Qalereya

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyində təlim təşkil olunub

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyində təlim keçirilib.

 Təlimdə İşçi Qrupunun əməkdaşı çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

 Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2022_12_09_09_23_47_8326.jpg
  1. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayən..

  2. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayən..

  3. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayən..

  4. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayən..

"Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növbəti maarifləndirici görüş keçirildi

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Sabunçu rayonu Pirsağı qəsəbəsi 112 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə məlumatlandırma  xarakterli görüş keçirildi.

  Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.

  Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

/img/gallery/100x100/2022_12_08_15_40_34_10a4.JPG
  1. "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..

  2. "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..

  3. "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..

“Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi

  Gənclər arasında narkomaniya və narkomanlığa qarşı təbliğat işlərini gücləndirmək, gənclərin qarşılaşa biləcəkləri risklər barədə onları məlumatlandırmaq, onları bu bəladan müdafiə etmək və sağlam həyata motivasiyalarını daha da gücləndirmək məqsədilə “Gələcəyini düzgün qur” şüarı altında “Sabunçu Gənclər Evi”ndə forum təşkil edildi.

  Forumda Milli Məclisin deputatı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsindən, Ombudsman Aparatından, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən nümayəndələr və gənclər iştirak ediblər.

  Çıxışlardan sonra forumda iştirak edən gənclər, onları maraqlandıran müxtəlif suallarla bağlı cavablar aldılar.

/img/gallery/100x100/2022_12_08_15_31_40_4ba9.jpg
  1. “Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi..

  2. “Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi..

  3. “Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi..

Balakən rayonu ərazisində 4 ton 200 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun "Xəlçətən Qobu" adlanan ərazisində yabanı halda bitmiş 6380 ədəd, ümumi çəkisi 4 ton 200 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_12_08_14_16_22_706b.JPG
  1. Balakən rayonu ərazisində 4 ton 200 kiloqram yabanı hal..

  2. Balakən rayonu ərazisində 4 ton 200 kiloqram yabanı hal..

Lerik rayonu ərazisində 4 ton 712 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Lerik rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Orand kəndi  ərazisində 18851 ədəd, ümumi çəkisi 4712 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_12_08_11_30_26_2dff.png
  1. Lerik rayonu ərazisində 4 ton 712 kq yabanı halda bitmi..

  2. Lerik rayonu ərazisində 4 ton 712 kq yabanı halda bitmi..

  3. Lerik rayonu ərazisində 4 ton 712 kq yabanı halda bitmi..

Zərdab rayonu ərazisində 1124 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

 Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Bıçaqçı  ərazisində  yabanı halda bitmiş 1655 ədəd, ümumi çəkisi 1124 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_12_08_10_49_54_7993.JPG
  1. Zərdab rayonu ərazisində 1124 kiloqram yabanı halda bit..

  2. Zərdab rayonu ərazisində 1124 kiloqram yabanı halda bit..

Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə cari ilin noyabr ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Dövlət Komissiyasının İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Sumqayıt şəhər təşkilatının birgə təşəbbüsü ilə “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib;
  • Dövlət Komissiyasının iclasının qərarına müvafiq  olaraq təbliğat və maarifləndirmə işlərinin dahada gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədi ilə Yevlax, Şamaxı, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi, Goranboy, Daşkəsən, Tovuz və Ağstafa şəhər/rayonlarda fəaliyyət göstərən komissiya üzvləri ilə görüş təşkil olunmuş;
  • Gənclər Fondu ilə imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax, Şamaxı, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi, Goranboy, Daşkəsən, Tovuz və Ağstafa nümayəndəliklərində təlim keçirilmiş;
  • Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə Kooperasiya Universitetində, Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə 9 saylı tam orta məktəbdə maarifləndirmə tədbirləri keçirilmiş;
  • Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim təşkil edilmiş;
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Qaradağ və Yasamal rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilib;
  • Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi və “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinın təşkilatçılığı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətləri layihəsi çərçivəsində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmiş;
  • “Miqrasiya Sahəsinin İnkşafı”  İctimai Birliyi İşçi Qrupu ilə birlikdə  Azərbaycan Tibb Universitetidə və 2 saylı Tibb Kollecində “Narkomaniya və zərərli vərdişlərə qarşı müzarizəyə”  mövzusundatədbir təşkil olunmuş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən noyabr ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

      Beləliklə,cari ilin noyabr ayı ərzində ümumilikdə 29 tədbir, 6 maarifləndirmə tədbiri, şəhər/rayon komissiyaları ilə  10 dəyirmi masa, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində 10 təlim, 2 ümumtəhsil məktəblərinin psixoloqları üçün treninq və 1 mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim təşkil edilmişdir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2022_12_08_09_45_06_d284.jpg
  1. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  2. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  3. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  4. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  5. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  6. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  7. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  8. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirici tədbir təşkil olunub.

