Qalereya

"Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirildi

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində"Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə məlumatlandırma  xarakterli görüş keçirildi.

 Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_05_04_15_25_33_7f14.JPG
  1. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  2. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  3. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  4. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  5. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  6. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  7. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  8. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  9. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 kiloqram narkotik vasitə məhv edilib

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 26 aprel tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 kq kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

  Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.

  Ümumilikdə 1964  məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş  2 ton 568 kq 614,733 qr heroin, 1 ton 404 kq 411,584 qr marixuana, 228 kq 669,39 qr tiryək, 71 kq 818,847 qr  həşiş, 519,114 qr kokain və 75802 ədəd həb metadon, 372 kq 265,438 qr və 5142 ədəd psixotrop maddə, o cümlədən 39031 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

 

 

/img/gallery/100x100/2023_05_01_14_12_21_7806.png
  1. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 k..

  2. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 k..

  3. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 k..

Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Nərimanov  rayon İcra Hakimiyyəti ilə  birgə 34  saylı tam orta məktəbdə  “Sağlam gələcəyimiz naminə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Dillər Universitetinin psixologiya kafedirasının və rayon Polis şöbəsinin  məsul əməkdaşları iştirak etmişdir.

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_04_20_16_05_29_8318.jpg
  1. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  2. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  3. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  4. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  5. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  6. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Narkotikə yox de” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə rayon polis şöbəsinin rəis müavini, İcra Hakimiyyətinin şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzin  məsul əməkdaşları iştirak etmişdir.

Tədbirdə iştirak edənlər çıxış edərək narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar vermişdir.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_04_20_15_58_53_d7b7.JPG
  1. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  2. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  3. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  4. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  5. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  6. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  7. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  8. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

"Sən daha güclüsən" narkotik vasitələrə və onlardan istifadəyə qarşı məlumatlandırma təlim proqramı təşkil edilib

Cari ilin 14 aprel tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Sən daha güclüsən"- narkotik vasitələrə və onlardan istifadəyə qarşı məlumatlandırma təlim proqramının təşkil edilib.

Açılış mərasimində gənclər və idman nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini,  eyni zamanda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzin əməkdaşları  iştirak ediblər. Layihə çərçivəsində keçirilən təlimdə layihənin önəmi və davamlılığı istiqamətində fikir mübadiləsi aparılıb. Təlim sessiyasında ekspertlər iştirakçıların suallarını cavablandırıb və onlarla praktiki təcrübələrini bölüşüblər.

/img/gallery/100x100/2023_04_20_15_33_29_96a9.jpg
  1. "Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..

  2. "Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..

  3. "Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..

  4. "Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..

  5. "Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..

2023-cü il üzrə iş planı

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üçün İş planı 

/img/gallery/100x100/
  1. 2023-cü il üzrə iş planı..

Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 257 saylı tam orta məktəbdə "Narkomaniya ilə mübarizə hər birimizin sağlam gələcəyidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

  Tədbirdə rayon İcra Hakimiyyətinin şöbə müdiri və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı iştirak etmişdir.

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.

   Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

 

 

/img/gallery/100x100/2023_04_18_15_03_38_78e8.jpg
  1. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

  2. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

  3. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

  4. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

  5. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

  6. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə təlim keçirilmişdir

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.9-cu bəndinə müvafiq olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə penitensiar müəssisələrin əməkdaşları üçün təlim keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları çıxış edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumatlar verilmiş və bəzi suallara aydınlıq gətirilmişdir.

 

/img/gallery/100x100/2023_04_18_12_36_04_d3fa.JPG
  1. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  2. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  3. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  4. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  5. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  6. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  7. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

Masallı rayonunda maarifləndirmə tədbirləri davam etdirilir.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Masallı rayon İcra Hakimiyyəti ilə  birgə  Dəfinə  məktəb-liseyində  “ Narkotiklərə yox – sağlam həyat ” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı iştirak etmişdir.

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

 

/img/gallery/100x100/2023_04_17_10_04_03_2e3a.jpg
  1. Masallı rayonunda maarifləndirmə tədbirləri davam etdir..

