Qalereya

“Sağlam gələcək, xoşbəxt cəmiyyət”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq sentyabrın 19-da İsmayıllı rayonunda “Sağlam gələcək, xoşbəxt cəmiyyət” mövzusunda tədbir keçirilib.

Əvvəlcə İsmayıllı şəhərində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Sarayında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Eyyub Musayev, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri, hüquq şöbəsinin müdiri Pakizə Abbasova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.

Çıxış edənlər narkomaniya ilə mübarizədə maarifləndirmənin əhəmiyyətli olduğunu bildirib, yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat işlərinin önəmindən bəhs ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından böyük önəm daşıyır. Qeyd olunub ki, sağlam cəmiyyət naminə zərərli vərdişlərə qarşı mübarizə hər zaman aktualdır. Müasir dövrdə isə gəncləri zərərli vərdişlərdən qorumaq mühüm çağırışdır. Gənclər daha çox bilik qazanmağa, sağlam həyat tərzinə üstünlük verməli, eyni zamanda, narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər.

Diqqətə çatdırılıb ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması onların zərərli vərdişlərdən çəkinməsində vacib faktordur. Qeyd olunub ki, bu gün müasir müstəqil Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində gənclər cəmiyyət həyatının bütün sahələrində, o cümlədən ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Dövlətimizin başçısı gənclərin hərtərəfli inkişafı, onların sağlam ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyəsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Sevindirici haldır ki, Azərbaycan gəncləri 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirlərində şanlı ordumuzun sıralarında yüksək vətənpərvərlik, şücaət və qəhrəmanlıq göstəriblər.

İnteraktiv formada davam etdirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

/img/gallery/100x100/2024_09_20_11_45_27_c39b.jpg
  1. “Sağlam gələcək, xoşbəxt cəmiyyət”..

  2. “Sağlam gələcək, xoşbəxt cəmiyyət”..

  3. “Sağlam gələcək, xoşbəxt cəmiyyət”..

  4. “Sağlam gələcək, xoşbəxt cəmiyyət”..

  5. “Sağlam gələcək, xoşbəxt cəmiyyət”..

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Carı ilin 18 sentyabr tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.

Tədbirlərdə Komissiyanın İşçi Qrupu əməkdaşı, Səhiyyə Nazirliyi Bakı şəhəri üzrə Narkolojı Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərəknarkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı barədə zəruri məlumatlar verilib.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça  və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_09_19_15_09_29_5460.jpg
  1. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

  2. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

  3. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

  4. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Yasamal rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 106 məhkəmə hökmü  və qərar üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop və  güclü təsir edən maddələrin  yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

 Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2024_09_19_15_04_51_55b3.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

 Cari ilin 19 senteyabır Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Bakı şəhəri, Nizami rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 43 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

 Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2024_09_19_14_36_42_8460.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-avqust aylarının yekununa dair məlumat

2024-cü ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.    

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7170 cinayət faktı aşkarlanmışdır. Onlardan 2228-i narkotik vasitələrin qanunsuz satışı, 4736-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 202-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 4-ü isə digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin 471 kq 204,959 qr-nı heroin, 4 ton 178 kq 838,75 qr-nı marixuana, 127 kq 993,641 qr-nı tiryək, 30 kq 959,401 qr-nı həşiş, 164 kq 202,097 qr-nı psixotrop maddələr, 119 kq 669,9 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 14768 ədəd metadon, 12621 ədəd çətənə kolu, 44 qr və 240 ədəd güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1265 hektar sahədən 2.691.539 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 120 milyon 733 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5040 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 367 nəfər, 26-29 yaşadək 802 nəfər, 30 yaş və ondan yuxarı isə 3870 nəfər təşkil edir. Həmin şəxslərdən 4881-i kişi, 159-u qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 45 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 45 xarici ölkə vətəndaşından ümumilikdə 110 kq 016 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 176 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi  1 ton 697 kq 218,848 qr narkotik vasitə və psixotrop maddə, 14768 ədəd metadon həbi, 1710 ədəd və 44 qr güclü təsir edən maddə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 224-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 632 kq 187,911 qr narkotik vasitə, psixotrop maddə və 85 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 2092 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 512 kq 792,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövri ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 428, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 431, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 58, digər növ cinayət faktların sayı 26, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 15 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 711 kq 689,764 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 681 nəfər azalmışdır.    

Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 87 fakt, qrup halında olan cinayətlərin sayı isə 19 fakt artmışdır.

