
Cari ilin 10 iyul tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Sumqayıt şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Sumqayıt şəhərində narkomaniyaya qarşı mübarizə sahəsində işlərin təhlili” mövzusunda tədbir təşkil olunmuşdur.
Əvvəlcə, tədbir iştirakçılarının diqqətinə “Ampula” adlı qısa metrajlı filimin nümayişi təqdim olunmuşdur.
Tədbirdə, Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun məsul nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Səhiyyə Nazirliyinin Respublika Narkoloju Mərkəzinin klinik-psixoloqu, Abşeron-Xızı Regional Təhsil, Mədəniyyət, Gənclər və İdman İdarələrinin nümayəndələri, şəhər prokurorunun müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şəhər üzrə şöbənin müdiri, Narkoloju Dispanserin həkim-narkoloqu, Ağsaqqallar və Veteranlar şurasının sədrləri, “Cümə məscidinin imamı, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini, ümumitəhsil məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, həmçinin yeniyetmə və gənclər iştirak etmişlər.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, antinarkotik təbliğatın müasir dövrün tələblərinə uyğunlaşdırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, yeniyetmə və gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Hacıqabul, Salyan, Neftçla rayon komissiyalarının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 104 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 61 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Araliki kəndi ərazisində 2142 ədəd, ümumi çəkisi 842 kq, Yuxarı Qəsil kəndi ərazisində 2422 ədəd, ümumi çəkisi 982 kq, Mürsəl kəndi ərazisində 3986 ədəd, ümumi çəkisi 1392 kq və Qarasuqumlaq kəndi ərazisində 2783 ədəd, ümumi çəkisi 993 kq, ümümilikdə 11333 ədəd və cəmi çəkisi 4 ton 209 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Zəngilan rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq birgə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Şayıflı kəndi ərazisində 2600 ədəd, ümumi çəkisi 1700 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə ilə cari ilin 20 və 26 iyun tarixlərində “Bakcell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və bilrikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt:802) göndərilib.
SMS-lər mərhələli qaydada 6 gün ərzində təqribən 2127390 abunəçiyə ünvanlanıb.
26 iyun “Ümumdünya Narkotiklər Əleyinə Mübarizə Günü” ilə əlaqədar cari ilin 24 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Binəqədi rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclər evində tədbir təşkil olunmuşdur.
Tədbirdə, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşları iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
İyunun 25-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq Göygöl rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Daha sonra Heydər Əliyev Mərkəzi ziyarət edilib.
Göygöl Gənclər Evində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Kəmalə İbrahimova, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin qərb bölgəsi üzrə müxbiri Xaliq Qurbanov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov və Vətən müharibəsi qazisi Faiq Bayramov çıxış ediblər.
Çıxış edənlər xalqımızın Silahlı Qüvvələr Gününü böyük coşqu və qürur hissi ilə qeyd etdiyini bildiriblər. Vurğulayıblar ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Bu gün Ordumuz müharibə dövründəki ordudan daha güclü, daha qüvvətlidir və qarşısında dayanan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadir və hazırdır.
Çıxışlarda narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğu bildirilib. Vurğulanıb ki, narkomaniya insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na əsasən maarifləndirmə işləri də davamlı olaraq həyata keçirilir.
Tədbir interaktiv formada davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə ilə carı ilin 21 və 25 iyun tarixlərində “Azercell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və bilrikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt:802) göndərilib.
SMS-lər mərhələli qaydada 4 gün ərzində təqribən 5 milyon 600 minə yaxın abunəçiyə ünvanlanıb.
Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Kötüklü kəndi ərazisində 6422 ədəd, ümumi çəkisi 2954 kq, Fıstıqlı kəndi ərazisində 8775 ədəd, ümumi çəkisi 1816 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun ərazisində yerləşən 1 nömrəli tam orta məktəbdən 200 metr məsafədə, 30 sot ərazini əhatə edən sahədə 411 ədəd, ümumi çəkisi 221 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun ərazisində yerləşən yaşayış evlərindən 50 metr məsafədə, 40 sot ərazini əhatə edən sahədə 423 ədəd, ümumi çəkisi 237 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Sumqayıt şəhərində tədbir keçirilmişdir...
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Ağdaş rayonu ərazisində 4 ton 209 kiloqram yabanı halda..
Zəngilan rayonu ərazisində 1700 kiloqram yabanı halda b..
Narkotiklərin ziyanı ilə bağlı abunəçilərə SMS-bildiriş..
26 iyun “ Ümumdünya Narkotiklər Əleyinə Mübarizə Günü”..
“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyya..
“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-..
Qax rayonu ərazisində 4 ton 770 kiloqram yabanı halda b..
Xocalı rayonu ərazisində 221 kiloqram yabanı halda bitm..
Xocalı rayonu ərazisində 237 kiloqram yabanı halda bitm..