Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə antinarkotik təbliğat istiqamətində Sabunçu rayonu Zabrat qəsəbəsi 81 nömrəli tam orta məktəbin akt zalında "Bizsağlam gələcəyi seçirik" mövzusunda Zəngilan rayon 9 və 36 nömrəli məktəbin yuxarı sinif şagirdləriilə məlumatlandırma xarakterli görüş keçirildi.
Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.
Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnal formasında nəşr edilmişdır.
Qeyd olunan hesabatda 2022-ci il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, o cümlədən təşkilati tədbirlər, normativ hüquqi bazanın təkmilləşdirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönələn tədbirlər, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlar, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, həmçinin qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapmışdır.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnal formasında nəşr edilmişdır.
Qeyd olunan hesabatda 2022-ci il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, o cümlədən təşkilati tədbirlər, normativ hüquqi bazanın təkmilləşdirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönələn tədbirlər, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlar, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, həmçinin qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapmışdır.
Сari ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə2035 cinayət faktı aşkarlanmışdır. Onlardan 659-u narkotik vasitələrin qanunsuz satışı, 1350-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması,9-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 17-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirəolunmuş 1 ton 351 kq 705,29 qr narkotik vasitələrin və psixotrop maddələrin 434 kq 333,824 qr-nı heroin, 804 kq 697,085 qr-nı marixuana, 21 kq 358,739 qr-nı tiryək, 32 kq 372,849 qr-nı həşiş, 58 kq 357,343 qr-nı psixotrop maddələr, 585,45 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 33 ədəd çətənə bitkisi, eləcə də 194,4 qr və 1540 ədəd kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1194 nəfə cəlb edilmişdir, onlardan 20 nəfəri xarici olkə vətəndaşları olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş 20 nəfər xarici ölkə vətəndaşından 10-u İran İslam Respublikası, 6-sı Türkiyə, 2-si Rusiya Federasiyası, 2-si Gürcüstan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 32 kq 459,853 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 50 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 520 kq 551,788 qr və 18403ədəd həb metadon narkotik vasitələr və1540 ədəd kapsul güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 48-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 230 kq 209,1 qr və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. 384 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 249 kq 728,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
2023-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 351 kq 705,29 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 54 milyon 292 min AZN (31 milyon 936 min ABŞ dolları) kimi qiymətləndirilir.
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 12904 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 394 nəfərindən 241-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2023-cü ilin yanvar-fevral ayları ərzində1041nəfər yeni qeydiyyata götürülmüşdür. Həmin şəxslərdən 499 nəfəri dispanser, 542 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 26 nəfəri qadındır. 1035 nəfər isə qeydiyyatdan çıxarılmışdır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 2 ay ərzində İİV-ə 223 nəfər yoluxmuşdur. Onlardan 212 nəfəri Azərbaycan vətəndaşları, 11 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 16 nəfəri (7,5 %-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.
2023-cü ilin yanvar-fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 205 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 40-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 100-ü narkotik asılılıqdan müalicə, 65-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 140 məktub ünvanlanmışdır.
Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə martın 14-də “Sağlam gənclik naminə ağ ölümə yox deyək!” devizi altında qaçış idman növü üzrə marafon keçirilib.
Marafonun keçirilməsində məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaqdır.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Mərkəzi Aparatının Gender bərabərliyi və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev çıxış edərək bildiriblər ki, narkomaniya ilə mübarizə daim diqqət mərkəzindədir, bu sahədə dövlət proqramları qəbul edilib, müxtəlif layihələr həyata keçirilib. Bu tədbirin də əsas hədəfi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdir.
Qeyd edək ki, marofona Heydər Əliyev sarayının qarşısından start verilib. Marafonda 100 gənc iştirak edib. İştirakçılara və paytaxt sakinlərinə narkomaniya ilə mübarizənin təbliği məqsədilə bukletlər təqdim olunub.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədov tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə, o cümlədən antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunmasına dair Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planı təsdiq edilmiş və aidiyyəti üzrə icraya yönəldilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri məktəbliləri arasında “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” adlı rəsm müsabiqəsinin qalibləri ilə cari ilin mart ayının 10-da görüş keçirilmişdir.
Şagirdlər arasında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual və rəsm müsabiqəsinin iştirakçılarına Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hazırlanmış diplomlar verilmişdir.Təltif edilmə prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhər üzrə Narkoloji Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə 23-24 fevral tarixlərində Bakı şəhəri məktəbliləri arasında “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” adlı rəsmi müsabiqəsi keçirilmişdir.
Bakı şəhəri məktəbliləri tərəfindən hazırlanmış rəsm müsabiqəsi üzrə 1-ci, 2-ci və 3-cü yerlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhər üzrə Narkoloji Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Fevralın28-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə ötən il ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetində Komissiyanın növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsinə dair 2022-ci ildə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir. Eyni zamanda ölkədə insanların sağlamlığının qorunması, mənəvi-əxlaqi dəyərlərin aşınmasının qarşısının alınması zərurəti narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini ciddi şəkildə artırmışdır. Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi sayəsində sözügedən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülmüşdür.
Hüquq-mühafizə orqanları tərəfindən 2022-ci il ərzində 10640 fakt üzrə 5 ton 470 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 861 kiloqramının ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 8677 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 99 nəfərinin xarici ölkə vətəndaşı olması, narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayının 35097 nəfər təşkil etməsi barədə məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Komissiyanın iclasında daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, baş prokurorun birinci müavini Elçin Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Firuz Şirinzadə, səhiyyə nazirinin müavini Nadir Zeynalov, gənclər və idman nazirinin müavini xanım İndira Hacıyeva təmsil etdikləri qurumlar tərəfindən bu sahədə aparılan mübarizə tədbirləri, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə çıxış edərək ətraflı məlumat veriblər.
İclasda son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi faktlarının, 2021-ci illə müqayisədə bəzi şəhər və rayonlarda narkotik vasitəsəlrdən istifadə ilə bağlı göstəricilərin artmasından narahatlıq ifadə edilib. Bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və maarifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən kompleks şəkildə təşkil edilməklə daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Sonda qarşıda duran vəzifələrin icrası, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində fəaliyyətlərin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji müalicə müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, təbliğat və maarifləndirmə işlərinin təsirli vasitələrlə təşkili, narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, qeyri-hökumət təşkilatları ilə birlikdə sosial və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsi və digər zəruri tədbirlərin icra edilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 17 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunmuşdur.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları paylanılıb.
"Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..
2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..
2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..
ukiyu..
2023-cü il üzrə statistik məlumat..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
“Sağlam gənclik naminə ağ ölümə yox deyək!”..
Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planı təsdiq ..
Rəsm müsabiqəsi ilə əlaqədar növbəti tədbir keçirilmişd..
Bakı şəhəri üzrə ümumtəhsil məktəbliləri arasında rəsm ..
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..
17 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..