  2. Masallı rayonunda maarifləndirmə tədbirləri davam etdir..

  3. Masallı rayonunda maarifləndirmə tədbirləri davam etdir..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat

Сari ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilik 3173 cinayət faktı aşkarlanmışdır. Onlardan 1048-i narkotik vasitələrin qanunsuz satışı, 2087-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 17-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş  2 ton 011 kq 394,952 qr narkotik vasitələrin və psixotrop maddələrin 575 kq 997,924 qr-nı heroin, 1 ton 221 kq 854,206 qr-nı marixuana, 67 kq 073,092 qr-nı tiryək, 42 kq 555,635 qr-nı həşiş,102 kq 936,745 qr-nı psixotrop maddələr, 977,35 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 252 ədəd çətənə bitkisi, eləcə də 477,668 qr, 1540 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə  qanunsuz  dövriyyədən götürülmüşdür.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1972 nəfər cəlb edilmişdir ki, onlardan 18-25 yaşadək 114 nəfər, 26-29 yaşadək 334 nəfər, 30 yaş və ondan yuxarı isə 1524 nəfər təşkil edir. Həmin şəxslərdən 1934-ü kişi, 38-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.

Cinayət məsuliyyətinə cəlb edilmiş 31 nəfər xarici ölkə vətəndaşından 14-ü İran İslam Respublikası, 9-u Türkiyə, 5-i Rusiya Federasiyası, 3-ü Gürcüstan vətəndaşı olmuşdur.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 76 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 741 kq 185,912 qr və 18403 ədəd həb metadon narkotik vasitələr və 1540 ədəd kapsul, 473 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 64-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 413 kq 844,2 qr və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. 627 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 368 kq 197,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

2023-cü ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 2 ton 011 kq 394,952 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 66 milyon 547 min 143 AZN kimi qiymətləndirilir.

Təhlil göstərir ki, 2022-ci ilin I rübü ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 378, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 38, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 339, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı  1 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 22 fakt, qrup halında olan cinayətlərin sayı 1 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 240 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 130 kq 919,26 qr artmışdır.

Cari ilin müvafiq dövri ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 19832 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 581 nəfərindən 347-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 3 ay ərzində İİV-ə 346 nəfər yoluxmuşdur. Onlardan 329 nəfəri Azərbaycan vətəndaşları, 17 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 25 nəfəri (7,6 %-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.

2023-cü ilin yanvar-mart ayları ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 295 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 45-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 144-ü narkotik asılılıqdan müalicə, 106-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 189 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt telefon zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının

daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2023_04_15_12_12_36_365d.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda təşkil edildi

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-narkomaniya”  ictimai birliyinin birgə təşkilatçılığı ilə “Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəni stimullaşdırmaq məqsədi ilə maarifləndirmə  kampaniyasının aparılması” layihəsi çərçivəsində cari ilin 12 aprel tarixində Masallı rayon 4 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri təşkil edilmişdir.

  Tədbirdə “Gənclərin Anti-narkomaniya”  ictimai birliyinin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edərək, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilmişdir.

  Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_04_15_11_56_10_0b40.jpg
  1. Layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda tə..

  2. Layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda tə..

  3. Layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda tə..

  4. Layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda tə..

  5. Layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda tə..

  6. Layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda tə..

  7. Layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda tə..

  8. Layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda tə..

  9. Layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda tə..

Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövzusunda tədbir keçirilib

Aprelin 14-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının, partiyanın Quba rayon təşkilatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə interaktiv təlim keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Quba şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə YAP-ın Quba-Xaçmaz iqtisadi zonası üzrə rayon təşkilatlarının üzvü olan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri Tariyel İbrahimov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Röya Bənənyarlı müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, müasir Azərbaycan ailəsinin qarşılıqlı hörmət, sağlam təməllər üzərində qurulmasının əsas səbəblərindən biri də tarixin süzgəcindən keçmiş ailə dəyərlərinin yaşadılması və nəsildən-nəslə ötürülməsidir. Ailə sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitədir. Sağlam ailə mühitində tərbiyə alaraq böyüyən gənclər isə xalqımızın milli sərvəti, ölkəmizin gələcəyidir. Məhz bu baxımdan milli-mənəvi dəyərlərimizə zidd olan narkomaniyaya qarşı mübarizədə hər kəs səfərbər olmalı, zərərli və yad meyillərin qarşısının alınması istiqamətində əlindən gələni əsirgəməməlidir.

 Tədbir interaktiv formada davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, zərərli vərdişlərin mənfi təsiri barədə geniş məlumat verilib.

Tədbir zamanı iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər (“Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və.s) paylanılıb.

/img/gallery/100x100/2023_04_15_11_37_30_988d.jpg
  1. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  2. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  3. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  4. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  5. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  6. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  7. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  8. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  9. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  10. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  11. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  12. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..

  13. Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövz..