Qalereya

Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə treninq keçirilmişdir.

    Cari ilin 25 yanvar tarixində  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Nizami rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilib.

  Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı iştirak edərək təqdimat əsasında narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat verib.

  Sonda, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanan narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələrə dair kitabça və digər zəruri məlumatları özündə əks etdirən çap matiralları təqdim edilib.

/img/gallery/100x100/2023_01_25_15_43_03_10b4.jpg
  1. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  2. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  3. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  4. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında tədbirlər planı imzalanıb

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.

   Tədbirlər Planı çərçivəsində Penitensiar xidmətin əməkdaşları üçün müvafiq mövzuda təlimlərin keçirilməsi,cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS  və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat  materiallarının təqdim olunması nəzərdə tutulmuşdur.

/img/gallery/100x100/2023_01_25_09_48_45_0457.jpg
  1. Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi ..

Ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsilə bağlı 178 vətəndaş müraciəti əsasında cinayət işi açılıb.

 2022-ci il in yanvar-dekabr aylarında 802 qaynar xətt telefon zəng xidmətinə 2172 vətəndaş müraciəti daxil olub. Onların 272-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 821-i narkotik asılılıqdan müalicə, 1079-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

 Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1096 məktub ünvanlanıb. Nəticə olaraq 821 nəfər narkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumat əsasında 178 fakt üzrə cinayət işi açılıb, 56 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt təsdiqini tapmayıb, 18 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.

  Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1042-dən çox müraciət daxil olub. Onlardan 71-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 562-si könüllü müalicə, 509-u isə şifahi xarakterli müraciətlər ilə bağlı olub.

  “802 qaynar xətt” zəng xidmətinə müraciət edən narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

/img/gallery/100x100/2023_01_19_10_57_59_841b.png
  1. Ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəs..

Cari ilin dekabr ayı ərzində keçirilən tədbirlər.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə ötən ilin dekabr ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Dövlət Komissiyasının İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Qaradağ və Pirallahı rayon təşkilatlarının birgə təşəbbüsü ilə “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran təhlükə mənbəyidir” və “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib;
  • Eyni zamanda YAP Mərkəzi Aparatının və  Xətai rayon təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda sərgi təşkil edilmidir. Tədbirin sonunda rəsm əsərlərinin müəllifi olan məktəblilərə sertifikatlar təqdim edilmiş;
  • Təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədi ilə Qazax və Gədəbəy rayonlarında fəaliyyət göstərən komissiya üzvləri ilə görüş təşkil olunmuş, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax və Gədəbəy nümayəndəliklərində təlim keçirilmiş;
  • Şirvan, Lənkəran və Salyan şəhər/rayon icra hakimiyyətləri ilə birgə “Narkomanlığa qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur”, “Gələcəyimizi narkomaniyadan xilas edək!” və “Gələcəyimi mən özüm seçirəm” mövzularında  maarifləndirmə tədbirləri keçirilmiş;
  • Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə şöbə və bölmə rəisləri, hərbi hissələrin qərargah rəislərinin köməkçiləri və psixoloqları ilə keçirilən təlim-metodiki toplantıda “Psixoaktiv maddələrdən istifadənin risq amilləri” mövzusunda seminar təşkil edilmiş;
  • Müdafiə Nazirliyinin 2 N saylı hərbi hissəsində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə  maarifləndirmə tədbirləri keçirilmiş;
  • “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəssisləri üçün təlim təşkil edilmiş;
  • Səbail rayon İcra Hakimiyyəti ilə birgə  Azərbaycan Dövlət Pedaqoji Universitetində, Abşeron rayon İcra Hakimiyyəti ilə birgə 7 saylı tam orta məktəbdə, Sabunçu rayon İcra Hakimiyyəti ilə birgə 112 saylı tam orta məktəbdə, Turizm və Menecment Universitetinin tələbələri,Zəngilan rayon İcra Hakimiyyəti ilə birgə 9 və 36 nömrəli məktəbin şagirdləri üçün maarifləndirmə tədbirləri keçirilmiş;
  • Dövlət Proqramı”nın 4.4.23-cü və 4.4.24-cü bəndlərinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı çərçivəsində qeyri-hökumət təşkilatlarının əməkdaşlarına təlim keçirilib;
  • Gənclər arasında narkomaniya və narkomanlığa qarşı təbliğat işlərini gücləndirmək, gənclərin qarşılaşa biləcəkləri risklər barədə onları məlumatlandırmaq, onları bu bəladan müdafiə etmək və sağlam həyata motivasiyalarını daha da gücləndirmək məqsədilə “Gələcəyini düzgün qur” şüarı altında “Sabunçu Gənclər Evi”ndə forum təşkil edilmiş;
  •  “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi İşçi Qrupu ilə birlikdə Bakı Biznes və Kooperasiya Kollecində  “Narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmiş;
  • “Miqrasiya Sahəsinin İnkşafı”  İctimai Birliyi İşçi Qrupu ilə birlikdə  Odlar Yurdu Universitetində və Abşeron rayon 7 saylı tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə”  mövzusunda tədbir təşkil olunmuş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən dekabr ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