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihəsi çərçivəsində “Miqrasiya Sahəsinin İnkşafı”  İctimai Birliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birlikdə Odlar Yurdu Universitetində “Narkomaniya və zərərli vərdişlərə qarşı müzarizə” mövzusunda tədbir keçirilmişdir.

 Tədbirdə, Miqrasiya Sahəsinin İnkşafı İctimai Birliyinin sədir, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı iştirak etmişdir. Tələbələrlə keçirilmiş görüşdə narkomaniyanın dövlətə, cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun  törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır.

 Sonda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılmış, o cümlədən məktəbin müəllim heyətinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça təqdim edilmişdir.

/img/gallery/100x100/2022_12_07_16_18_26_5a7f.jpg
  1. Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..

  2. Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..

  3. Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..

  4. Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..

  5. Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..

Qazax rayonu yerli komissiya üzvləri ilə görüş keçirilib.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq  olaraq təbliğat və maarifləndirmə işlərinin dahada gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirləlin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə Qazax rayonunda görüş  təşkil olunub.

 Tədbirdə müvafiq dövr ərzində  qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılmış lazımi metodiki tövsiyələr və  köməkliklər göstərilmişdir.

 Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçalar həmçinin, elektron daşıyıcılarda təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2022_12_07_16_10_43_9fa8.jpg
  1. Qazax rayonu yerli komissiya üzvləri ilə görüş keçirili..

  2. Qazax rayonu yerli komissiya üzvləri ilə görüş keçirili..

  3. Qazax rayonu yerli komissiya üzvləri ilə görüş keçirili..

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyində təlim təşkil olunub

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyində təlim keçirilib.

 Təlimdə İşçi Qrupunun əməkdaşı çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

 Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2022_12_07_16_02_34_fb5c.JPG
  1. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndə..

  2. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndə..

  3. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndə..

  4. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndə..

  5. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndə..

  6. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndə..

Qax rayonu ərazisində 1500 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qum kəndi ərazisində yabanı halda bitmiş 3260 ədəd, ümumi çəkisi 1500 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_12_07_10_56_32_2348.png
  1. Qax rayonu ərazisində 1500 kiloqram yabanı halda bitmiş..

  2. Qax rayonu ərazisində 1500 kiloqram yabanı halda bitmiş..

Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzusunda sərgi keçirilib

  Dekabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının, partiyanın Xətai rayon təşkilatının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda sərgi keçirilib.

 Xətai Sənət Mərkəzində keçirilən tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə narkomaniyanın bəşəriyyət üçün böyük bəla olduğunu bildirib. Ölkəmizdə narkomaniyaya qarşı sistemli mübarizə aparıldığını deyən V.Rəhimzadənin fikrincə, bütövlükdə cəmiyyətimiz bu mübarizədə fəal iştirak etməlidir. Onun sözlərinə görə, bu sərginin təşkil olunması narkomaniyanın fəsadlarını xüsusilə gənclərə çatdırmaqdan ibarətdir. Diqqətə çatdırılıb ki, Xətai rayonu ərazisində fəaliyyət göstərən məktəblərin şagirdləri tərəfindən bu mövzuda 100-ə yaxın rəsm əsəri YAP Xətai rayon təşkilatına təqdim olunub. Onlardan 40 rəsm əsəri seçilərək sərgiyə çıxarılıb. V.Rəhimzadə bu tipli tədbirlərin davamlı olaraq keçirilməsinin zəruriliyini vurğulayıb.

  Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Onun sözlərinə görə, gənclərin bu kimi vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir. Elmli, bilikli gənclərin digər həmyaşıdlarının zərərli vərdişlərdən uzaqlaşmasında oynaya biləcəyi rol danılmazdır. Bu baxımdan, məktəblilərin bu sərgiyə təqdim etdiyi rəsm əsərləri maarifləndirici xarakter daşıyır.

 Daha sonra tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış ediblər. Bildirilib ki, narkomaniya insan həyatı, eləcə də bəşəriyyət üçün böyük fəsadlar yaradan ən ağrılı problemlərdən biridir. Qorxunc təhlükə olan narkomaniya heç bir sərhəd tanımır, qlobal xarakter daşıyır. Buna görə də bu bəlaya qarşı mübarizədə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində narkomaniya ilə mübarizədə ciddi uğurlar əldə olunub. Hazırda Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” yüksək səviyyədə icra edilir. Dövlət Proqramının icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planı çərçivəsində narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə bu istiqamətdə dəyirmi masaların, idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi davam edir. Rəsm sərginin keçirilməsi də bu səpkidə olan tədbirlər silsiləsindəndir. Tədbirin əsas məqsədi bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdən ibarətdir.

  Qeyd edək ki, tədbirin sonunda rəsm əsərlərinin müəllifi olan məktəblilərə sertifikatlar təqdim edilib.

/img/gallery/100x100/2022_12_07_10_31_46_cd63.jpg
  1. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  2. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  3. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  4. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  5. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  6. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  7. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  8. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  9. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  10. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  11. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  12. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  13. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..

  14. Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..