2023-cü ilin 8 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çxarılmış güclü təsirə malik  narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 251 kq 481,495 qr (72,7%), tiryəkin çəkisi 108 kq 911,72 qr (46%), həşişin çəkisi 20 kq 029,443 qr (39,3%), psixotrop maddələrin  çəkisi 154 kq 539,312 qr (48,5%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 178 kq 838,75 qr-nı (82%) marixuana təşkil etmişdir. Onun da 3 ton 631 kq-ı (86,9%) xarici ölkə mənşəli olmuş, 547 kq-ı (13,1%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60189 ədəd həb metadon, 58773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsiredici maddə, eyni zamanda cari ilin 22 iyul tarixində Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kq 293,151 qr müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilmişdir.

Həmçinin 31 şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş 1208 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 25 kq 614,781 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 226 ədəd çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilmişdir.Göstərilən dövr ərzində prosesə nəzarətin gücləndirilməsi nəticəsində bəzi şəhər və rayonlarda məhkəmə hökmü olmadan 17 cinayət işi üzrə maddi sübutların məhv edilməsinin, eyni zamanda 9 hökm üzrə külli miqdarda müxtəlif növ narkotik vasitələrin məhv olunması hallarının qarşısı alınmışdır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 57406 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1913 nəfərdən 1244 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 340, QİÇS-lə Mübarizə Mərkəzində 402, Sumqayıt Narkoloji Mərkəzində 152  nəfər) 894 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin avqust ayın sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan Azərbaycan vətəndaşları arasında 52 nəfəri (5,9%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.

Cari ilin yanvar-avqust ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1280 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 105-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 92-sı narkotik asılılıqdan müalicə, 1083-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 197 məktub ünvanlanmışdır.   

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 106 tədbir (55 maarifləndirici və təşkilati tədbir, 40 təlim, 6 sosial layihə, 1 marafon və televiziya kanalında 4 verilişdə iştirak) təşkil edilmişdir.

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2024_09_16_11_24_38_b489.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri təşkil edilib.

 Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, 6 gün ərzində Lənkəran şəhərinin 15 kəndi üzrə 600 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.  

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimlərdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bununla yanaşı gənclər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi, süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri tanış olub, daha sonra praktiki şəkildə “CV” yazılma qaydası öyrəniblər.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

 

/img/gallery/100x100/2024_09_16_11_07_43_41bc.jpg
  1. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  2. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  3. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  4. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  5. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  6. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  7. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  8. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

Abşeron rayonunda növbəti təlim təşkil olunub.

 Abşeron rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Abşeron rayon  Heydər Əliyev Mərkəzində “Orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda cari ilin 11 sentyabr tarixində təlim keçirilib.

 Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva,  Abşeron rayonunun orta ümumtəhsil məktəblərinin müəllim və məktəb psixoloqları, sinif rəhbərləri, habelə Abşeron RİH könülləri olmaqla, ümumilikdə 200 nəfərdən çox şəxs iştirak etmişdir.

 Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxışında Azərbaycan Respublikasında narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli istiqamətində kompleks mübarizənin aparıldığını qeyd edib.

 Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin psixoloqu, asılılıq üzrə mütəxəssis, psixoterapevt Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva və Abşeron rayonunun Digah kənd məktəbinin psixoloqu Vüsalə Səfərova çıxış edərək, narkomaniyaya qarşı mübarizə üsullarından, narkotik asılılığa dair biliklərin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həmin maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi qaydada izahat işlərinin aparılması, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış   zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_09_12_09_57_48_ee8f.jpg
  1. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  2. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  3. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  4. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  5. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  6. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  7. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda təlim keçirilib

 Abşeron rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Abşeron rayon  Heydər Əliyev Mərkəzində “Orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda cari ilin 10-11 sentyabr tarixlərində təlimlər keçirilib.

 Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva, Abşeron rayonunun orta ümumtəhsil məktəblərinin müəllim və məktəb psixoloqları, sinif rəhbərləri, habelə Abşeron RİH könülləri olmaqla, ümumilikdə 200 nəfər şəxs iştirak etmişdir.

 Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxışında Azərbaycan Respublikasında narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli istiqamətində kompleks mübarizənin aparıldığını qeyd edib.

 Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin psixoloqu, asılılıq üzrə mütəxəssis, psixoterapevt Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva və Abşeron rayonunun Digah kənd məktəbinin psixoloqu Vüsalə Səfərova çıxış edərək, narkomaniyaya qarşı mübarizə üsullarından, narkotik asılılığa dair biliklərin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həmin maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi qaydada izahat işlərinin aparılması, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_09_11_16_13_46_3a24.jpg
  1. Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..

  2. Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..

  3. Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..

  4. Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..

  5. Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..

Lənkəran gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı təlim keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilmişdir.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavininin təqdimatı ilə keçirilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Bununla yanaşı gənclər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi, süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri tanış olub, daha sonra praktiki şəkildə “CV” yazılma qaydası öyrəniblər.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

/img/gallery/100x100/2024_09_09_15_50_28_de73.jpg
  1. Lənkəran gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı ..

SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib

SOCAR-da narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi, strateji əhəmiyyətə malik neft-qaz sənayesi obyektlərinin mühafizəsini təmin edən təhlükəsizlik xidməti əməkdaşlarını, eləcə də SOCAR-ın digər struktur bölmələrindən qatılan iştirakçıları narkomaniyanın fəsadları barədə maarifləndirmək olub. Tədbirdə SOCAR əməkdaşları ilə yanaşı, aidiyyəti podratçı şirkətlərin, həmçinin narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan dövlət qurumlarının nümayəndələri iştirak edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov çıxış edərək dövlətimizin narkomaniya ilə mübarizə sahəsində atdığı mühüm addımlar və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İşçi Qrupun baş məsləhətçisi Şahin İsmayılov isə bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha səmərəli aparılması, bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiyasının gücləndirilməsi, maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsi, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə müxtəlif vaxtlarda 4 dövlət proqramı qəbul edilib və uğurla icra olunub.

Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov narkomaniyanın cəmiyyətə və insan sağlamlığına təsirləri, bu problemin aradan qaldırılması üçün həyata keçirilən müalicə və reabilitasiya proqramları barədə danışıb. O, həmçinin narkotik maddələrdən asılılığın aradan qaldırılması üçün vaxtında tədbir görməyin əhəmiyyətini vurğulayıb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Nadir Məmmədov çıxışında sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin satışının genişlənməsinə diqqət çəkib. O, xarici ölkə vətəndaşlarının sosial şəbəkələr vasitəsilə Azərbaycan vətəndaşları ilə əlaqə quraraq onlardan narkotik vasitələrin satışında "kuryer" kimi istifadə etdiklərini bildirib. Nadir Məmmədov tədbir iştirakçılarına, tanımadıqları xarici ölkə vətəndaşlarının sosial şəbəkələr və digər vasitələrlə onlarla əlaqə qurmağa çalışarsa, diqqətli olmağı tövsiyə edib. O, belə hallarda həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb etmə cəhdləri ola biləcəyini vurğulayıb və bu kimi vəziyyətlərdə dərhal müvafiq orqanlara məlumat verməyin əhəmiyyətinə toxunub.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinin birbaşa milli təhlükəsizliyimizə ciddi təhdid olduğunu bildirib. Belə ki, dost olmayan dövlətlərin xüsusi xidmət orqanları narkotik vasitələrin aludəçilərinin “zəif nöqtələrini” yaxşı bilirlər və onları dövlətimizin suverenliyinə qarşı yönəlmiş, ölkəmizdəki mövcud sabitliyin pozulmasına hesablanmış məkrli planlarına alət edə bilərlər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimov tədbirdə çıxış edərək, aidiyyəti dövlət  qurumlarından dəvət olunmuş qonaqlara tədbirə verdikləri dəyərli töhfələrə görə minnətdarlığını ifadə edib. O, çıxışında narkotik vasitə və psixotrop maddələrin ölkədə sürətlə yayılmasının strateji obyektlər üçün də ciddi təhdid yaratdığını vurğulayıb. İdarə rəisi bu narahatedici vəziyyətin qarşısını almaq məqsədilə strateji obyektlərin mühafizəsində əlavə təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini bildirib. O, həmçinin SOCAR ailəsinin narkomaniya ilə mübarizədə hüquq-mühafizə orqanlarına daim dəstək verməyə hazır olduğunu qeyd edərək, bütün tədbir iştirakçılarını bu mübarizədə diqqətli olmağa çağırıb.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkotik maddələrdən istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədilə hazırlanmış metodiki tövsiyələr kitabçası paylanıb.

/img/gallery/100x100/2024_09_09_11_49_59_ea92.jpg
  1. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  2. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  3. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  4. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  5. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  6. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  7. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  8. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  9. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  10. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  11. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  12. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

Siyəzən rayonu ərazisində 105 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  dəniz kənarı kolluq ərazisində 33 ədəd, ümumi çəkisi 105 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2024_09_02_14_14_08_7967.jpg
  1. Siyəzən rayonu ərazisində 105 kiloqram yabanı halda bit..

  2. Siyəzən rayonu ərazisində 105 kiloqram yabanı halda bit..

Qax rayonu ərazisində 2 ton 970 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Zəyəm kəndi ərazisində 6558 ədəd, ümumi çəkisi 2970 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2024_09_02_12_17_50_3749.png
  1. Qax rayonu ərazisində 2 ton 970 kiloqram yabanı halda b..