      Beləliklə,ötən ilin dekabr ayı ərzində ümumilikdə 24 tədbir, 18 maarifləndirmə tədbiri, şəhər/rayon komissiyaları ilə  2 dəyirmi masa, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində 2 təlim, 1 mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün və 1 qeyri-hökumət təşkilatlarının əməkdaşlarına təlim təşkil edilmişdir.

/img/gallery/100x100/2023_01_11_16_34_14_0ad5.jpg
  1. Cari ilin dekabr ayı ərzində keçirilən tədbirlər...

  2. Cari ilin dekabr ayı ərzində keçirilən tədbirlər...

  3. Cari ilin dekabr ayı ərzində keçirilən tədbirlər...

  4. Cari ilin dekabr ayı ərzində keçirilən tədbirlər...

  5. Cari ilin dekabr ayı ərzində keçirilən tədbirlər...

  6. Cari ilin dekabr ayı ərzində keçirilən tədbirlər...

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təlim-metodiki toplantı keçirilib

  Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə keçirilən təlim-metodiki toplantıda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri “Psixoaktiv maddələrdən istifadənin risq amilləri” mövzusunda təqdimatla çıxış etmişdir.

  Eyni zamanda, iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim olunub.

/img/gallery/100x100/2022_12_27_16_55_52_e655.jpg
  1. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təlim-m..

  2. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təlim-m..

2022-ci il üzrə statistik məlumat

2022-ci ilin yanvar-noyabr ayları

/img/gallery/100x100/2022_12_22_11_18_27_c75e.png
  1. 2022-ci il üzrə statistik məlumat..

“Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövzusunda tədbir

 Dekabrın 20-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmanda narkotik vasitələrlə və steroidlə mübarizəyə həsr olunmuş “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövzusunda tədbir keçirib.

 Tədbirdə AMADA ilə yanaşı, Gənclər və İdman Nazirliyinin, Daxili İşlər Nazirliyinin (DİN), Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə əvvəlcə AMADA-nın hazırladığı narkotik asılılığı olan şəxslərdən alınan müsahibələrdən ibarət videoçarx nümayiş olunub.

 AMADA-nın direktoru Şəfəq Hüseynli tədbirdə çıxış edərək həm narkotik, həm də steroid probleminin aktuallığını vurğulayıb, Agentliyin bu sahədə gördüyü işlərlə bağlı məlumat verib.

 Bildirib ki, Azərbaycan Prezidentinin 2020-ci il 22 dekabr tarixli Sərəncamı ilə AMADA-nın “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı qurumları siyahısına əlavə edilməsindən sonra bu istiqamətdə fəaliyyət daha da genişləndirilib. Təkcə bu il antinarkotik təbliğatı və maarifləndirmə məqsədilə idman federasiyaları, idmançılar və onların köməkçi heyəti üçün 174 maarifləndirmə seminarı keçirilib. Maarifləndirmə tədbirləri paytaxtla yanaşı, regionları da əhatə edib. Belə ki, Gənclər və İdman Nazirliyi və Elm və Təhsil nazirliyi ilə əməkdaşlıq çərçivəsində Yardımlı, Lerik, Cəlilabad, Masallı, Lənkəran, Astara, Gəncə, Şəmkir, Tovuz, Göygöl, Yevlax və Goranboy rayonlarında silsilə maarifləndirmə seminarları keçirilib. Hansı ki, bu tədbirlərdə 1300-dən artıq idmançı, məşqçi, həkim, və idman müəllimləri iştirak ediblər.

