.

/img/gallery/100x100/2024_10_29_10_33_20_8dcf.jpg
  1. İctimai maarifləndirmə işləri davam etdirilir..

  2. İctimai maarifləndirmə işləri davam etdirilir..

  3. İctimai maarifləndirmə işləri davam etdirilir..

  4. İctimai maarifləndirmə işləri davam etdirilir..

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Carı ilin 25 oktyabr tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.

Tədbirlərdə Komissiyanın İşçi Qrupunun rəhbər müavini, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq mövzu ətrafında çıxışlar edərək narkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı barədə zəruri məlumatlar verilib.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça  və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

 

/img/gallery/100x100/2024_10_28_17_13_15_f7f0.jpg
  1. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

“Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”

Cari ilin 24 oktyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, İctimai və İaşə və Xidmət üzrə Bakı Dövlət  Peşə Təhsil  Mərkəzi ilə birgə maarifləndirici tədbir keçirmişdir.

Tədbirdə tələbələrə narkotik vasitələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmiş və onları maraqlandıran suallar ətrafında geniş diskussiya aparılmışdır.

Sonda  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2024_10_25_12_44_29_fa3d.jpg
  1. “Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”..

  2. “Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”..

  3. “Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”..

  4. “Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”..

  5. “Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”..

  6. “Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”..

“Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə qarşı ən güclü silahdır”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq oktyabrın 18-də Qazax şəhərində “Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə qarşı ən güclü silahdır” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qazax rayonu Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə  YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Qazax  rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.

Qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amildir. Diqqətə çatdırılıb ki, bu problemlə mübarizədə bir çox amil mühüm əhəmiyyət daşıyır. “Onlardan biri də milli-mənəvi dəyərlərimizdir. Çünki dəyərlərimizə sadiq gənc nəslin bu cür zərərli vərdişlərdən uzaq olması təbii qanunauyğunluqdur”,- deyə vurğulanıb.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın bu problemlə sistemli mübarizə aparılması baxımından önəmi nəzərə çatdırılıb.

Sonra tədbir interaktiv formada davam edib, gənclərin sualları cavablandırılıb.

Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

/img/gallery/100x100/2024_10_18_16_57_10_b0a7.jpg
  1. “Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..

  2. “Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..

  3. “Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..

  4. “Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..

  5. “Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..

  6. “Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..

  7. “Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..

  8. “Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..

  9. “Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..

Abşeron rayonunda növbəti təlim keçirilib

Cari ilin 17 oktyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Abşeron rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin fərqlənən psixoloqları üçün “Yeniyetrmələr arasında narkomaniya asılılığının profilaktikası” mövzusunda təlim keçirilmişdir.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, təlimçi psixoloqlar, rayonun orta ümumtəhsil məktəblərinin psixoloqları, habelə Abşeron RİH könülləri iştirak etmişlər.

Təlimin əsas məqsədi  təlim iştirakçılarına psixoaktiv maddələrdən istifadənin risk amilləri, asılılıq və yeniyetmələrdə asılılığın yaranmasına səbəb olan sosial-psixoloji amillər, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrdən istifadə zamanı yaranan fizoloji əlamətlər və emosional davranış dəyişiklikləri, məktəblilərin PAM-dan istifadəsinin qarşısını almaq məqsədilə atılacaq ilkin addımlar, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi qaydada izahat işlərinin aparılması, məktəbdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər planının hazırlanması, antinarkotik təbliğatın vacibliyi kimi mühim mövzular ətrafında geniş məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Sonda iştirakçılara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun və Abşeron rayon İcra Hakimiyyətinin birgə hazırladığı sertifikatlar təqdim olunmuşdur.

/img/gallery/100x100/2024_10_18_16_52_03_3aaa.jpg
  1. Abşeron rayonunda növbəti təlim keçirilib..

  2. Abşeron rayonunda növbəti təlim keçirilib..

  3. Abşeron rayonunda növbəti təlim keçirilib..

  4. Abşeron rayonunda növbəti təlim keçirilib..

  5. Abşeron rayonunda növbəti təlim keçirilib..

  6. Abşeron rayonunda növbəti təlim keçirilib..

İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri təşkil edildi.

Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində İsmayıllıda növbəti təlimlər həyata keçirilmişdir. Belə ki, rayonda məktəblilərin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.  

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən “Zərərli vərdişlərə yox deyək” adlı təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

/img/gallery/100x100/2024_10_18_15_38_23_a5e3.jpg
  1. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  2. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  3. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  4. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  5. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  6. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  7. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

“Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq, oktyabrın 17-də Bərdə şəhərində “Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır” mövzusunda tədbir keçirilib.

Bərdə Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov, Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin məsləhətçisi, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Natiq Səfərov narkomaniyaya qarşı mübarizədə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Çıxışlarda maarifləndirmə işlərinin effektiv vasitə olduğu bildirilib, bu sahədə həyata keçirilən tədbirlərlə bağlı statistik məlumatlar təqdim edilib. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer ayrıldığı diqqətə çatdırılıb.

İnteraktiv formada davam etdirilən tədbirdə gənclərin sualları cavablandırılıb.

Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

/img/gallery/100x100/2024_10_17_16_39_20_90dd.jpg
  1. “Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”..

  2. “Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”..

  3. “Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”..

  4. “Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”..

  5. “Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”..

  6. “Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”..

  7. “Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”..

İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri baş tutub.

Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində İsmayıllıda növbəti təlimlər həyata keçirilmişdir. Belə ki, rayonda məktəblilərin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.  

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən “Zərərli vərdişlərə yox deyək” adlı təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

/img/gallery/100x100/2024_10_17_11_12_45_94cb.jpg
  1. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  2. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  3. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  4. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  5. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  6. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  7. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

  8. İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..

“Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq, oktyabrın 16-da İmişli şəhərində “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə İmişli şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

İmişli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, İmişli Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Mirzə Quliyev,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.

Bildirilib ki, bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri narkomaniyadır. Ona görə də bu problemlə mübarizə qlobal xarakter daşıyır. Qeyd edilib ki, bu gün ölkəmizdə narkomaniyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət göstərilir. Xüsusilə, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işlərinin daha da gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

İnteraktiv formada davam etdirilən tədbirdə gənclərin sualları cavablandırılıb.

Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

/img/gallery/100x100/2024_10_17_10_54_52_1dc3.jpg
  1. “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir”..

  2. “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir”..

  3. “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir”..

  4. “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir”..

  5. “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir”..

  6. “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir”..

  7. “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir”..

  8. “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir”..

Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Sədərək rayonunda təşkil edildi.

Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlim baş tutmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 100 məktəblinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.  

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən “Zərərli vərdişlərə yox deyək” adlı təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

/img/gallery/100x100/2024_10_16_12_46_30_a32d.jpg
  1. Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Sə..

  2. Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Sə..

  3. Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Sə..

  4. Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Sə..

  5. Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Sə..

  6. Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Sə..

  7. Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Sə..

2024-cü il üzrə statistik məlumat

2024-cü ilin yanvar-sentyabr ayları 

/img/gallery/100x100/2024_10_16_11_38_01_43a2.png
  1. 2024-cü il üzrə statistik məlumat..