 Ş.Hüseynli bildirib ki, idmanda narkotik vasitələrdən və steroidlərdən istifadə dünyada da aktual problemdir. Belə ki, 2017-2022-ci illər ərzində qeydə alınan bütün dopinq istifadələrinin 63 faizi steroidlər və narkotiklərin istifadəsi ilə bağlıdır.

 Problemin Azərbaycan üçün nə qədər aktual olduğunu AMADA-nın fəaliyyəti dövründə aşkarladığı antidopinq qayda pozuntularının statistikası da göstərir. Belə ki, ölkədə aşkarlanan antidopinq qayda pozuntularının 43 faizi steroidlərin istifadəsi, 13 faizi isə narkotiklərin istifadəsi ilə bağlıdır.

 AMADA-nın direktoru Azərbaycanda bu sahədə vəziyyəti ətraflı təhlil etmək məqsədilə Agentlik tərəfindən genişmiqyaslı tədqiqat layihələrinin icra edildiyini vurğulayıb. Daha bir layihə isə bu il noyabrın 7-20-də keçirilib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının istifadəsinin asılılığı olan şəxslər arasında yayılmasının səviyyəsini və buna münasibətin təhlili üzrə Sorğu” layihəsi Respublika Narkoloji Mərkəzdə müalicə alan asılılığı olan 195 şəxsin iştirakı ilə təşkil olunub.

 Layihənin nəticələri barədə geniş təqdimatla çıxış edən Ş.Hüseynli bildirib ki, həmin nəticələr bu istiqamətdə fəaliyyəti daha da təkmilləşdirməyə, xüsusən maarifləndirmə tədbirlərində prioritetləri müəyyənləşdirməyə və narkotiklə mübarizə işini daha səmərəli təşkil etməyə imkan verir.

 Daha sonra tədbirdə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin seleksiya üzrə baş mütəxəssisi Selcan Qafarova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Nadir Məmmədov və Dövlət Gömrük Komitəsinin Hüquqpozmalara qarşı mübarizə şöbəsinin rəisi Toğrul Şahbazov çıxış ediblər.

 Sonda isə mövzu ilə bağlı jurnalistlərin sualları cavablandırılıb.

/img/gallery/100x100/2022_12_22_11_15_03_33ce.jpg
  1. “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövz..

  2. “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövz..

  3. “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövz..

  4. “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövz..

  5. “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövz..

  6. “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövz..

  7. “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövz..

  8. “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövz..

  9. “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövz..

  10. “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövz..

2022-ci ilin 11 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

  2022-ci ilin 11 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10281 cinayət faktı aşkarlanmışdır. Onlardan 3367-si narkotik vasitələrin qanunsuz satışı, 6425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 252 kq 377,662 qr və 36427 ədəd narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələrin    2 ton 076 kq 309,233 qr-nı heroin, 1 ton 955 kq 405,929 qr-nı marixuana, 281 kq 525,188 qr-nı tiryək, 28 kq 462,344 qr-nı həşiş, 260,95 qr-nı kokain, 146 kq 743,573 qr-nı və 36427 ədəd həb digər narkotik vasitə və 763 kq 670,445 qr və 2514 ədəd psixotrop maddə təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində  1 kq 819 qr güclü təsir edən maddə, 10 kq 037,6 zəhərli maddə, 70 qr prekursor, 80142 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

   Məsuliyyətə cəlb edilmiş 87 xarici ölkə vətəndaşından 41-i İran İslam Respublikası,    9-u Gürcüstan, 12-si Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 18-i Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə      1 ton 045 kq 484,880 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.

     2022-ci ilin 11 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 258 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 732 kq 789,349 qr və 36427 ədəd metadon, 2514 ədəd  kapsul, 1470 qr MDA və 110 ml müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılmışdır.

    Ümumilikdə, aşkar edilmiş cinayətlərin 363-ü qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 060 kq 652,194 qr və 9548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

     Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 532,683 hektar sahədən çəkisi 172 ton 753 kq 608,85 qr olan 381 528 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

     Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin         05-06 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402  kiloqram müxtəlif növ narkotik vasitə, 215 kq psixotrop maddə və onların prekursorları və 28697 ədəd çətənə bitkisinin  məhv edilməsi prosesi həyata keçirilmişdir.

    Təhlil göstərir ki, 2021-ci ilin 11 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 2186, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 301, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1872, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 19 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 36 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1873 nəfər artmışdır.

    Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 861 kq  969,079 qr,  qrup halında olan cinayətlərin sayı 32 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı   6 fakt azalmışdır.

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı     34602 nəfər təşkil etmişdir. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

    Hesabat dövründə 731 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur, bunların 715-i Azərbaycan vətəndaşıdır. Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10101 nəfər qeydiyyata götürülmüşdür (9772-si Azərbaycan vətəndaşı,          329-u əcnəbi). İİV-ə yoluxanların 10101 nəfərin 7195-i kişi, 2906-sı qadındır. Onlardan 3556-sı İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2499 nəfəri hazırda dispanser qeydiyyatındadır.

    Qanunsuz dövriyyədən götürülmüş 5 ton 252 kq 377,662 qr narkotik vasitə və psixotrop maddə ümumilikdə dəyəri 182 milyon 478 000 AZN  (107 milyon  340 000 ABŞ dolları) kimi qiymətləndirilir.

     2022-ci ilin 11 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 790 İİV-li pasiyentdən 96 nəfəri inyeksion narkotik istifadəçisi olmuşdur.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

   Cari ilin 11 ayı ərzində maarifləndirmə tədbirləri çərçivəsində ümumilikdə 232 tədbir (şəhər,rayon komissiyaları ilə 57 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 98 təhsil müəssisəsində maarifləndirmə tədbiri, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 47 təlim, 7 kütləvi-mədəni tədbir, mədəniyyət müəssisələrinin mütəxəssisləri  üçün 1 təlim,  idman növü üzrə 4 turnir  və 4 fləşmob) təşkil edilmişdir.

     Cari ilin yanvar-noyabr ayları ərzində  “802”  qaynar xətt  telefon zəng  xidmətinə 2009 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 252-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 776-sı narkotik asılılıqdan müalicə, 981-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur.

     Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1028 məktub ünvanlanmış və nəticə olaraq 776 nəfər narkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumatlar əsasında 187 fakt üzrə cinayət işi açılmış, 50 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt öz təsdiqini tapmamış, 15 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.

     Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1071 vətəndaş müraciəti çox daxil olmuşdur. Onlardan 63-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 502-si könüllü müalicə, 506-sı isə sifahi xarakterli müraciətlər ilə bağlı olmuşdur.

   “802 qaynar xətt” zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

/img/gallery/100x100/
  1. 2022-ci ilin 11 ayı ərzində ölkə üzrə narkotik vasitələ..

Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim keçirildi

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nınicrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilmişdir.

  Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

/img/gallery/100x100/2022_12_20_10_35_41_243f.jpg
  1. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim k..

  2. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim k..

  3. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim k..

  4. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim k..

  5. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim k..

Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil edildi.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin akt zalında “Gələcəyimi mən özüm seçirəm” adlı maarifləndirici tədbir keçirilib.

 Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı, rayon komissiyasının üzvləri, rayon ictimaiyyət nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər.

 Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır. 

 Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2022_12_20_10_04_43_9fd5.JPG
  1. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  2. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  3. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  4. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  5. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  6. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  7. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

“Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Salyanda tədbir keçirilib

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon 2 saylı məktəbin akt zalında ““Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, rayon ictimaiyyət nümayəndələri, Ağsaqqlar Şurasının üzvləri, rayon fəalları, müəllim, tələbə və şagirdlər iştirak ediblər.

  320 nəfərdən artıq şəxsin toplaşdığı tədbirdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, gənclərin asudə vaxtın səmərəli təşkil olunması məsələsinə toxunulmuş, o cümlədən iştirakçıları maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır. 

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2022_12_20_08_48_59_b8b4.jpg
  1. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  2. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  3. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  4. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  5. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  6. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  7. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  8. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  9. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  10. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  11. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir.

    Cari ilin dekabr ayının 16-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi ilə birlikdə Bakı Biznes və Kooperasiya Kollecində  “Narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. 

  Tədbirdə, Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Dini Qurumlar üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişdir. Tələbələrlə keçirilmiş görüşdə, narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, tələbələri maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır. 

   Sonda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılmış, o cümlədən məktəbin müəllim heyətinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr təqdim edilmişdir.

/img/gallery/100x100/2022_12_19_14_11_59_0721.jpg
  1. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  2. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  3. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  4. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  5. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  6. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  7. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..